NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Daxili zənginlik

MODA, İLHAMLA İDARƏ OLUNAN EHTİRAS DOLU BİR DÜNYADIR. GƏLİN YENİ İKONAMIZIN – SUAD AĞAMALOVANIN DÜNYASINA DAXİL OLAQ, ONUN STİLİNİN ARXASINDA DURAN SİRLƏRİ VƏ DAİM DƏYİŞƏN MODA DÜNYASINDA UĞURA APARAN YOLUNU KƏŞF EDƏK. O, MODANIN TƏKCƏ NƏ GEYİNDİYİMİZ DEYİL, HƏM DƏ KİM OLDUĞUMUZ, MÜDAFİƏ ETDİYİMİZ DƏYƏRLƏR VƏ DÜNYAYA TƏSİRİMİZ OLDUĞUNUN CANLI SÜBUTUDUR.

SUADANIN HEKAYƏSI

Total look: PRADA

İnsanda ən dəyərli keyfiyyətlərdən biri, fikrimcə, həyata qarşı olan marağıdır. İnsan həmişə yeni duyğulara, təcrübələrə və hisslərə "ac" qalmalıdır. Mən həmişə irəli getməyə, yeni üfüqlər açmağa, qarşıma məqsəd qoymağa, daha böyük və daha yaxşı şeylərə can atmağa, risk etməyə dərin ehtiyac duymuşam. Yadımdadır, universitetdə birinci kursu bitirdikdən sonra işləmək istədiyimi anladım və dərhal bankda ilk təcrübəmə başladım, sonra isə bir neçə il orada işlədim. Amma yaradıcılığa olan həvəsim qalib gəldi və anladım ki, yolumu dəyişmək və özüm üçün yeni nəsə axtarmaq vaxtıdır. Və beləcə, moda sektoruna səyahətim başladı, bu da mənə tamam başqa tərəfimi üzə çıxarmağa imkan verdi. Təxminən 8 il “Bisque” konsept mağazasında təchizatçı kimi çalışdım və bu, moda dünyasının görünməyən tərəflərinə olan heyrətamiz və həyəcanlı bir səyahət idi. Mən bu təcrübəyə, mənə çoxlu istedadlı insanlarla, beynəlxalq dizaynerlərlə görüşməyə, moda sərgilərində və müxtəlif tədbirlərdə iştirak etməyə və ən əsası, bu sənayenin dinamikasını və canlılığını hiss etməyə imkan verdiyinə görə dərindən minnətdaram.

Top & jeans: MIU MIU; shoes: PRADA; bag: THE ROW; jewellery: HERMES

Lakin, gözəllik anlayışı və zövq mənə uşaqlıqdan valideynlərim tərəfindən öyrədilib. Məndə incəsənətə, ədəbiyyata, teatra və gözəl musiqilərə qarşı sevgi yaratdılar. İnanıram ki, gözəllik və estetika bizi əhatə edən hər şeydə tapıla bilər: istər qəhvənin ətri, hava limanının səsi, gözəl gün batımı, istərsə müxtəlif təbəqələrdən olan insanların paylaşdığı həyat hekayələri, sevimli kitablarımız, valehedici memarlıq, istərsə də səyahətlər, yeni təcrübələr və dadlı yeməklər -- hər birinin öz gözəlliyi var. Stilimiz sevdiyimiz və bizi ruhlandıran şeylərlə formalaşır. İnanıram ki, hər bir insan özünə inanmalı və fərdiliyini istədiyi kimi ifadə etməkdən çəkinməməlidir. İnsanları cəlbedici edən onların unikallığı və daşıdığları hekayələrdir. Özümüzə məxsus olan stilimiz bizim yaradıcılığımızdır, geyim və aksesuarlar isə bizə özümüzü ifadə etmək üçün sonsuz imkanlar verir.

Vest: SAINT LAURENT; jeans: BOTTEGA VENETA; sunglasses: CELINE

Geyimlərim həmişə xasiyyətimi və əhvalımı əks etdirir. Bu, bəbir çaplı paltar və ya "kişi" cins şalvarı ilə dəri gödəkçə ola bilər - hər bir geyimin öz hekayəsi var. Mənim yalnız bir kiçik zəif nöqtəm var - ayaqqabı kolleksiyam var və belə qənaətə gəldim ki, ən sadə paltarı belə gözəl ayaqqabı vasitəsilə tamamilə dəyişdirmək olar.

Jacket & shoes: PRADA; skirt: SIMONETTA RAVIZZA; sunglasses: CHROME HEARTS

Jeans: MM6; top & pants: DOLCE&GABANA

"ÖZÜNÜZÜ DİNLƏYİN, BİZİM HƏR BİRİMİZDƏ O QƏDƏR GÖZƏLLİK VƏ HEYRANLIQ DUYULACAQ ŞEY VAR Kİ! İLHAM ALIN VƏ BAŞQALARINI ILHAMLANDIRIN!"