Aralıq dənizi sahillərində kurort mövsümü sona yaxınlaşır və dünyanın aparıcı dəbdəbəli “hər şey daxil” kurort brendi olan Ikos Resorts artıq sirr pərdəsini qaldırmağa hazırdır. Yunanıstanın Halkidiki yarımadasında yerləşən və Ikos tarixinin ilk kurortu olan tamamilə yenilənmiş Ikos Oceania-dan Korfudakı Ikos Dassia-nın dəniz sahilində yenilənmiş villalarınadək - gələn il qonaqları çoxsaylı xoş sürprizlər, eləcə də erkən rezervasiya imkanı gözləyir.
Ikos Oceania: sevimli kurortun tarixində yeni səhifə
2015-ci ildə Ikos Oceania tamamilə yeni təklifin yaradılması üçün başlanğıc nöqtəsinə çevrildi: Ikos Resorts dəbdəbəli “hər şey daxil” istirahət konsepsiyasını məhz bu kurortdan başlayaraq yenidən formalaşdırdı. İndi isə, on ildən artıq vaxt keçdikdən sonra, kurort yeni dövrünə qədəm qoyur: 2027-ci il mövsümünün başlanğıcınadək 290 nömrə və süitin hamısı genişmiqyaslı transformasiyadan keçəcək.
Yeni interyerlər Halkidiki yarımadasının dəniz və meşə mənzərələrini birləşdirən bənzərsiz təbiətindən ilhamlanıb. Dizaynerlər komandası açıq rəngli ağacın təbii parçalar və zərif təbiət çalarları palitrası ilə uzlaşdığı rahat, müasir estetikaya üstünlük verib. Diqqətlə təchiz olunmuş eyvanlarda, terraslarda və şəxsi bağlarda isə Egey dənizinin və üfüqdə görünən Olimp dağının heyrətamiz mənzərəsindən tam zövq almaq mümkün olacaq.
Dizaynın yenilənməsi bütün nömrə fondunu - iki nəfərlik nömrələrdən və kiçik süitlərdən tutmuş Deluxe Collection-un geniş süitlərinədək - əhatə edəcək. Qonaqların Ikos Resorts-u yüksək qiymətləndirməsinin səbəblərindən biri olan gecə-gündüz nömrəyə xidmət sistemi də yenilənəcək. Deluxe Collection qonaqları çimərlikdə və hovuz kənarında ayrılmış xüsusi zonalar, eləcə də şəxsi konsyerj xidməti daxil olmaqla eksklüziv imkanlardan bundan sonra da yararlana biləcəklər.
Ikos Dassia: məxfiliyə üstünlük verənlər üçün dəbdəbəli yeniliklər
2027-ci ildə Ikos Dassia-nın dəniz mənzərəli və şəxsi hovuzlu dəbdəbəli üç yataq otaqlı villaları da yenilənəcək. Bu villalar Korfunun şərq sahilində böyük ailələr və dost qrupları üçün ən yaxşı yerləşmə seçimi olaraq qalır.
Villa kolleksiyasının interyeri Aralıq dənizi estetikasından ilhamlanaraq təbii daş və ağacı, dəbli teksturalı parçaları və sakit rəng palitrasını bir araya gətirir. Villanın daxili məkanı açıq terrasa rəvan şəkildə keçir; şəxsi hovuz və çimərliyə birbaşa çıxış isə dincəlmək və qüvvələri bərpa etmək üçün məhrəm bir ab-hava yaradır.
Qonaqlar şəxsi villanın bəxş etdiyi məxfilik və sərbəstlikdən, eyni zamanda səkkiz restoran, spa mərkəzi, geniş çimərlik sahəsi və ətraf əraziləri kəşf etməyə imkan verən Local Discovery proqramı daxil olmaqla Ikos Dassia-da istirahətin bütün üstünlüklərindən yararlana biləcəklər.
“On ildən artıq əvvəl biz ‘hər şey daxil’ istirahətin necə ola biləcəyi barədə təsəvvürləri dəyişdirməyi qarşımıza məqsəd qoyduq və bu iddialı məqsəd bu gün də bizi irəli aparır. Buna görə də tariximizin başlandığı Ikos Oceania-ya qayıtmaq və onu yeni nəsil qonaqlar üçün yenidən düşünmək xüsusilə əhəmiyyətlidir. 2027-ci il həyəcanverici yeni bir səhifədir və qonaqlarımızı qəbul edib onları bu yeniliklərlə tanış etməyi səbirsizliklə gözləyirik”, - Sani/Ikos Group-un Baş əməliyyat direktoru Aleks Şnayder bildirir.
Erkən rezervasiya etməklə növbəti yay üçün hazırlığa indidən başlayın
Növbəti yay tətilini planlaşdırmağa başlamağın əsl vaxtıdır. 16 sentyabr - 1 noyabr 2026-cı il tarixlərində Deluxe Collection-da 2027-ci il üçün qalma müddətini rezervasiya edərkən ən yaxşı mövcud tarifdən 15%-dək qənaət etmək mümkündür.
Ailələr üçün çevik yerləşmə şərtləri, o cümlədən pulsuz qalma imkanı
2027-ci ildə Ikos Resorts ailələrə əlavə üstünlüklər təklif edir. Villada yalnız iki qonağın qalması ödənilir, ailənin digər üzvləri isə villanın maksimum tutumu aşılmadığı təqdirdə pulsuz yerləşdirilir. Bütün Ikos kurortlarında ailə nömrələrində 12 yaşadək bir uşağın qalması tamamilə pulsuzdur; bir yataq otaqlı lüks nömrələrdə isə ikinci uşağın, eləcə də 12 yaşdan yuxarı qonaqların qalma haqqı nömrə kateqoriyasından və ilin fəslindən asılı olaraq azaldılacaq.
Ikos Resorts Yunanıstan və İspaniyada Aralıq dənizi sahillərində yerləşən səkkiz çimərlik kurortundan ibarətdir. Onların hər biri özünəməxsus ab-havaya malikdir, lakin hamısını brendin vizit kartına çevrilmiş rahat dəbdəbə və “hər şey daxil” konsepsiyası birləşdirir. İstər Ikos Oceania, istər Ikos Dassia, istərsə də digər Ikos kurortu olsun, brendin əsas təklifi dəyişməz qalır: alakart restoranlar, Mişlen ulduzlu aşpazların menyuları, yüzdən çox beynəlxalq şərabdan ibarət kolleksiya, uşaq klubları və çoxsaylı idman imkanları, həmçinin MINI avtomobili ilə kurort ətrafını kəşf etmək, yerli muzeylərə və üzüm bağlarına baş çəkmək imkanı - bütün bunlar və daha artığı artıq qalma qiymətinə daxildir.
Ikos Resorts 2027-ci il mövsümünə Ikos Dassia, Ikos Olivia, Ikos Andalusia və Ikos Porto Petro kurortlarının 25 martda açılması ilə başlayacaq. Daha sonra Ikos Oceania və Ikos Odisia 15 apreldə, Ikos Aria 22 apreldə, Ikos Kissamos isə 29 apreldə açılacaq. Əlavə məlumat və rezervasiya üçün ikosresorts.com saytına daxil olun.


