NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

İdarə etmək üçün dünyaya gələn

Tanış olun! Melissa – uşaqlıqdan anası tərəfindən moda sənayesində karyera qurmaq üçün ilhamlanan və güclü iradəyə malik olan xəyalpərəstdir. Arzular çin olur! İndi o, məşhur modelyerin brend meneceri və şəxsi köməkçisidir. Gəlin onun hekayəsini öyrənək və gözəl, yaşıl gözlü, dəbli, iddialı qızdan bəzi moda məsləhətləri alaq.

Full look from AMOR GARIBOVIC

23 yaşım var, Bakıda doğulub böyümüşəm. Bakı Oksford Məktəbini bitirmişəm, sonra bakalavr dərəcəsini Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Sabancı Universitetində almışam. Uşaqlıqdan öz moda brendimi yaratmaq arzusunda idim və bu, məni biznes idarəçiliyini daha ətraflı öyrənməyə ruhlandırdı. Hətta bəzi ideyaları qeyd etdim. Bakalavr təhsilimi başa vurduqdan sonra Cenevrədəki Avropa Biznes Məktəbində ümumi marketinq və marketinq menecmenti üzrə magistratura pilləsində təhsil aldım. Modaya olan dərin marağım həmişə dəbdə olan anamı izləməkdən irəli gəlir. O, görünüşünə çox əhəmiyyət verir. Onun dəstəyi özümə inamımı artırdı və kiçik yaşlarımdan dəb, gözəl görünüş və geyim məni cəlb etdi.

Clothing AMOR GARIBOVIC, bag CHANEL, sunglasses SAINT LAURENT

Jacket CHANEL, top ZARA, pants ZARA, shoes HERMES, bag CHANEL, sunglasses NU

İstanbula köçdükdən sonra dəb sahəsində peşəkarcasına çalışmaq istədiyimi anladım və buna görə də öz moda bloqumu açmaq qərarına gəldim. Mənim üçün moda sadəcə geyim və aksessuarlardan ibarət deyil; özünü əks etdirmə, özünü ifadə etmə, mədəniyyət və insanın özünəməxsusluğundan bəhs edən bir amildir. Moda insanlara öz daxili aləmini göstərməyə, özünə inam qazanmağa və müasir mədəniyyətə mənsub olduqlarını nümayiş etdirməyə kömək edir. Xüsusilə yüksək moda bədii ideyaları təqdim edir, təxribatçı konsepsiyaları özündə cəmləşdirir, ənənəvi normaları genişləndirir və mövcud üslublara meydan oxuyur. Modaya olan marağımla daha çox insanla bölüşmək istədim, ona görə də TikTok-dan istifadə etməyə başladım. Covid-19 səbəbiylə karantin zamanı Instaqram hesabı açdım. Yavaş-yavaş bəyəndiyim yerlərin fotolarını paylaşdığım @inspirationformel bloqumdan bu gün tanıdığınız bloquma keçməyə qərar verdim. Əvvəlcə bloqu informativ etməyi düşünürdüm, amma dərc olunan fotoşəkillərin altında hər hansı mətndən qaçan türk mədəniyyətindən təsirləndim. Bu, bloquma münasibətimi formalaşdırdı və mən onu stilimə, həyatıma, modaya olan həvəsimə və moda peşəkarı kimi inkişaf etmək motivasiyasına həsr etmək qərarına gəldim.

Shirt SANDRO, pants ZARA, shoes PACIOTTI, belt NEW ARRIVALS, silk gloves DOLCE & GABBANA, sunglasses BALENCIAGA

Bloqumda gündəlik moda obrazlarımın fotolarını yerləşdirirəm, maraqlarımı və səyahətlərimi paylaşıram. İctimaiyyətin diqqətini çəkən bloqumun populyarlığının artması ilə əlaqədar karyeramda mühüm rol oynayan “Trendyol”-dan əməkdaşlıq təklifini aldım. Bu əməkdaşlıq mənə dəbli obrazlar yaratmağa imkan verdi və mən hesab edirəm ki, həqiqətən dəbli insan müəyyən üslub və ya qəbul olunmuş sosial normalarla məhdudlaşmamalıdır. Geyim və aksesuarların elementlərini birləşdirmək, fakturaları, materialları və bəzəkləri heç bir məhdudiyyət olmadan, vahid bir üsluba tabe olmadan qarışdırmaq bacarığını inkişaf etdirmək çox vacibdir.

Jacket AMOR GARIBOVIC, pants ZARA, belt NEW ARRIVALS, sunglasses BALENCIAGA

Full look from AMOR GARIBOVIC


Jacket ZARA, hoodie GAUGE81, pants BERSHKA, shoes PACIOTTI, sunglasses DOLCE & GABBANA

Hazırda Rumıniya-Serb əsilli məşhur türk modelyeri @amorgaribovic-in brend meneceri və şəxsi köməkçisi kimi çalışıram. Bu işi sevirəm, çünki o, mənə çoxlu yeni və maraqlı insanlarla, o cümlədən birinci dərəcəli türk ulduzları ilə tanış olmaq imkanını yaradır. Üstəlik, çox istedadlı dizaynerlə işləmək fürsətini yüksək qiymətləndirirəm, bu mənim üçün böyük və dəyərli təcrübədir. Amor Qəriboviçlə işləməyim mənə yeni məqsədlərə çatmaq üçün güc və motivasiya verir və mən inanıram ki, gələcəkdə daha da böyük nailiyyətlər əldə edəcəyəm. Dayanmamağa və indiki rahatlıq zonamdan kənara çıxmağa məni sövq edən anama göstərdiyi dəstəyinə görə çox minnətdaram. Hər kəsə məsləhətim odur ki, çətin görünsə də, xəyalınızın arxasınca gedin, çünki bizim bircə həyatımız var!

Moda məsləhəti: “Geyim sizin özünü əks etdirmə vasitəsidir; onu qorumaq və saxlamaq əvəzinə ondan həzz alın”.

Photos by UMUT YAMAN