NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Fshn 20.2 yenilənməsi

Bahar. Həmişə təbiətin və qarderobun yenilənməsi ilə müşayiət olunan mövsüm. Cəmiyyətin bütün gözəl yarısı əvvəlcədən idman salonuna abunə olur və isti günlər gəldiyində yüngül paltarlarda inamla gəzmək üçün pəhrizə başlayırlar. 2020-ci ildə işlər yaxşı getmədi, insanlar təkcə mövsümi allergiya xəstəliyinə tutulmadılar, həm də sürətlə güclənərək dünyanı və adi həyat tərzini alt-üst edən pandemiya ilə üzləşdilər. Yeni geyimləri teatr və restoranlara gedərək göstərməyin ləğv edilməsi bir yana, həm də ölkələrin həqiqi sərhədlərini bir nümunədə deyil, bütün qitələrdə hiss etmək şansı yarandı. Bir çox ölkədə "səyahət" ən yaxşı halda yaxın aptekə və ya ərzaq mağazasına getməklə məhdudlaşır. Hər kəs virusun yayılmasının qarşısını almaq üçün əlindən gələni etməyə çalışır, kimsə özünü izolyasiya edir və Ümumdünya Səhiyyə Təşkilatının bütün qaydalarına riayət edir, kimsə xəstəxanalara və laboratoriyalara sponsorluq edir. Lüks brendlər də istisna deyildi – Bvlgari, Versace, Dolce & Gabbana, Giorgio Armani koronovirusla mübarizə üçün xəstəxanalara vətəndaşları müdafiə agentliklərinə və tədqiqat təşkilatlarına maddi yardım göstərdilər.
Dünya rezonansı yüksək moda dünyasında da əksini tapdı. Nyu Yorkdakı Moda həftəsi barədə məqaləmi moda sənayesinin ekoloji problemlərə reaksiyasını müsbət qiymətləndirməklə əsaslandırdım. Etiraf etmək lazımdır ki, pis-yaxşı paltar emalı texnologiyası tətbiq olundu, məlumatlı alış-veriş mədəniyyəti səylə aşılanır, bir çox dizayner il ərzində buraxılan kolleksiyaların sayını azaltdı, trendlərin davamiyyəti isə uzunmüddətli oldu və toplarda bir mövsümdən çox qaldı, bu da modabazların qarderoblarında əşyaların "aktuallıq müddətini" uzatmağa imkan verir. Bu il mətbuat təəccüblə şouların miqyasının azaldığı barədə danışdı, Covid-19 faydalı fikri dəstəkləmək qərarına gəldi – Giorgio Armani brendinin kolleksiyasının Milandakı nümayişi İtaliyada epidemiyanın sürətlə yayılması səbəbiylə bağlı qapılar arxasında keçirildi.


Giorgio Armani Fall 2020 Ready-to-Wear Fashion Show

Küçə maskaradı
Bugünkü günədək alimlər virusun yayılmasının qarşısını alan və yoluxmuşlar arasında ölənlərin sayını azalda biləcək effektiv vaksin formulunu hazırlaya bilməyiblər. Məlumdur ki, virus hava damlaları ilə ötürülür və bu məlumatlar əhalini istisnasız olaraq üç qatlı tibbi maskalar almağa vadar etdi və bir çoxları bununla bağlı spekulyasiya etməyə çalışırdılar. Necə deyərlər, tələb təklif yaradır və yaradıcı zəkalar bundan yararlandılar. Bütün dünya dizaynerləri tez bir zamanda vəziyyətə reaksiya verdilər və maska xətti hazırladılar. Asiya meqapolislərində gündəlik maska geyinmək yeni bir şey deyil, sakinlər bu şəkildə tənəffüs yollarını tüstüdən qoruyur və əlbəttə ki, modabazlar bunu çoxdan öz tərzlərinə uyğunlaşdırırdı. Son bir neçə ildə bir çox qərb modelyerləri podium obrazları üçün dekorativ maskalar yaradır, lakin onlar hələki kütlələrə gəlib çatmayıb. "Maskalar" sosial şəbəkələrdə də aktualdır, özünə hörmət edən hər bir blogger İnstaqramdakı izləyiciləri üçün heç olmasa bir maska yaradır. Buradakı nəticə onu göstərir ki, cəmiyyət çoxdan üzünü klassik tərzdə bəzəməməyə şaddır, pandemiya isə bu prosesi yalnız sürətləndirdi.


Postsovet məkanında "tibbi üç qatlı" a-la maska bir obraz elementi kimi kök salmayıb, müntəzəm olaraq istifadə etmək üçün xüsusi səbəblər də heç yox idi. Hər şeyə əlavə olaraq, cəmiyyətdə üzlərini səbəbsiz gizlədən insanlara etibarlı münasibəti kəsb etməyən tarixən formalaşmış anlayışların matrisası ləğv edilmədi, nəticə olaraq insanlar bu aksessuarı trendə çevirməyə cəsarət etmirlər. Dekorativ maskalar bazarımız üçün nisbətən bir yenilikdir, buna baxmayaraq, tək sayda nümunələr hazırlayan dizaynerlər var idi və bu maskalardan çox fərdi personajlar istifadə edirdi. Yana Rudkovskaya Parisdəki Moda həftəsinə Chanel brendinin hazırladığı ağ kameliya ilə bəzədilmiş qara maskasında gəlmişdi. Maskanın üzərində həcmli çiçəkli bəzək seçimini qara maskanın onun bahar obrazı ilə uyğun gəlməməsi ilə izah etdi. Bu fikri istisnasız hər kəs bəyəndi, buna görə prodüser Rusiyaya qayıdan kimi maskaları satışa çıxarmaq qərarına gəldi.



