NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Horoscope. Aprel 2020

Aprel ayı enerji potensialımızdan, hərəkətlərə və əməllərə hazır olmağımızdan məsul olan Mars planeti tərəfindən idarə olunur. Mars iradə gücünün varlığının, idarə və rəhbərlik etmək istəyinin göstəricisidir. Aprel ayında Mars hərəkətlərdə və özünü ifadə etmə azadlığında gözlənilməzliyi daşıyaraq Dolça bürcü altında yerləşəcək. Ayın enerjisi islahatçılığa, mühafizəkarlığı dağıtmağa yönəldilmişdir; azadlıq istəyi, eyni zamanda eqosentrizm, ideoloji könüllülük cərəyanı aktivləşir. Aprel ayı ədalət və insan hüquqları uğrunda mübarizəni daha da artıraraq müstəqil və kreativ şəxslərə üstünlük verəcək. Eyni zamanda bu dostluq, yoldaşlıq, humanist fikirləri müdafiə etməyə çalışan həmfikirlərin birlik dövrüdür. Ancaq tələsiklik və düşünməzlik maddi problemlərə və hətta travmalara, xüsusən də ayaq zədələrinə səbəb ola bilər. Sağlamlıq fəaliyyətinizi ideala çatmağa yönəldin, həm də yalnız özünüz üçün deyil.

Mars QOÇLARI yeni planları və layihələri reallaşdırmağa şövq edəcək. İkinci dərəcəli məsələləri müvəqqəti təxirə salaraq qlobal vəzifələrə cəmləşmək daha yaxşı olar. Həll yollarını cəsarətlə gücləndirin, artıq başladılmış ideyaları sürətləndirin. Dostlarınız və həmfikir yoldaşlarınız bəzən həddən artıq təlaşları ilə qıcıqlandırsalar da, sizi dəstəkləyəcəklər.


BUĞA bürcünün öz iradə gücünü və enerjisini karyera yüksəlişinə yönəltməsi, eləcə də rəhbərlik və liderlik də daxil olmaqla məsuliyyət götürməkdən qorxmaması yaxşı olardı. Evdar Buğaların enerjisini ailə üzvlərinə qarşı ədalətli idarəçiliyə sərf etmələri arzuolunur. Enerjinin həddən artıq çox sərf olması gözlənilir, iş və istirahət balansını qorumağa çalışın.

ƏKİZLƏR Marsın enerjisini yeni bilik və bacarıqların mənimsənilməsinə, eləcə də mövcud ixtisasın təkmilləşdirilməsinə yönəldə biləcək. Həddindən artıq ekstrim və israfa qapılmamaq şərtilə səfərlər və səyahətlər – daha doğrusu sağlamlaşdırma-inkişaf etdirici və mədəni-maarifləndirmə yönümlü əyləncələr uğurlu olacaq.


XƏRÇƏNG öz səylərini maddi rifahına yönəltməlidir. Qazanclı əmlak sözləşməsi imkanı var, sadəcə sənədləşmədə diqqətli olun. Ekstremal təcrübələr arzuolunmazdır: travmatik təhlükəli dövrdür. Ezoterik təcrübələrdən sui-istifadə etməyin – bəlkə də zərərli enerji təsiri ola bilər.


ŞİRLƏRİN öz səylərini tərəfdaşlarla konfliktlərə deyil, ictimai fəaliyyətlərə yönəltmələri yaxşı olardı – o zaman enerjiniz və xarizmanız tələbolunan və məhsuldar olacaq. Bədxahlar təhlükəli ola bilərlər, xüsusən də səlahiyyətinizi şiddətlə davam etdirsəniz və sui-istifadə etsəniz. Həm eşqdə, həm də əməldə olan azadlıq sevgisi və səmimiyyət sizə tab gətirməyə kömək edəcək.


Mars QIZ bürclərinə xroniki xəstəliklərin aşkarlanmasına və nəhayət sağlamlığının qayğısına qalmağa kömək edəcək. İş yerindəki həmkarları ilə anlaşılmazlıq enerji itkisinə səbəb olacaq. Diqqətinizi gündəlik həyat tərzi üzərində cəmləşdirməyə çalışın; balanslı fiziki məşqlər və pəhriz itirilmiş enerjinizi kompensasiya etməyə və sağlamlığınızı bərpa etməyə kömək edəcək.


ƏQRƏBLƏR diqqətli olun, sizin hər zaman yaradıcı olmayan coşqun gücünüz nəzarət altında olmalıdır. Marsın enerjisini məhdudlaşdırıcı köhnə şeylərdən qurtularaq və yeni faydalı şeylər əldə edərək öz yuvanızın yaxşılaşdırılmasına yönəldin. Sərfəli əmlak əldə etməyiniz gözlənilir. Sizin gücünüz və enerjiniz ailənizə və Vətəninizə dayaq olacaq.


Mars OĞLAQLARA özlərini yeni bir şəkildə cəsarətlə ifadə etmək üçün məhdudiyyətsiz imkanlar verərək yeni dəyərlər sisteminin formalaşmasına kömək edəcək. Məhdud düşüncələrdən qurtulmağın və yeni üfüqlər kəşf edərək pul qazanmağın yollarını yenidən gözdən keçirməyin vaxtıdır! Fiziki vəziyyətinizə diqqət yetirin: bəlkə də həyat tərzinizi də dəyişməlisiniz?



Mars TƏRƏZİLƏRƏ enerji və böyük fəthlər etmək üçün güc verir. Ehtiras, sevgi, konfliktlər və barışıqlar. Enerjinin şəxsi münasibətləri pozmaması üçün onu yaradıcı istiqamətə yönəldin, o zaman bəlkə dünyaya parlaqlığı ilə yadda qalan və enerjinizi başqalarına ötürən yeni şedevrlər təqdim edərsiniz. Uşaqlarla münasibət qurmaq üçün də əlverişli zamandır.


Mars OXATANLARI aktivlik üçün rahat hərəkət etmək və əlaqə qurmaq üçün sərbəstliklə təmin edəcək, yeni tanışlıqlar və bəlkə də gələcəkdə yeni tərəfdaşlar tapmağa və ətrafında yeni bir mühitin formalaşmasına kömək edəcək. Təhsil və öz biliyini artırma, səyahətlər, təlimlər - bütün bunlar fayda verəcək. Ümumi sağlamlıq üçün fiziki məşqlər etmək yaxşı olardı.

Mars DOLÇA bürcünün himayəsi altında olduğu üçün onlara hiperaktivlik və nihilizm tendensiyasını bəxş edir. Diqqət: anarxizm və aqressivlik - sizin psixiki sağlamlığınızı pozmaqla təhdid edən partlayıcı bir qarışıqdır! Aspektlər anadangəlmə liderlər və fikir generatorları üçün yaxşıdır, passiv Dolçalar isə prokrust yatağından çıxmaq və öz istedadlarını tam nümayiş etdirmək şansı qazanacaqlar.


Gözlənilməz Mars BALIQLARA komplekslərini cəsarətlə dəf edərək içlərində olan qorxunu və təngə gətirən düşüncələrini üzə çıxarmaq üçün öz ruhlarının sirli dərinliklərinə qərq olmağa kömək edəcək. Bir çox insanın hərəkətlərinin gizli motivləri qapalı təşkilatların işçiləri üçün aydın olacaq, bu da bir çox cinayətlərin üstünü açmağa kömək edəcək.