NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Muzeylər gecəsi

Mayın 18-i saat 21:00-da Beynəlxalq Muzeylər Günü münasibətlə Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər gecəsi” keçiriləcək.


Belə ki, bu dəfə muzeydə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları maraqlı konsert proqramı ilə çıxış edəcəklər. Sənətdə yeni addımlarını atan istedadlı yaradıcı gənclərə dəstək olmaqla yanaşı, onların pərəstişkarlarının muzeylərə marağının artırılması məqsədilə Azərbaycan Milli Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı keçirilən konsertdə “The Etude Band”, “Ayna Band”, “Diqqət”, “Caz Band” qrupları, həmçinin Milan, Mixail Altuxov, Joseph Abbas ifa edəcəklər. Həm əylənmək, həm də zövqlü musiqi dinləmək istəyirsinizsə, muzeyin facebook səhifəsindən canlı yayımlanacaq konserti izləməyi unutmayın!


Qeyd edək ki, 18 may Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” dır.