NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

DEFENDER EXPERIENCE TOUR 2023: MACƏRALAR GÖZLƏYİR!

14-15 oktyabr 2023-cü il tarixlərində regionumuzda ilk dəfə olaraq “Avtolüks Azərbaycan”, Azərbaycan Avtomobil Federasiyası və NARGIS jurnalının təşkilatçılığı ilə “Defender Experience Offroad Tour 2023” tədbiri keçirildi.

  •  
  •  
  •  
  •  
  •  
/

Həftə sonu ərzində Defender 90, Defender 110, Defender 130 modifikasiyalarının 24 avtomobilini, eləcə də məşhur brendin nadir modellərini idarə edən Defender sahibləri, markanın çoxsaylı pərəstişkarları, onların ailələri və dostları, media nümayəndələri 150 kilometrlik Bakı-Şamaxı-İsmayıllı marşrutunu fəth etdilər. Marşruta magistrallar, torpaq yollar və yolsuzluq əraziləri də daxil idi. Bu, sürücülərə avtomobillərinin maksimal potensialını üzə çıxarmağa və müxtəlif şəraitdə üstünlüklərini sınamağa imkan verdi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Heydər Əliyev Mərkəzindən start götürən tədbirin iştirakçıları “Avtolüks Azərbaycan” şirkətinin , Azərbaycan Avtomobil Federasiyasının və NARGIS jurnalının komandasının nümayəndələrinin iştirakı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladlarına velosipedlər və müxtəlif hədiyyələr də təqdim etdilər. Tədbir Abqora Restaurant & Wine Club-un ərazisində baş tutdu və burada iştirakçılar bir-birini tanımaq və turun ən çətin hissəsinə hazırlaşmaq imkanı əldə etdilər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Tədbirin yekun hissəsi “Basqal Resort & Spa” otelində təşkil olunan şam yeməyi çərçivəsində baş tutdu. Burada çıxışlardan sonra təntənəli şəraitdə tədbirə yekun vuruldu və iştirakçılara xatirə sertifikatları təqdim olundu. Gecədə təqdim olunan əyləncə proqramı və sonrakı şənlik avtomobil sahibləri üçün bir-biri ilə, eləcə də Defender brendinin rəsmi nümayəndələri ilə ünsiyyət qurmaq üçün əla fürsət oldu.

Bu unikal tədbir əfsanəvi brendin avtomobillərinin yolsuzluq imkanlarını əyani şəkildə nümayiş etdirdi, bazarda Defender avtomobilinə artan marağı göstərdi və markanın mövcud müştərilərinə dəstək oldu.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

  •  
  •  
  •  
/

Əlavə məlumat üçün Defender brendinin Azərbaycandakı rəsmi nümayəndəsi “Avtolüks Azərbaycan” şirkəti ilə əlaqə saxlaya bilərsiniz. Ünvan: Zaur Nudirəliyev küç, 8. Qaynar xətt: (012) 983.


https://www.landrover-azerbaijan.com/az/
https://www.instagram.com/land.rover_azerbaijan/
https://www.facebook.com/LandRoverAzerbaijanOfficial/