NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

20-21-22 sentyabr

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində kulturoloq Yelena Həsənovanın rəssam İlya Repinin 175 illiyinə həsr olunmuş "İlya Repin. Uzaq keçmiş" mühazirəsi keçiriləcək.

Harada: Nəriman Nərimanovun Xatirə Muzeyi

Nə zaman: 20 sentyabr, 14:00 – 16:00

 

Üzeyir Hacıbəyov Musiqi Festivalı çərçivəsində çoxsaylı mükafatların sahibi və Ümumrusiya və beynəlxalq müsabiqələrin laureatı Yevgeni Avramenkonun orqan konserti keçiriləcək.

Harada: Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı

Nə zaman: 20 sentyabr, 19:00

 

İş həftəsi beynəlxalq müsabiqələr laureatı Filipp Kopaçevskinin ifasında fortepiano musiqisi axşamı ilə başa çatır. Proqrama Qriq, Şopen, Brams, Ginzburq daxildir.

Harada: Beynəlxalq Muğam Mərkəzi

Nə zaman: 20 sentyabr, 19:00

 

Konsertləri Avropa, Asiya, ABŞ, Latın Amerikası və Yaxın Şərqdəki ən yaxşı opera teatrları və konsert zallarında anşlaq toplayan məşhur İtalyan dirijor Lorenzo Tatsiyeri qastrol səfəri ilə Bakıya gəlir. Şənbə günü Cakomo Puççininin məşhur "Bohema" operasını ifa edən orkestrə rəhbərlik edəcək.

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 21 sentyabr, 19:00

 

Bu şənbə, YUNESKO-nun dəstəyi ilə və bizim də iştirak etdiyimiz dünyanın 150-dən çox ölkəsində "Ümumdünya Təmizlik Günü" adlı aksiya keçirilir. Plastik çirklənmə ilə mübarizə aparmaq istəyənlər Tofiq Bəhramov adına Respublika stadionunun qarşısındakı Gənclik metro stansiyasının çıxışında görüşürlər.

Harada: Bilgəh çimərliyi

Nə zaman: 21 sentyabr, 9:00 – 11:30

 

Rusiya Dövlət Akademik Orkestrinin baş dirijoru Dmitri Xoxlovun rəhbərlik etdiyi Dövlət Xalq Çalğı Alətləri Orkestri Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov və digər böyük musiqiçilərin əsərlərini ifa edəcək.

Harada: Azərbaycan Dövlət Akademik Filarmoniyası

Nə zaman: 21 sentyabr, 19:00

 

Tezliklə, bədii gimnastika üzrə ilin əsas hadisəsi - Bakıda keçirilən, Tokio Olimpiya Oyunlarına 16 biletin oynanıldığı Dünya kuboku başa çatacaq. Rəqabət çox güclüdür! 

Harada: Milli Gimnastika Arenası

Nə zaman: 20, 21 və 22 sentyabr, 12:00

 

18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyov adına XI Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu bazar günü Fikrət Əmirovun “Azərbaycan kapriççio”sunu, Niyazinin "Rast" simfonik muğamını və Rauf Abdullayevin rəhbərliyi altında Dövlət Simfonik Orkestrinin və dünya şöhrətli pianoçu Xatia Buniatişvilinin ifasında səslənən digər sevimli əsərləri dinləyə bilərsiniz.

Harada: Heydər Əliyev adına Respublika Sarayı

Nə zaman: 22 sentyabr, 19:00

 

Müasir İncəsənət Muzeyi onillik yubileyi münasibətilə qapılarını hər kəsin üzünə açıq elan edir. Rasim Babayev, Fərhad Xəlilov, Fazil Nəcəfov, Müseyib Əmirov, Hüseyn Haqverdi, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov və digər rəssamların əsərlərini görmək üçün yalnız bir günümüz var. Muzeyin daimi sərgisində Avropanın böyük avanqard rəssamları - Pikasso, Şaqal və Dalinin rəsmləri də yer alır. 

Harada: Müasir İncəsənət Muzeyi

Nə zaman: 22 sentyabr, 11:00 – 21:00

 

Möhtəşəm drift, musiqi, mühərriklərin gurultusu - bu bazar günü növbəti BMW avtomobil festivalı keçiriləcək. 

Harada: Dövlət Bayrağı Meydanı

Nə zaman: 22 sentyabr, 13:00 – 21:00

 

Bazar günü Macarıstan rejissoru Bernadetta Tuza-Ritterin çəkdiyi və özünün də iştirak etdiyi "Əsir qadın" sosial filminin pulsuz nümayişi olacaq.

Harada: "Nizami" kinoteatrı

Nə zaman: 22 sentyabr, 15:00 – 17:00

 

Moldovalı rejissor İqor Kistolanın bir il əvvəl MDB və Baltika ölkələrinin ən yaxşı filmi olaraq NIKA mükafatına layiq görülən "Mayın son günü" filmi bazar günü axşamı ingilis dilində altyazılarla nümayiş olunacaq.

Harada: Landmark

Nə zaman: 22 sentyabr, 19:00 – 21:00 

 

Bazar günü gənc, lakin bir çox ölkədə tanınan Aleksandr Hacıyevin fortepiano konserti keçiriləcək.

Harada: Beynəlxalq Muğam Mərkəzi

Nə zaman: 22 sentyabr, 17:00

 

"Rəssamın bağı: Amerika impressionizmi" – Fil Qrabskinin Konnektikutdakı Florens Qrisuold Muzeyində keçirilmiş, eyni adlı ekspozisiyaya həsr olunmuş sərgi-filmidir.

Harada: Park Cinema Flame Towers

Nə zaman: 22 sentyabr, 13:00