NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

Horoscope. Sentyabr 2020

Sentyabr ayı gərgin yay fəslindən sonra ara verərək ilk on günündə artıq yeni planlar qurmağa və onları aktiv şəkildə həyata keçirməyə imkan verəcək. Qız bürcünü idarə edən, sentyabrda hökm sürən, ayın əvvəlində öz iqamətgahında yerləşən Merkuri toplanmış problemlərə ciddi analitik yanaşmaya rəng qatacaq, odur ki, ümumi xaos fonunda konstruktiv həllər öz-özünə üzə çıxacaq. Qoç bürcü işarəsi altında Marsın enerjisi və Xərçəng bürcünün işarəsi altında mehriban Veneranın dəstəyi ilə dinamik şəkildə həyata keçiriləcək olan imkanlar koleydoskopuna ayaq uydurmaq qalır. Lakin artıq ayın ikinci on günlüyündə vəziyyət dəyişməyə başlayacaq: öz şəxsi ətalətimiz və məsuliyyətsizliyimiz səbəbi ilə həll olunmayan məsələlərlə qarşılaşa bilərik. Öz düşüncələrinizə və başlayacağınız işlərə artıq ayın əvvəlində möhkəm bünövrə qoymağa və ya problemlərin həllini ayın sonuna qədər təxirə salmağa çalışın. Sentyabrın ikinci ongünlüyündə Merkuri sülh və kompromis yolları açaraq barışıq işarəsi olan Tərəzi bürcü altında hərəkət edir. Çətin energetik əngəllər və planetar aspektlər fonunda yalnız güzəştlər, səbr, anlayış və qarşınızdakının nöqteyi-nəzərini sərt tənqidsiz qəbul etmək bacarığı ilə sentyabr ayının planetar «kəsişmələrində» tarazlığı saxlaya bilərik. Qəzəb hər zamankı kimi pis məsləhətçidir, yalnız müdriklik və baş verən dəyişikliklərin dərin anlayışı hər birimizə və bütün bəşəriyyətə yeni səviyyəyə qalxmağa imkan verəcək.

QOÇLARA Merkuri iş sahəsində özünü göstərməyə artıq sentyabrın əvvəllərində imkan verəcək. Lakin bəzən həddindən artıq aqressivlik və qəzəb həmkarlarınızla münasibətlərinizi ciddi şəkildə korlaya bilər. Sentyabrın ikinci yarısı sərtliyinizi yumşaldacaq və şəxsi planda davranışlarınızı yenidən gözdən keçirməyə, həmçinin rəhbərliklə münasibətlərinizi düzəltməyə imkan verəcək. Bədəninizə tarazlı fiziki ağırlıq verərək sağlamlığınıza diqqət edin.

BUĞALARA Merkuri sentyabr ayının ilk on günündə şəxsi münasibətlərdəki səhvləri dərk etməyə kömək edəcək; düzəlişlər etmək və qarşılıqlı anlaşmaları inkişaf etdirmək sizə sevinc hissi bəxş edəcək. Ayın ikinci on günündə isə bütün diqqət işə, yeni əlaqələr qurmağa və perspektivli zirvələri fəth etməyə yönəldilməlidir. Yaxınlarınızın sevgisi və dəstəyi sizə ayın üçüncü ongünlüyündə enerjinizi boş yerə sərf etməməyə və sağlamlığınızı yaxşılaşdırmağa kömək edəcək orqanizmi qışa hazırlamağın tam vaxtıdır.

ƏKİZLƏRƏ öz ailələrində rahat olacaq. Həyatlarını yaxşılaşdırmaq və yaşlılara qayğı göstərmək üçün virtuoz zəkalarından istifadə etmələri yaxşı olardı. Ancaq ikinci ongünlükdə aktivlik apatiya ilə əvəz olunacaq. Dostlar və həmfikir insanlarla konflikt və anlaşılmazlıqlar planlarınızdakı dəyişikliklərə səbəb olacaq, bu da sevdiklərinizə və yaxınlarınıza daha çox qayğı göstərməyə yönləndirəcək. Özünüzü yaxşı vəziyyətdə saxlamaq üçün səyahətə və ya uzunmüddətli iş ezamiyyətinə çıxa bilərsiniz.

XƏRÇƏNGLƏRİ sentyabr ayının ilk yarısında sülh və yaxınlarının dəstəyi gözləyir. Yeni təhsil prosesinə başlamağın, bilik üçün yeni təməllər qoymağın vaxtıdır. İntellekti zənginləşdirən və ruhu canlandıran həyəcanlı bir səyahətə də gedə bilərsiniz. Ayın ikinci yarısında sevgi macəralarına başlamaq arzuolunmazdır, yuvanızı gözəlləşdirməklə məşğul olmaq daha yaxşı olardı.

ŞİRLƏRƏ sentyabr ayı sağlamlıq və maddi rifah bəxş edəcək. Vəsaitlərinizi ağıllı idarə etməyə çalışın; onları daşınmaz əmlak və ya qiymətli əşyaların alınmasına yatırmaq məsləhətdir. Sentyabrın ilk ongünlüyündə dünyagörüşünüzü genişləndirmək üçün yeni biliklər əldə etmək və ya səyahətlərdə və səfərlərdə digər mədəniyyətləri öyrənmək üçün məntiqli şəkildə istifadə ediləcək. Dünyagörüşünüzdəki dəyişiklik gələn ildə karyeranızda sizə kömək edəcək. Bu vaxtdan ağıllı istifadə edin!

