NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

AZƏRBAYCANLI DİZAYNER HARROGEYTDƏ MODA ŞOUSUNDA

Sentyabrın 8-dən 10-dək Böyük Britaniyanın ən gözəl şəhərlərindən biri olan Harrogeytdə  toy və gecə modası sahəsində ən böyük "Harrogate Bridal Show" sərgisi keçirildi. Burada ildən-ilə bütün son tendensiyalar və istiqamətlər nümayiş olunur, trendlər və axınlar formalaşır. Designers Preview defilesində Pronovias, Allure, Randy Fenoli ilə yanaşı iştirak edən ən məşhur dizaynerlərdən ibarət doqquzluğa BSS by Safiyya Babayeva – Azərbaycan brendinin də daxil olması xüsusilə sevindirici haldır. Nümayiş Emin və Aleksey Çumakovun "Uçurumun kənarında" («У края пропасти») adlı yeni trekinin müşayiəti altında keçirildi və çox böyük uğur qazandı.

Böyük Britaniyada bir çox Azərbaycan brendini təmsil edən Fortras şirkəti HBS-in direktoru Vendy Adams ilə müsahibədən bir parçanı paylaşdı: “Biz ikinci dəfədir ki, Azərbaycan brendi BSS-ə ev sahibliyi edirik. Kolleksiya çox parlaq və qeyri-adidir. O, parlayan və bənzərsiz bir ulduz-qadın üçündür! Çox şadıq ki, iştirakçılarımızın coğrafiyası genişlənib, Azərbaycanı isə böyük bir uğurla belə bir istedadlı dizayner təmsil edir."