NARGIS
Ru En
NARGIS MAGAZINE
Karabakh – Winter Wonderland

Karabakh – Winter Wonderland 4

Məmmədbəyli məqbərəsi, 1305-ci il, Zəngilan

Zəngilan rayonunun Məmmədbəyli kəndindəki səkkizguşəli türbə 1305-ci ildə tikilib. Məqbərənin giriş qapısında ərəb dilində yazılıb: “Mən Məhəmməd Əl-Həcc bu binanın sahibi, Allahın rəhmətinə ehtiyacı olan zəif, zavallı bir qulam, bu binanı 704-cü ilin [hicri] müqəddəs Ramazan ayında Əli Məcd əd Dinə tikdirmişəm.”. Mətnin əvvəlində və haşiyədə də Qurandan ayələr gətirilib.

Hacı Bədəl körpüsü, XIX əsr, Qubadlı

XIX əsrdə Qubadlı rayonunun Dəmirçilər kəndində Hacı Bədəl adlı xeyriyyəçi yaşayıb. Qeyri-adi təşkilatçılıq qabiliyyətinə malik olan bu adam yorulmadan çalışıb, bütün gücünü dogma torpağının çiçəklənməsinə həsr edib, o cümlədən, Hacı Bədəl 15 kəndi birləşdirib, Ağarçay üzərində körpü salıb (bu körpü onun adını daşıyır). Körpünün tikintisində ornamentlərlə bəzədilmiş daşlardan, əhəngdən və... yumurta sarısından istifadə edilib! Təəccüblüdür ki, kifayət qədər nəhəng quruluşa malik bu körpü coşqun dağ sellərinə əlavə dayaqları olmadan sinə gərirdi.