Nargis Magazine və Nargis Fund ortaq layihəsi
Reinteqrasiya Mərkəzindəki uşaqlar böyük bir ailə kimi yaşayırlar: birlikdə yemək yeyirlər, yatırlar, oynayırlar, oyuncaqlarını aralarında paylaşırlar. Ancaq bütün uşaqlar kimi, hər biri fərqli bir şey arzulayır.
Onlardan almaq istədiyi hədiyyələrin rəsmini çəkmələrini xahiş etdik. Və nəticələr budur! ️
Dostlar, bu mələkləri məhz siz xoşbəxt edə bilərsiniz! Bu uşaqlardan biri üçün istədiyiniz hədiyyəni almaq istəyirsinizsə, istənilən vaxt bizə direktə yaza bilərsiniz və ya +994 (12) 404 23 13 (saat 10:00-dan 17:00-a qədər) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Çox xahiş edirik, hədiyyə almazdan əvvəl bizimlə əlaqə saxlayın!
Ümid edirik ki, sizin sayənizdə ən qısa müddətdə bu mələklərin istədikləri bütün hədiyyələri toplayıb onları sevindirəcəyik. Video hesabat mütləq olacaq!
Şəhanə, 11 yaş
Kofta və ətək dəsti, oyuncaq telefon, məktəb çantası
Aydan, 13 yaş
Fotoalbom, idman geyimi
Leyla, 12 yaş
Məktəb çantası, sarı idman ayaqqabısı (37 ölçülü), iki köynək (qış və yay üçün),
büzməli midi yubka, qara rəngli ətəkli kombinezon, dəftərlər, qələm, karandaşlar, pozan
Səma, 15 yaş
Qrafik dizayn kitabı, kofta, cins şalvar
Fatimə, 13 yaş
Xatirə yazmaq üçün bloknot, mavi idman geyimi
Jalə, 14 yaş
Ağ köynək, qara rəngli ətəkli kombinezon, qara rəngli şalvarlı kombinezon, qara rəngli büzməli midi ətək, ağ idman ayaqqabısı (39 ölçülü)
Xatirə, 9 yaş
Oyuncaq telefon, çiçək
Dəniz, 5 yaş
Barbie kuklası
Ayan, 7 yaş
Don, kitab
Ağgül, 6 yaş
Məktəb çantası, çiçək
Aylin, 13 yaş
Don, idman geyimi, idman ayaqqabısı, ayaqqabı (37 ölçülü)
Uğur, 4 yaş
Oyuncaq maşın, kostyum
Aygün, 13 yaş
Qara rəngli məktəb çantası, bijuteriya, saat, ətir, şalvar və pencək dəsti, kəmərli don, ağ rəngli idman ayaqqabısı
Səma, 9 yaş
Xatirə yazmaq üçün bloknot, kofta, şort, şalvar, saat, idman ayaqqabısı
Uğur, 5 yaş
Futbol kostyumu, top
Rüqayə, 6 yaş
Kofta, şalvar, ayaqqabı, çanta, saat
Hüseyn, 4 yaş
Kostyum
Röya, 8 yaş
Don