NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

Yaşat. Miri Yusifin xeyriyyə konserti

SS Production və İTV təqdim edir!


31 yanvar 2021-ci il tarixində Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti baş tutacaq. Konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə etmək imkanı edəcək, bu ianələr "Yaşat" fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcəkdir.


İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət olacaq konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırovdur.


İnformasiya dəstəkçisi "Nargis" jurnalıdır.


31 yanvar saat 18:15-də sizi konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırırıq!