Fransız zərgərlik evi La Panthère kolleksiyasının altı yeni bəzək əşyasını təqdim etdi – qiymətli bəbir indi daha cəsarətli və zərifdir.
CARTIER boyunbağı-çoker, Panthère kolleksiyası
Ağ qızıl, zümrüd, onikslər, brilyantlar
CARTIER bilərzikləri, Panthère kolleksiyası
Sarı qızıl, lak, savoritlər, onikslər
Ağ qızıl, zümrüdlər, onikslər, brilyantlar
Zərgərlik dünyasında Cartier bəbiri qədər tanınan obraz tapmaq çətindir. Bu vəhşi pişik zərifliyi, müstəqil mövqeyi və yumşaq, ehtiyatlı addımları özündə birləşdirir. O hər zaman atlanmağa hazırdır, onun güclü əzələləri isə möhtəşəm xallı dəri ilə örtülmüşdür. Cartier sənət bestiariyasında bəbir yüz il əvvəl məskunlaşıb. Onun ilk təsvirləri çox abstark idi: 1914-cü ildə onun “yırtıcı” qara xalları brilyant qol saatını bəzəyirdi, bir il sonra isə cib saatında istifadə olunmuşdu. İlk dəfə 1917-ci ildə Cartier məshullarında heyvanın firuqu görünməyə başlayır: yırtıcı oniksdən olan əl çantasının qapağında iki sərv ağacının arasında gəzişirdi. Əşya Lui Kartyenin sifarişi ilə iş münasibətlərindən əlavə xüsusi hisslər bəslədiyi Janna Tussen üçün hazırlanmışdı. Özünəməxsus xarakteri və təkrarolunmaz zərifliyinə görə onu bəbir adlandırırdılar. Amma Tussenin əsas istedadı onun malik olduğu zövqü idi.
CARTIER bilərzik, Panthère kolleksiyası
Ağ qızıl, sapfirlər, zümrüd, onikslər, brilyantlar
Məhz o, bəbiri Cartier brendinin ikonaları səviyyəsinə qaldırdı. 1930-cu ildə bədii rəhbər vəzifəsinə keçdikdən sonra o, bəbir fiqurunun əks edildiyi skulptur bəzək əşyaları hazırlamağa başlayır. 1930-cu ildə Vindzor hersoginyası üçün 152,35 karat ağırlığında nəhəng mavi sapfir kaboşon üzərində oturan platin bəbir təsvir edilmiş broş hazırlanır. Elə həmin il Deyzi Fellouz Qızıl Yun ordenini xatırladan qızılı lentdən asılmış bəbir şəklində sapfir və brilyantlardan ibarət broş sifariş edir. 1952-ci ildə isə Uollis Simpson biləyi həssas bir şəkildə saran elastik bilərzik şəklində daha bir vəhşi pişik əks edilmiş zinət əşyasını sifariş verir. Görünür ki, bu, Cartier zərgərlik məmulatlarının arasında ilk artikulyar, yəni çevik əşyalardan biri olur. Qiymətli bəbirlərin böyük pərəstişkarlarından biri də Nina Dayer idi; 1958-ci ildə həyat yoldaşı Şahzadə Sədruddin Ağa Xan ona iki yırtıcı başı olan ilk açıq Cartier bilərziyini və mirvari boyunbağı ilə asma kimi də taxıla bilən broş hədiyyə edir. Onun üzərindəki bəbir sanki canlı idi - onun başı çevrilir, asılmış ayaqları və quyruğu da hərəkət edirdi. Ekstravaqant meksikalı aktrisa Maria Feliks də ikibaşlı xallı platin qolbaq taxırdı.
CARTIER boyunbağı-çoker, Panthère kolleksiyası
Sarı qızıl, lak, savoritlər, oniks
CARTIER boyunbağı-çoker, Panthère kolleksiyası
Ağ qızıl, zümrüdlər, onikslər, brilyantlar
Panthère de Cartier kolleksiyasına əlavə edilmiş yeni zinət əşyaları ənənəni layiqincə davam etdirdilər. Kolleksiyaya ümumilikdə altı bəzək əşyası daxil edilib: açıq üzük, uclarında iki skupltor bəbir başı olan boyunbağı-çoker və bilərzik. Triadanın hər biri iki variantda təqdim edilir – qara xalları olan sarı qızıl, yaxud da ağ qızıl üzərində düzülmüş şəffaf almazlar, qara oniksdən xalları və zümrüd gözləri olan versiyalar. Panthère bəzək əşyalarının heç birində eynilə bəbirin xallarında olduğu kimi təkrarlanan eyniformalı ikinci bir oniks fraqmenti yoxdur. Bəbirin qiymətli bədəni isə asanlıqla barmaq və ya biləyin şəklini alır. O bunu kiçik bir texniki hiyləyə borcludur: hər bir bəzək elementi aralarındakı məsafəsi çətinliklə gözəçarpan ayrı-ayrı fraqmentlərdən ibarətdir və içərisində bəbirlərin başındakı yaylara birləşdirilmiş iki qızıl lövhə var.
CARTIER üzüyü, Panthère kolleksiyası
Ağ qızıl, zümrüdlər, onikslər, brilyantlar
Bu dahiyanə mexanizm üzüklərin və bilərziklərin asanlıqla əyilməsinə və dərhal da orijinal formasına qayıtmasına imkan verir. Bunun sayəsində bütün struktur inanılmaz elastiklik əldə edir və istənilən anatomik xüsusiyyətlərə rahat şəkildə uyğunlaşır.