NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Metropol Hotel – Moskva tarixinə açılan əzəmətli qapılarınız

Moskvanın qəlbində, Böyük Teatrın yaxınlığında, Qırmızı Meydandan cəmi 5 dəqiqəlik məsafədə möhtəşəm Metropol Hotel yerləşir. Savva Mamontov tərəfindən ilkin olaraq “Mehmanxanalı Teatr” kimi düşünülmüş hotel bugünkü günədək öz teatral ab – havasını qoruyub saxlamışdır. Hotelin füsünkar uca tavanları, gözoxşayan geniş vestibülü və tarixi möhtəşəmliyi müasir dəbdəbə ilə uzlaşdıran estetik dekoru bu atmosferi biruzə verir. Hotelin zəngin tarixi və ya müasir dəb – dəbəsinin cazibəsinə düşmənizdən asılı olayaraq, Metropol hər bir zövqə uyğun olan otaqları ilə keçmiş və bu günün misilsiz ahəngini təklif edir.


Daha çox tarixi ab – havaya üstünlük verirsinizsə, seçiminizi klassik üslublu otaqlardan yana edə bilərsiniz. Həmin otaqları bəzəyən nəfis antik mebellər və dekorativ əşyalar burada hökm sürən atmosferə daha da rəng qatır. Klassik nömrələrdən nəfəskəsici mənzərələr açılır. Müasir üslubu sevən qonaqlar üçün isə, Metropol Hotel, tarixi dekorun çağdaş dizayn və rahatlıqla uzlaşdığı otaqları təklif edir. Bu yenilənmiş nömrələr özündə Moscow Art Nouveau ruhunu ehtiva edir. Nömrələr antik mebellərlə döşənmiş və XIX əsrin sonları XX əsrin əvvəllərinə aid dekor elementləri ilə bəzədilmişdir. Otaqlarda yer almış alçaq pəcərə kənarları möhtəşəm tarixi mərkəzə əsararəngiz mənzərə açır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


Metropol Hoteli 10 nəfərdən 450 nəfərədək qonağı qarşılaya biləcək 16 unikal zalı ilə Moskavada keçirilən bir çox prestijli tədbirlərin əsas ev sahibidir. Bunlardan Böyük Teatr mənzərəli “Bryusov” panoramik zalını, həmçinin rahatlığı ilə seçilən “Çexov” və “Turgenev” vitraj zallarını qeyd etmək olar. Hotel, Moskvanın mərkəzində tədbirlərin keçirilməsi üçün ən böyük komplekslərdən biri olaraq, qonaqlara beynəlxalq standartlar və fərdi xidmət təklif edir. Andrey Korıstovun başçılığı altında fəaliyyət göstərən və “Qızlı açar” beynəlxalq konsyerjlər assosiyasiyasından olan komandasının məşhur konsyerj xidməti unudulmaz təəssüratlar yaşadacaq fərdi xidmətlər təqdim edir – tədbirlərə biletlərin bron edilməsindən tutmuş şəhərin kulinariya incilərinin kəşf edilməsinədək.

Burada qaldığım müddət səhərim Moskvanın tarixi binalarının üzərinə yağan yağışdan və Metropol zalında yerləşən ruhumu oxşayan fontanın ətrafındakı səhər yeməyindən başladı. Böyük isveş masası səhər yeməyinin ən nəfis növləri ilə bəzədilir – ləzzətli kürü, mükəmməl bişirilmiş yumurtalar, xamalı sırniklər – siz fikrimi anladınız! Kulinariya incilərinin müxtəlifliyi inanılmazdır. Belə ki, siz qabınızı ənənəvi asiya, avropa və ya klassik rus yeməkləri ilə doldura bilərsiniz. Səhərinizdən həzz almaq üçün əsas zala qədəm qoyduqda, ətrafı bürüyən möcüzəvi səs eşidirsiniz – hər bir səhər yeməri arfa ifası ilə müşayət olunur. Biz bunu günün möhtəşəm və təravətli başlanğıcı adlandırırıq!
Ecazkar nahar üçün getməli olduğunuz yer – SAVVA – dır. Təklif olunan yüksək keyfiyyətli ənənəvi rus yeməkləri və beynəlxalq mətbəxin nümunələrinin hər birini dadmaq istəyəcəksiniz. Restoranda hökm sürən müasir və ürəkaçan interyer sakit və rahat nahar yeməkləri və hətta işgüzar görüşlər üçün mükəmməl ab – hava yaradır. Gecə gündüzü əvəz etdikdə və şəhər küçələrini işıqlar aydınlatdıqda Metropol əsas zalının yanında yerləşən Chaliapin barı öz rəngarəngliyi ilə canlanır. Bu zamanda səyahət kimidir: hotelin klassik memarlığından barın müasir eleqantlığına keçid. Qeyd edək ki, eksklüziv menyu ilə tamamlanan barın tərzi zəirflik və ənənəyə əsaslanmışdır.

Barın adı verilmiş məşhur opera müğənnisinin adından ilham alımış kokteylin dadına mütləq baxmalısınız! Metropol Hotel qətiyyətlə öz sözünü deyir. Prioritetinizin nə olmasından asılı olmayaraq – qonaqpərvər xidmət, dəb – dəbəli memarlıq, zəngin tarix və ya müstəsna kulinariya təcrübəsi – Metropol sizin gözləntilərinizi artıqlamasıyla qarşılayacaqdır. Şəhəri gəzmək və macəralara atılmaq üçün hoteldən çıxdığınız an isə əsas məqamı anlayacaqsınız – Metropol Hoteli Moskvanın həqiqətən də baş tutduğu yerdir!

  •  
  •  
  •  
  •  
  •  
/