Earrings Rain Collection by EMERALD BOUTIQUE
Nəhayət, təxminən 30 ildir Qarabağda ədalətin bərqərar olmasını gözlədikdən sonra bir ölkə və bir millət olaraq yenidən tam və bütöv olduq. Beynəlxalq arenada münaqişənin heç bir həll yolunu tapmadıqdan sonra onu özümüz həll etməli olduq və qalib gəldik, çünki həqiqət nəticədə hər zaman zəfər çalır. Cənab Prezident, Azərbaycan xalqına verdiyiniz vədə əməl etdiyinizə, bizi yenidən qürurlu və güclü hiss etməyə yönəltdiyiniz üçün Sizə təşəkkür edirik. Nəhayət azad edilmiş bu torpaqlar həqiqətən Azərbaycan xalqının ürəyi və ruhudur, həmçinin beynəlxalq hüquqa görə rəsmi olaraq Azərbaycan torpağı kimi tanınır. Dünyada heç bir qüvvə vətənimizi bölmək gücündə deyil və heç vaxt olmayacaqdır.
Şəhid əsgərlərimizə, cavan oğullarımıza xitab edərək, bizim üçün və övladlarımızın gələcəyi üçün verdiyiniz qurbanların əvəzini heç vaxt ödəyə bilməyəcəyik. Siz 10 milyonluq Azərbaycan Respublikasının zəfər qəhrəmanına çevrildiniz. Bundan sonra övladlarımıza, nəvələrimizə, və növbəti nəsillərə ölkəmizi və əmin-amanlığımızı qorumaq üçün göstərdiyiniz bu fədakarlıq barədə danışacağıq. Bizə qurtuluş hədiyyəsini bəxş etdiz. Canlarınızı bizim üçün, ailənizin və dostlarınızın evlərini qorumaq üçün, əziz tutduğunuz bir ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün qurban verdiniz. Cəsur şəhid əsgərlərimiz inandıqları bir gələcək üçün özlərini fəda etdilər. Azərbaycan üçün canlarını qurban verdilər. Bu andan etibarən sonsuza qədər Sizi xatırlayacağıq, adlarınızı əzbərləyəcəyik, cəsarətinizi əbədləşdirəcəyik, fədakarlıqlarınıza, vətənpərvərliyinizə, sevginizə və sədaqətinizə heyran qalacağıq. Adlarınızın hər biri qəlbimizdə əbədi həkk olunacaqdır.
Ülviyyə Mahmudova,
Baş redaktor