Yana Rudkovskaya

Moda məhsulunun getdikcə populyarlaşmasına baxmayaraq, rus markalarının sosial şəbəkələrdəki postları altında ciddi savaşlar gedir, abunəçilər məhsullarını virusdan qorumaqda effektiv olmadığında günahlandırır və bunun eyni üç qatlı tibbi maska qədər qorunma dərəcəsi olan bir aksesuar olduğunu unudurlar.

Billi Ayliş Grammy 2020 mükafatında

Buna görə, adi aptekdən alınan və ya Ssense, Farfetch və Net-a-Porter-də sifariş olunan maska arasında maliyyə tərəfindən başqa heç bir ciddi fərq yoxdur.
İstisna olaraq Marine Serre Urban Air Mask 2.0 yeni kolleksiyasından respirator maskalarıdır. Fransız brendi amerikan N95 ilə eyni standartlara cavab verən maskalarda filtr istifadə edən tibbi məhsullar istehsalçısı Airinum ilə bir araya gəldi.

Marine Serre Urban Air Mask 2.0

90-cı illərə geriyə
Paris Moda Həftəsi nümayişlərində sərt siluetli və qadın kolleksiyalarında kişi geyimi biçimi qərəzli şəkildə vurğulanan kostyumlar nümayiş etdirilib. Eleqant ciddiliyin üstünlüyünə baxmayaraq, Saint Laurent, Balmain və Balenciaga sayəsində lateks podiumlara qayıdıb. 2020-ci ilin payızında bu materiala bu qədər yüksək pay düşdüyündən, niyə də indi bu materialdan hazırlanan belə bir maraq oyadan detal, məsələn, əlcəklər obraza tətbiq edilməsin. Ümumdünya Səhiyyə Təşkilatı əl gigiyenasını qorumağı, dezinfeksiyaedici maddələrdən istifadə etməyi və əl sıxmalardan imtina etməyi tələb edir, bu vəziyyətdə birdəfəlik lateks əlcəklərdən istifadə etməyi məsləhət görülür, həm də dəb bunu qadağan etmir, əksinə. Burada maskalarla müqayisədə daha asandır, əlcək geyinmək və onların stilistik müxtəlifliyi ilə əsrlərlə davam edən bir mədəniyyət var. Düzdür, bu gün yalnız köhnə tibb və şəffafdan sarıya qədər müxtəlif rənglərdə təqdim olunan məişət əlcəklərinə ümid qalır. Darıxdırıcıdır? "Diana Dzhanelli" adını daşıyan zərgərlik evinin sahibi dizayner Diana Canelli ümidsiz olmamağa və parlaq daşlarla bəzədilmiş üzükləri qara lateks əlcəklərin üzərindən taxmağa çağırır. Məxmər və velür deyil, amma müasirdir və dərini birbaşa yoluxucu infeksiyalardan qoruyur. Həm də ki, əgər barmağınızda Tanzaniya sapfirindən üzük parıldayırsa, əlcəklərə kim diqqət yetirəcək, elə deyilmi? Öz İnstaqram hesabında dizayner qiymətli mineral seçimində məsləhət verir: "Rezin əlcəklərdə xüsusilə turmalin, parayba, rodolit, opal və yaqut üzüklər çox yaxşı görünür" – və ona xas yumorla bonus olaraq əlcək vəd edir.


Diana Dzhanelli

Hara çevirsən də tarix təkrarlanır
Bəşər tarixində pandemiya ilk hadisə deyil. "İspan qadın" – Birinci Dünya Müharibəsinin son aylarında başlayan və təxmini hesablamalara görə yüz milyona yaxın ölümlə nəticələnən 1918-ci ilin ispan qripi belə adlanırdı. Bu qripdən təkcə İspaniyada səkkiz milyon insan öldü. Bəzi ölkələr il boyu ictimai yerləri, məhkəmələri, məktəbləri, kilsələri, teatrları bağladı və kütləvi izdihama qadağa qoydu. Taverna və restoran sahibləri müştərilərə yalnız küçədə xidmət edirdi. Bu pandemiya bəşəriyyət tarixindəki ən böyük fəlakətlərdən biridir. Sanitar sarğıları papaqlara bərkidən iki madamın kadrları qalıb, o zamanlar həmin sarğılarsız evdən çıxmaq olmazdı.

O dövrdə çəkilən başqa bir fotoda tibbi maskalarda poza verən ailənin ev heyvanlarına qarşı həm zarafatla yanaşması, həm də diqqətli olduqları görünür. – N