NARGIS MAGAZINE
Simalar

MARSEL VANDERS: MİNİMALİZMİN ZİDDİNƏ

Belçikali Marsel Vanders Cappellini şirkəti üçün yaratdiği ilk “knotted chair” kürsüsü ilə dizaynda yeni dövr başlatdiği gündən tam iyirmi il keçib. Təmkinliyə, rasionalizmə və məntiqə artiq yer olmadiği bir dövr. Bolluğun, yüngüllüyün və açiq təxribatin hökmranliq sürdüyü dövr. Bizə Moooi şirkətinin, Marsel Vanders studio bürosunun, Bisazza, B&B Italia, Moroso, Poliform, Flos, Alessi, Baccarat, Louis Vuitton, Magis, Hyatt hotel üçün həyata keçirilən layihələrin; Amsterdam, London, Nyu-York, San-Fransisko, Kopenhagendə sərgilərin; il ərzində qonaqlarin səbirsizliklə gözlədiyi və bir dəfə də olsun onlari məyus etməyən milan salone del mobile çərçivəsində instalyasiyalarin bəxş edildiyi dövr... Sürətli, lakin yaradicisinin – Marsel Vandersin dəsti-xəttini aydin şəkildə biruzə verən mebel, işiqlandirma, kosmetika, zərgərlik, yemək dəstləri və büllur qab-qacağin ortaya çixdiği dövr.

Bu il sizin Flos şirkəti üçün yaratdığınız Skygarden çilçırağının on yaşı olur. Məhz bu çilçıraqdan mənim dizayna olan sevgim və bu çilçırağı yemək masasının üstündən asacağım evimi qurmaq xəyalı başladı... Məhz sizin sayənizdə xəyal qurduğumu etiraf etdiyimdə nə hisslər keçirdiniz?

Bu çox təsirləndiricidir. Skygarden – çox romantik obyektdir, dizayner isə olduqca sadə peşədir. Siz sadəcə insanın qəlbinə toxunmağı, onu duyğulandırmaq və onun üçün başqa bir dünya yaratmağı bacarmalısınız.

Sizin üçün işinizin mənası nədədir?

Mən gündən-günə sayəsində dəyərlərimizi itirdiyimiz minimalizmlə, modernizmlə, öz kiçik müharibəmi aparıram. Modernizmin əsas doqması ondan ibarətdir ki, keçmiş gələcək üçün çox əhəmiyyətsizdir. Mən isə keçmişlə sıx bağlı olan əşyaları yaradıram, keçmişi və gələcəyi birləşdirən gözəl vizual əlaqələr tapmağa çalışıram. Bu müharibə mənim ilk layihələrimdən başlayıb və həmişə davam edəcək. Bu illər ərzində dünya çox dəyişib…

Bilirəm ki, sizin Yakob ter Veldhausun musiqisi xoşunuza gəlir. Niyə?

Bəli, Veldhaus – bir çox dahi əsərlərin müəllifidir. O, azaddır. Onun əsərləri canlıdır. Onlar mübahisəlidir, həqiqətən də yenilikçidir. O, bugünkü gündə olmamaqdan və narahat olmaqdan qorxmur.

Onun musiqisi ziddiyyətlidir: həm super mürəkkəb, həm super zərif, həm super çirkin, həm də super sevimli ola bilər…

Bir sözlə, mənim üçün Veldhaus bir yaradıcının həyata keçirməli olduğu hər bir şeyi həyata keçirir. Mən sənətdə stilistləri sevmirəm, mən «işlənilməmiş» insanları sevirəm. Məni özlərini dəyişməyə cəsarət edən insanlar cəlb edir. Özlərini təəcübləndirməyi bacaran insanlar.

Sizcə, ümumiyyətlə dizayn nədir?

Dizayn - əşyaların istehsal strategiyasıdır, amma bu həm də müəyyən düşüncə növüdür. Dizayner – dantist, alim ola bilər, eyni zamanda design thinking kimi kreativ düşüncə növünə malik landşaftt dizaynı ilə məşğul ola bilər.

Dizaynerlər dünyanı olduğu kimi qəbul etmirlər: onlar bir növ işıltı verirlər. Əlbəttə ki, ilk yerdə funksionallıqdır. Və hər bir detalda yaratmağa çalışdığımız gözəllik düşünülmüş funksionallıq çərçivəsində qalmalıdır.

Həyatınızın mənası nədədir?

