Son bir neçə ildir superfudlar haqqında çox eşidirik. Bu barədə çoxlu məqalələr yazılır, verilişlər verilir, blogerlər hər yerdə öz reseptlərini təqdim edirlər. Bəs superfudlar nədir?
Çox sadə! Bu olduqca yüksək mineral və vitamin tərkibli məhsullardır. Cır mərsin (giləmeyvə), qızılbalıq, çox məşhur keyl bitkisi - bu hamımızın termininə uyğun gəlir. Mən sizə mağaza dəzgahlarında tapılmayan anlaşılmaz adların siyahısını sadalamayacağam. Mən özümün istifadə etdiyim və ən yaxın univermaqlardan əldə edə biləcəyiniz superfudların siyahısını təqdim edəcəyəm. Bəlkə də onlar sizin evinizdə mövcuddur və inanın ki, onların hamısına lazımı diqqəti göstərməyə dəyər.
- Kefir və ya yoqurt. Bəli, yəqin ki, soyuducunuzda olan bir məhsuldur. Amma bəlkə də siz mağaza dəzgahlarının yanından keçərkən heç vaxt bu məhsulu almırsınız. Məsələ ondadır ki, kefir və ya yoqurt (sadə ağ yoqurt) - probiotik mənbəyidir. Probiotiklər - həm mədə, həm də bütün mədə-bağırsaq yolu üçün inanılmaz dərəcədə faydalı olan bakteriyalar və mikroorqanizmlərdir. Həmçinin probiotiklər müxtəlif fermentləşdirilmiş qidaların (turşu, kvas) tərkibində mövcuddur. Ən sadə probiyotiklər Lakto və Bifido bakteriyalarıdır. Əgər siz ağartı məhsullarının həvəskarı deyilsinizsə, əlavə olaraq probiotikləri apteklərdən əldə edə bilərsiniz.
- Yulaf! Bəli, yenə də qədim zamanlardan bəri ulu nənələrimizin və ulu babalarımızın yedikləri indi superfud adlanır. Və doğrudur - axı bu həzmə kömək edən mikroelementlər dəryasıdır. Yulaf antioksidantdır və hər kəsin cibinə görə əlverişlidir. Mən adətən onu bir çimdik duz və bal əlavə edərək suda bişirirəm.
- Yaşıl çay! Yaşıl çayın xərçəng və ürək xəstəliyinə qarşı mübarizədə kömək etdiyi fikri iddia edilir. Bəs niyə? Hər şey antioksidantlara görə. Əlbəttə ki, mən həqiqi yaşıl çayı dəmləməyə üstünlük verirəm və paketlərdəki ucuz çayı içməyi çox da məsləhət görmürəm.
- Yəqin ki, brokkoli yaşıl qardaşlar arasında lazımi qədər qiymətləndirilməmiş bir məhsuldur. Bir çoxları onu uşaqlıqdan bəri sevmirlər, hətta tez-tez filmlərdə və cizgi filmlərində brokkoli uşaqların sevilməyən bir məhsulu kimi göstərilir - ancaq nahaq yerə. Super faydalı brokkoli inanılmaz miqdarda C vitamini və fol turşusu ehtiva edir. Bundan əlavə, o dietikdir, onu buxarda bişirdikdə isə lap "ləzzətli" olur! Əgər siz brokkolini sevməyən kəslərə aidsinizsə, o zaman brokkoli ilə pendir şorbası bişirmək olar. O qədər dadlıdır ki, məhz bu şorbadan brokkoliyə olan sevginiz başlayacaq!
- İspanaq. İspanaqla olan hekayəm demək olar ki, hər kəslə eynidir - əvvəlcə mən ondan qaçırdım, indi isə onu həmişə bütün yeməklərə əlavə etməyə çalışıram. İspanağın faydalı xüsusiyyətləri haqqında uzun bir siyahısı var - lakin ən əsası vitamin K və kalsiumdur. Onu soğan və göbələk ilə pörtlədin, tost üzərinə qoyun və lanç hazırdır. Sadə, lakin nə qədər fayda əldə edəcəksiniz!
- Gündəlik həyatımda iştirak edən son superfud olaraq zəncəfili qeyd edəcəm. Zəncəfil özünəməxsus dada və xüsusiyyətə sahibdir. Ona heç kim bir anda nəzər salmır, amma zaman keçdikcə özünü sizə elə sevdirir ki, onu almamaq mümkün olmur. Zəncəfil haqqında nə deyə bilərəm? Həm soyuqdəymə, həm də artıq çəki ilə yaxşı mübarizə aparır. Mədəniz ağrıyır və ya narahatlığınız var? Bir neçə zəncəfil diliminin üzərinə qaynar su tökün və dərmanınız hazırdır. Dərman qutusunda eşələnməyə ehtiyac yoxdur. Uzun illərdir ki, mən limon və bal ilə zəncəfil çayı içirəm və deyim ki, bu mənim ən sevimli içkimdir.
Superfudlar çoxdur - ekzotik a-la-Chia, xaşxaş tozu və ya maça yaşıl çayı var. Amma uzağa baxmazdan, çox ucuz olmayan məhsulları axtarmaq və ya sifariş etməzdən əvvəl yaxında olanlara nəzər salmaq lazımdır.
Bon Appetit!
Mətn və foto: Həcər Əliyeva