QIZLARA Merkuri bəlkə də gələn il üçün perspektivləri təhlil edərkən əvvəlki plan və layihələrdə dəyişikliklər etməklə onların işarəsi altında yeni planlar qurmağa kömək edəcək. Ayın ikinci yarısı alternativ gəlir mənbələrini açaraq yeni maliyyə imkanları gətirəcək. İyunda baş verən ay tutulmalarından qaynaqlanan səkdirmələr enerjinizi zəiflədə və karyeranızda əngəllər yaradaraq peşəkar böhranı artıra bilər. Ancaq nəticə çıxarmağa və hərəkətə keçməyə tələsməyin, bu ay həmişəkindən daha çox dözümlülük və düşüncəyə ehtiyacınız olacaq.

Sentyabr ayı TƏRƏZİLƏRƏ sürprizlər və əhəmiyyətli hesab etdikləri hər bir şeydə kömək hazırlayır. Ayın ikinci yarısı başqaları ilə qarşılıqlı münasibətləri uyğunlaşdıraraq ahəngdar ünsiyyət qurma qabiliyyəti verəcək; bu, sülh dolu gələcək planlar qurmağa imkan yaradacaq. Barışmaq və ölçmək bacarığınız həm yaxınlarınıza, həm də yaxın olmayanlara kömək edəcək. Səbrli və ədalətli olun ayın sonunadək münasibətlərdə yaranan nöqsanları düzəltmək mütləq tərəfdaşlarınızdan müsbət rəy almağa səbəb olacaq.

ƏQRƏBLƏR sentyabr ayının ilk ongünlüyündə, xüsusən həmfikirlərinin əhatəsində özlərini rahat hiss edəcəklər. Yeni planlar, maraqlı layihələr, əhəmiyyətli perspektivlər sağlam drayv gətirəcək, təqdir və təsdiq əldə edəcək. Ayın ikinci yarısında himayəçi və rəhbərlərinizdən kifayət qədər kömək və dəstək alacaqsınız, bu da sizi ruhlandıracaq və hətta qanadlandıracaq. Enerjinizi tarazlı şəkildə sərf etməyə çalışın və sevdiklərinizə vaxt ayırmağı unutmayın.

OXATANLAR sentyabrın ilk yarısında karyeralarında və hədəflərinin gerçəkləşdirilməsində çətinliklərlə üzləşməli olacaqlar. Enerjiləri çox olacaq, ancaq onu konstruktiv şəkildə istifadə etmək çətin olacaq. Enerjinizi boşa sərf etməmək üçün emosiyalarınızı idarə etməyə, təlaşlanmamağa və xırda şeylərə əsəbiləşməməyə çalışın. Ayın ikinci yarısı gərginliyi aradan qaldıracaq və sentyabr ayının sonuna qədər bütün planlarınız parlaq perspektivlər açaraq ardıcıl olaraq həyata keçiriləcək. Səyahətlər romantik macəralar vəd edir.

OĞLAQLAR sentyabr ayında həmişə öz vəzifələrini və perspektivlərini başa düşürlər, çünki Qız dövrü ərzində onların praktisizminə və analitik bacarıqlarına mütləq tələbat olacaq. Sentyabr ayı işlərinizdə və karyeranızda yeni bir yüksəlişə gətirib çıxaracaq və onların meyvəsini uzun illər yeyəcəksiniz. Həm əyləncə xarakterli, həm də iş səfərləri və səyahətləri uğurlu olacaq. Yaşlı ailə üzvləri təlaşa sala bilərlər, bütün ay ərzində diqqət və qayğı tələb edəcəklər; yaxınlarınızın və dostlarınızın sevgisi müsbət əhval-ruhiyyə gətirəcək.

DOLÇALAR üçün Merkuri gizli biliklər pərdəsinin üstünü açacaq və incə dünyanı dərk etməyə kömək edəcək, yalnız Taleyin işarələrini və öz metamorfozlarınızı diqqətlə izləməlisiniz. İlk on gündə gəlirli daşınmaz əmlak sözləşməsi imkanları açılacaq şansınızı qaçırmayın! Aktivliyi yeni bir şeylər öyrənməyə, mütləq lazımlı olacaq bilik və bacarıqlara yiyələnməyə yönəltmək məsləhətdir. Sentyabrın ikinci yarısı sevgidə xoşbəxt yenililiklər gətirəcək və münasibətləri yaxşılaşdıracaq.

Sentyabr ayı BALIQLARA xüsusilə ilk on gündə tərəfdaşlarla qeyri-sabitlik və anlaşılmazlıqlar gətirəcək. Bu, xəstəliklərə, hətta həyata olan marağın itməsinə səbəb ola bilər. Ancaq ümidsiz olmayın ayın ikinci yarısı münasibətlərdə fikir ayrılıqlarını aradan qaldıracaq, hətta yeni perspektivlər və tanışlıqlar gətirəcək. Ay ərzində sağlamlığınıza çox diqqət etməlisiniz, həmçinin maddi vəziyyətinizə ehtiyatla yanaşmalısınız: pullarınızı israf etməyin və investisiya qoymağa tələsməyin.