NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

“Four Seasons Hotel Baku”da yeni baş aşpaz təyinatı

NİKOLA ROSSİ “FOUR SEASONS HOTEL BAKU”NUN BAŞ AŞPAZI VƏZİFƏSİNƏ KEÇİD EDİR

“Four Seasons Hotel Baku”, 9 ili dünyanın digər bölgələrindəki “Four Seasons Hotels & Resorts”da olmaqla, beynəlxalq karyerasından əldə etdiyi 20 illik kulinariya təcrübəsi olan yeni baş aşpazı Nikola Rossini qarşılayır. “Four Seasons Hotel Baku” komandasına qoşulmazdan əvvəl Nikola “Kingdom Centre”də yerləşən “Four Seasons Hotel Riyadh”da, ardınca “Four Seasons Hotel Dubai” Beynəlxalq Maliyyə Mərkəzində və son olaraq “Four Seasons Hotel Marrakech”də baş aşpaz kimi çalışıb. Aşpaz Rossi maraqlı karyera səyahəti boyunca bir sıra müxtəlif təamlar və ekzotik inqrediyentlərlə tanış olub, hansı ki, bu təamlar onun yemək bişirməyə olan ömürlük sevgisini daha da artırıb, yeməklər vasitəsilə özünü ifadə etməyə kömək edib.

İtaliyanın Kremona şəhərində doğulub boya-başa çatan Nikolanın yemək bişirməyə həvəsi uşaqlıq illərində ailəsi ilə birlikdə ərzaq mağazalarını gəzərkən başlayıb. İtalyan mətbəxinin ləzzətləri ilə böyüyən aşpaz Rossi, “Istituto Tecnico Luigi Nervi”dən məzun olduqdan sonra bütün dünyadakı insanlara qeyri-adi yemək təcrübələri yaşatmaq istəyini reallaşdırmaq üçün beynəlxalq mətbəxləri araşdırmağa başlayıb. Nikola, 2015-ci ildə “Four Seasons Hotels & Resorts” brendinə qoşulmaq istəyi haqqında "Mən bu sektoru ən yaxşı yerdə öyrənmək istəyirdim" açıqlamasını verib.

“Azərbaycanda kulinariya karyeramın yeni mərhələsinə qədəm qoyduğuma görə çox şadam.” – Nikola bildirir. O, həmçinin: “Bakıya enən kimi özümü evdə hiss etməyə başladım, çünki şəhərin gözəl dənizkənarı bulvarı, unikal füsunkarlığı var. Şəhərin mərkəzində “Four Seasons Hotel”ə bitişik, YUNESKO-nun Dünya Mirası siyahısına daxil olan bölgə də var. Mənim əsas məqsədim italyan və Azərbaycan mətbəxlərini birləşdirməklə qonaqlara həqiqətən qeyri-adi təcrübələr yaşatmaq üçün məşhur Aralıq dənizi təamlarımı menyuya əlavə etməkdir” deyə həyəcanla bildirib.


Yeni aşpazın gəlişini işıqlandırmaq üçün NARGIS Jurnalı eksklüziv partnyor kimi “Four Seasons Hotel Baku” və “Zafferano” restoranı ilə əməkdaşlıq edir.

Şef Rossinin gəlişini qeyd etmək və onu Bakının mənzərəsi ilə tanış etmək üçün aprelin 19-da “Zafferano” qarşılama tədbiri təşkil etdi. Bu tədbirdə qonaqlar menyudakı yeni təklifləri birbaşa dadmaq, canlı musiqinin müşaiyəti ilə tədbirin dəstəkçisi tərəfindən əsl italyan şərablarından – “Donna Fugata winery”dən zövq almaq imkanı əldə etdilər. Baş aşpaz Nikola Rossi, Odlar Yurdunda, Bakıda, Azərbaycanda otel qonaqlarını və bakılıları qarşılamağa davam edərək, italyan hissini çatdırmaq üçün Sous Aşpazı Suraj Karmakar və kulinariya komandasının digər üzvləri ilə birlikdə çalışacaq.

Şef Rossi və komandasının üzərində işlədiyi əsas layihə Eyvan Terrasının yay mövsümü üçün may ayında açılmasıdır. Eksklüziv media partnyoru rolunda NARGIS Jurnalı tədbiri işıqlandıran və bu nömrənin baş qəhrəmanları haqqında daha çox hekayələri bölüşən ilk jurnal olacaq. May buraxılışı üçün bizi izləyin!

Şef Rossi ilə birgə “Four Seasons Hotel Baku” qeyri-adi yemək təcrübələri yaşamaq istəyən qonaqları qarşılamaq üçün səbirsizliklə gözləyir. Rezervasiya üçün +994 12 404 2424 və ya [email protected] elektron poçt ünvanı vasitəsilə otellə əlaqə saxlayın.