NARGIS
Ru En
NARGIS MAGAZINE
She's Next

She's Next | Fidan Hüseynova

Sağlam qidalanmaya, eksperimentlərə və estetikaya olan sevgisi Fidan Hüseynovanı həyatını möcüzəvi şəkildə 180 dərəcə dəyişən şəxsi food-bloqunu yaratmağa şövq etdi. Bu gün Fidan sertifikatlaşmış “health coach”, “Nutrition school” Amerika universitetinin məzunu və Bakıda ilk @iamgreenjunkie_corner zərif mətbəx kornerinin qurucusudur.
Azərbaycanda She’s Next Empowered by Visa qlobal təşəbbüsü çərçivəsində Fidan Hüseynova bizimlə şəxsi biznesininin yaradılması və həyata keçirməsi təcrübəsini bölüşdü.


Nə zamandan sağlam həyat tərzi sürürsünüz və sizi buna nə vadar etdi?
Sağlam həyat tərzi həmişə prioritet təşkil edib. Kiçik yaşlarımdan yoqa ilə məşğul olurdum, müəyyən ədəbiyyat oxuyurdum, sağlamlıq məsələləri ilə maraqlanırdım. Həm də bizim ailədə bu mövzu həmişə aktual idi. Bir müddət sonra Amerika universitetinə daxil oldum və orada aldığım qiymətsiz bilikləri ətrafdakılarla bölüşmək istədim.


İnstaqramda bloqu nə vaxt yaratdınız?
O zaman mən müxtəlif boullar, smuzi, matça çayı və s. təqdim edən çox sayda maraqlı müəssisələr olan Dubayda yaşayırdım. Hər şey son dərəcə estetik görünür və sağlam həyat tərzi aşılayır. Buna görə də öz və kiçik qızımın qida rasionuna yenidən baxdım. Yediklərimizə və masaya gətirdiklərimizə daha çox diqqət ayırmağa başladım. Müstəqil hazırladığım yeməklərin fotosunu çəkməyə çalışırdım. Bir müddətdən sonra materiallar o qədər çoxaldı ki, sadəcə bloq açmaq və biliklərimi bölüşmək qərarına gəldim. Məlumatla yanaşı hazırlamağı çox sevdiyim faydalı reseptləri dərc edirdim. İlk postum 2018-ci il dekabrın 1-də yarandı və aydın oldu ki, bu, insanlara maraqlıdır, onlarda rəğbət oyadır.

“IamGreenJunkie” korneri necə meydana gəldi?
Korner rəfiqəm, tərəfdaşım və həmfikrimin təklifi ilə yarandı. Biz görüşüb bir fincan qəhvə içirdik və o, mənə təklif irəli sürdü: dedi ki, gözəllik salonu açır və orada sağlam qida korneri görmək istərdi. Mən də dərhal razı oldum.


Korner nədən ibarətdir?
Korner istənilən pəhrizə uyğun ərzaqlar seçilən zərif qidalanma mətbəxidir. Qlütenə həssas olanlar üçün bizdə qlütensiz menyu var, diabetiklər üçün şəkərsiz yeməklər nəzərdə tutulub. Biz heç bir konservantdan istifadə etmirik, hər şey maksimal dərəcədə təbiidir – bunları təmiz vicdanla yaxınlarıma, uşağa təklif edə və ya öz masama qoya bilərəm. Mənim üçün keyfiyyət hər şeydən önəmlidir.


Kornerin yaradılması zamanı hansı çətinliklərlə üzləşdiniz?
Düşünürəm ki, məşğul olmalı işlə məşğul olursansa, o zaman işinlə sinxronlaşırsan və bütün bunlar onun irəliləməsinə səbəb olur. Məhz yüksək zirvələri hər hansı çətinliklər olmadan fəth etdikdə, sanki kainat sənin uğuruna mərhəmət göstərir. Hər şeyin öz-özünə alındığına baxmayaraq, mən çətinliklərlə üzləşmədim. Mənə ancaq həmən an yanımda olmalı insanlar rast gəlirdi. Mənim bundan gəlir gətirən nə isə qurmaq məqsədim yox idi. Bu daxildən gəlirdi. Mən öz işimi həddindən çox sevirəm. Xüsusən də müştərilərin razılığını və xoş razılığını gördükdə.


Pandemiya işinizə necə təsir göstərdi və bu məsələləri siz necə həll edirdiniz?
Əlbəttə, karantin zamanı komandam müəyyən çətinliklərlə üzləşdi. Düşünürəm ki, bu dalğa hamıya toxundu. Elə dövrlər olurdu ki, əllərim yanıma düşürdü. O zaman ətrafdakıların dəstəyi və daha yaxşı aqibətə inam çox yardım edirdi. Anladım ki, əl-qolumu sala bilmərəm, axı bu bütün gücümü və ruhumu həsr etdiyim işdir. Bu mənim bir hissəmdir, mənim övladımdır və onu əldən vermək olmaz.


