NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

Всех нас чему-то учит Африка

Həyatdan şikayətlənməmək üçün ən azı bir dəfə Afrikada olmalısınız!


Leonardo DiKaprio

Bu məktubu yazmadan əvvəl düşüncələrimi uzun müddət topladım: sizə, əziz oxucularım, Afrika ilə bağlı nə deyim? Axı mən özüm də heç vaxt orada olmamışam, baxmayaraq ki, bütün yaxım dostlarım bunu nə qədər çox və nə qədər arzuladığımı bilirlər (və yaxın gələcəkdə xəyalımı gerçəkləşdirəcəyimə çox ümid edirəm).
Düzdür, uşaqlıqdan, yəqin ki, sizin kimi Çukovskinin şeirini xatırlayıram: “Ay balaca uşaqlar, Sizə tapşırığım var: Afrikaya getməyin, Afrikada gəzməyin! Afrikada var acgöz balıqlar. Afrikada var qorillalar. Afrikada var yekə timsahlar"... Ancaq indi böyümüşük, bizi akula, qorilla, hətta Barmaleyin özü ilə qorxutmaq olarmı! Afrikanın o qədər də qorxulu olmadığını dərk edirik. Ora haradasa uşaqcasına, sadəlövh, spontan və buna görə də gözlənilməz, amma eyni zamanda valehedici dərəcədə gözəldir. Biz hamımız isə jurnallarda və turist bukletlərində Afrika həyatından rəngarəng şəkilləri sevirik! Ancaq bütün bu gözəlliyin özünəməxsus əks tərəfinin də olduğunu nəzərə almalısınız.
Həm də, oranın təbiəti biz insanlar tərəfindən hələ ki, tamamilə korlanmamışdır və vəhşi heyvanlar istədikləri kimi – azadlıqda, alışdıqları dünyada yaşaya bilirlər və bu gözəldir, həmişə təbiət üzərində eyni hüquqlarımızın olduğunu unutmamalıyıq!
Buna baxmayaraq, doğulduğumuz yerdə – Azərbaycanda anadan olmağımız üçün çox şanslıyıq. Ancaq bizə bəxş edilən nemətlərə haqqımız olduğunu düşünərək yaşayırıq. Səhər – canlandırıcı bir duş alırıq, faydalı səhər yeməyi yeyirik, maşına minirik və işimizə davam edirik, axşam isə hansısa rahat kafedə dostlarımızla oturub vacib xəbərləri, kiçik dedi-qoduları və gündəlik problemləri müzakirə edirik... Amma Afrikanın hansısa bir yerində milyonlarla insanın tamamilə fərqli qayğıları var: özü və övladları üçün bir qədər içməli su və bir az yemək tapmaq! Afrikada nə qədər uşağın aclıq çəkdiyini və bir qurtum suya möhtac olduğunu təsəvvür etmək belə çətindir.
Bəlkə də, afrikalılar müasir dünya və ən son texniki yeniliklər haqqında bizdən daha az şey bilirlər, amma həyatın mahiyyətini və mənasını, əlbəttə, daha dərindən başa düşürlər. Onlar "mədəni dünyanın" sərt stereotiplərinə, ya da bizim kimi dəyişkən moda trendlərinə tabe deyillər – onların şüurları azaddır, instinktləri isə daha parlaqdır. Onlarda əvvəlki kimi, təbii hissiyyat, bizim düşüncəmizə görə intuisiya, İlahi qüdrətlə əlaqələri inkişaf etmişdir və onların ilkin, daxili təmiz saflığı qorunub saxlanıb. Onların energetikası altında böyüdükləri isti günəşin alovu kimi güclüdür. Buna görə də, onların yanında özümüzü, daxili işığımızı tapa bilərik və problemlərimizin çoxunun ümumiyyətlə problem olmadığını, sevinmək üçün düşündüyümüzdən daha çox səbəbimizin olduğunu dərk edirik...
Kim daha sıx və daha xoşbəxt gülümsəyir: böyük imkanlara alışmış olan bizlər, yoxsa taleyindən məhrum olan onlar? Kim daha dolğun və zəngin bir həyat yaşayır: yuxudan oyanaraq İnstagrama baxan və qonşularımızda nə baş verdiyini oxuyan – biz, yoxsa isti təbiətlə birləşən, hər səhər valehedici şəfəqi qarşılayan afrikalı uşaqlar? — N

Ülviyyə Mahmudova,
baş redaktor