Dəyişikliklərdə. Dünya dəyişir, mədəniyyət dəyişir. Mən tez-tez düşünürəm ki, atam mənim yaşımda olanda onun hər bir şey haqqında tamam başqa təsəvvürləri vardı: sevgi, iş, karyera, ailə, uşaqlar, tətillər, sığorta, mebel… Bu inanılmazdır! Sanki biz hər gün özünüinkişaf proqramını buraxırıq. Artıq əldə etdiyimizi mütləqolaraq qəbul etmək istəmirik. Biz dəyişirik, çünki özümüz haqqında, əsl istəklərimiz və məqsədlərimiz barəsində əvvəlkindən daha çox düşünürük. Biz risk edirik. Bir-birimizin qayğısına qalırıq.

Biz həqiqətən vacib olanı etməyə cəsarət edirik...

Beləliklə, dünyanın dəyişməsi üçün məsuliyyət dizaynınüzərindədir? Həm də dizaynerlərin?

Bu bir-biri ilə əlaqəli proseslərdir. Dünya dəyişir və dizayn onunla birlikdə dəyişməlidir. Dizayn dəyişir - və bu dünyadakı dəyişikliklərə səbəb olur. Bu daimi qarşılıqlı əlaqəlidir.

Sizin layihələriniz göstərir ki, tamaşaçıların heç görmədiyi xırdalıqlar sizin üçün nə qədər vacibdir. Layihələrinizin hər bir detalına niyə bu qədər irad tutursunuz?

Xırdalıqlara qarşı çox diqqətliyəm, çünki ümumi səhnə məni çox narahat edir. Bu mənim detallarda ilişib qaldığımı göstərmir - mənim üçün tam obrazı yaratmaq vacibdir. Və bu dizaynerin əsas problemidir: dünyaya qarşı super hissiyatı olmaq. Yeri gəlmişkən bu həm tənha, həm də bədbəxt edə bilər. Gördüklərim mənə acı verir.

Bəzən zövq də verir, amma daha çox – acı verir. Çünki ətrafımda olan dünya mükəmməl deyil… Məsələn: hər il Salone del Mobile üçün şourum hazırlayırıq, gözəl səhnə yaratmağa çalışırıq. Lakin bu heç vaxt işləmir.

Təsəvvür edin – mən qırmızı divan qoyuram, yerə yaşıl xalça sərirəm, işıq qururam, hər tərəfdən seyr edirəm, pəncərə üçün ən kiçik mehəsintisindən uçuşan pərdəni düşünürəm... Sərginin ilk günü başlayır – «qara bazar ertəsi». Şouruma gəlirəm və görürəm ki: qırmızı divan durur, altında yaşıl xalça, işıq qüsursuz yanır, pərdələr uçuşur… divanda isə biri oturub, mənim yaratdığım səhnəni məhv edir!.. Mənim detallara yetirdiyimdiqqət – arzularımı gerçəkləşdirmək, xəyali dünyamı həyata keçirmək cəhdidir. Mən artıq öz özümlə razılaşdım ki, bu nə mənim, nə də xəyalımla reallıq üst-üstə gəlmədiyində mənim üçün nə qədər acılı olduğunu anlamayan ətrafdakıların günahı deyil.

Bəzən yalançı olduğumu hiss edirəm.

Digər yaradıcı insanlar ilə söhbət etmişəm - onlar da çox vaxt eyni hissi yaşayırlar... Bax, indi sizə müsahibə verirəm, suallarınıza dürüst cavab verərəm. Ancaq cavabı verdikdən sonra o, artıq keçmişdə qalır. Və gələcəkdə eyni şəkildə düşünüb-düşünməyəcəyimi bilmirəm. Mən açıq şəkildə sizinlə düşüncələrimi və fikirlərimi bölüşürəm, lakin bir gün və ya bir il sonra mənim fikirlərim tamamilə fərqli ola bilər.

Mən şübhə doluyam, həyatımın hər dəqiqəsini gördüyüm bütün işlərdən şübhə edirəm. Düşünürəm ki, bunun səbəbi - həddindən artıq həssas və özümlə maksimal dərəcədə dürüst olmağımdadır.

17 yaşlı Marsel Vandersə indiki təcrübənizdən hansı məsləhəti verərdiniz??

İrəli get. Özünə çaşmağa imkan vermə. Özünə güvən.

Həqiqətən inandığının ardınca get. Bu çox çətindir. Və irəliləməyə davam et!