Komandanızda kim var? Bu insanları haradan tapırdınız, neçə nəfərdirlər?
Komandamda artıq 10 nəfər var, hərçənd mövcudluğumuzun iki ilində biz iki nəfər idik. İndi biz sürətlə böyüyürük. Bizim kornerimiz salonlarda, mollarda, restoranlarda, idman zallarında təqdim olunub, həmçinin biz ketrinq xidmətləri göstərir və kuryer çatdırılmasını həyata keçiririk. Tezliklə evdən bayıra çıxmadan sifariş verməyə imkan yaradan tətbiqi işə salacağıq. Komandamın hər üzvü müəyyən vəzifəni icra edir və buna görə məsuliyyət daşıyır. Bu, sadəcə iş deyil, biz – ailəyik və bir-birimizi qarşılıqlı əvəzləməli, anlamalıyıq. Buna görə də xoşbəxtəm ki, tam arxayın köşədən kənarda ola bilərəm və anlayıram ki, əməkdaşım bütün vəzifələrinin öhdəsindən gəlir.

Hansı vəzifələri dərhal təhvil verdiniz, hansıları özünüzə saxladınız? Komandanızın işi necə qurulur?
Mən birmənalı şəkildə kreativ sahə ilə məşğulam. Heç zaman maliyyə ilə dost olmamışam və bu sahəni dərhal peşəkarlara həvalə etdim.


Bir günün nümunəsində məşğulluğunuzu təsvir edin. İş gününüz necə qurulub?
Hər şey səhər ənənə halını almış işlərdən başlayır: meditasiya, idman, yaxınlarıma sərf olunan zaman. Sonra işə gedirəm, nəzarət etdiyim obyektlərə baş çəkirəm, müştərilər və əməkdaşlarla ünsiyyətdə oluram, müəyyən məsələləri həll edirik, yeni reseptlər fikirləşirik – və beləcə bütün gün boyu.


Zamanınızı necə idarə edirsiniz?
Taymmenecment – başqa bir aləmdi. Hər şeyi planlaşdırmağa çalışıram, ancaq həmişə alınmır, hərçənd hər şeyin bəndlərlə qeyd olunduğu bloknotum çox kömək edir. Bu intizamlandırır. İlk növbədə əsas məsələləri həll edirəm, sonra isə ikinci dərəcəlilərlə məşğul oluram. Bununla belə, özümü yerinə yetirilməyən işlərə görə danlamamağa çalışıram, axı müxtəlif vəziyyətlər olur.


Şəxsi işinizin yaranması təcrübəsini təsvir edin. Artıq proses zamanı nəyi öyrənirdiniz?
Belə biznesin aparılmasına dair heç bir təcrübəyə malik deyildim. Mən aşpaz deyiləm. Sadəcə yeməklərin hazırlanma prosesi mənə zövq verir. Bir çox yaxınlarım və doğmalarım etdiklərimi bəyənirdilər, buna görə də bunu daha irimiqyaslı etmək istədim. Əslində mən o qədər də çevik insan deyiləm, amma zamanla iti bucaqlardan yan keçməyi, komandada çalışmağı, daha dözümlü olmağı öyrəndim, bu da həmişə asanlıqla başa gəlmirdi və müəyyən səylər tələb edirdi.


Öz işlərini qurmaq istəyən gənc qadınlara nə məsləhət görərdiniz? Nədən başlamaq və nəyə diqqət yetirmək lazımdır?
Ən başlıcası, qorxmamaq və risk etməyi bacarmaq. Nə etmək istədiyiniz dəqiq mənzərəsini beynində canlandırmaq və hətta sizi dəstəkləmirlərsə belə öz işinizə inanmaq. Uğurlu biznesə malik olmaq istəyirsinizsə, ona sadəcə ruhunuzu, özünüzün bir hissənizi, xarakter və xarizmanızı qoymalısınız. Sizin işiniz unikal olmalı və digərlərinə bənzəməməlidir. Çətinliklər saxlamamalıdır, onlar bizi daha güclü edir. Mən həmişə deyirəm: “Karantindən sonra mən heç nədən qorxmuram: əgər onun da öhdəsindən gəldiksə, bütün fəlakətlərlə bacararıq”.

Sizə kim dəstək verir?
Həyatımın çətin anlarında yanımda olan dostlarıma, yaxınlarıma, ailəmə çox minnətdaram. Mən kifayət qədər riskli insanam və çoxlarına qəribə görünən kardinal qərarlar qəbul edə bilirəm, amma zamanla anlayırsan ki, bu inkişaf üçün lazım idi. Ən əsası – hər şeyə rəğmən özünəinamdır. Daxilimizdə bütün resurslar və biliklər əzəli olaraq mövcuddur, sadəcə həyatın müəyyən mərhələsində özünü dinləməyi bacarmaq lazımdır.


Ətrafdakılar hər-hansı təşəbbüsündə ona dəstək vermirsə, qadın nə etməlidir?
Ətrafımda nə dərəcədə güclü və istedadlı qadınların olması məni yaxşı mənada təəccübləndirir. Qadınlar – xariqüladə energetikadır: empatiya, dözümlülük və anlaşılma qarışığı. Çoxlarının bu və ya digər sahədə böyük uğurlar əldə etməsindən çox zövq alıram. Ətrafdakılardan dəstək görmürsünüzsə, unutmayın ki, həmişə özünüz varsınız. Hər şey sizin əlinizdədir. Sizin həyatınız yalnız özünüzdən asılıdır.


Qadının gücü nədədir?
Qadının gücü onun yaradıcı energetikası və həmdərd olmaq bacarığındadır. Biz yalnız ailə ocağının mühafizəçisi deyilik, biz tamamilə hər yerdə rahatlıq və mehribanlıq yaratmaq iqtidarındayıq. Və biz sevə bilirik. Güc – əldə olunanlarla kifayətlənməyərək ətrafdakıları sevmək və onlara mehribanlıq bəxş etmək qabiliyyətindədir.