NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

24-25-26 May

Çərşənbə günü, məşhur rəssam-monumentalist Zurab Seretelinin Possible Dimensions adlı sərgisi açıldı. Moskva, Tbilisi və Londondan 30-dan çox rəsm və heykəltəraşlıq əsərləri Bakıya gətirildi. Sərgi 25 avqusta qədər davam edəcək.

 

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 22 may – 25 avqust

 

In-Visible film festivalı proqramına filmləri izləməklə yanaşı sərgi və ən mühüm şeylər haqqında maraqlı mühazirələr də daxildir.

 

Harada: Salaam Cinema Baku, Süleyman Rüstəm 10

Nə zaman: 23-26 may

 

Cümə günü Aerobika Gimnastikası üzrə 11-ci Avropa Çempionatı başlayır. Çempionatda 22 ölkədən gimnastlar çıxış edəcək.

 

Harada: Milli Gimnastika Arenası

Nə zaman: 24-26 may

 

Opera və Balet Teatrının kollektivi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Fikrət Əmirovun musiqisinə "Nəsimi" baletini səhnələşdirib. Librettonu Əjdər Ulduz tərtib edib, quruluşçu-baletmeyster Kamilə Hüseynova, dirijor - Yalçın Adıgözəlov. Bu şənbə günü premyeranı qaçırmayın!

 

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 25 may, 19:00

 

Mayın 24-də Azərbaycanın əməkdar artisti,  Sultan Məhəmməd mükafatçısı Aydın Rəcəbovun "Ənənələrin gələcəyi" adlı fərdi sərgisi açılacaq. Sərgi rəssamın 75 illik yubileyinə həsr olunub və buraya əvvəllər heç yerdə nümayiş olunmamış altı yeni xalça daxildir. 

 

Harada: Xalça Muzeyi

Nə zaman: 25 may – 26 iyun

 

Bakıda ilk dəfə olaraq virtuoz musiqiçi Habil Əliyevin davamçısı olan dünyaca məşhur kamança ifaçısı Mark Eliyahu çıxış edəcək.

 

Harada: Heydər Əliyev Sarayı

Nə zaman: 25 may, 20:00 – 22:00

 

HEART animasiya kinosu layihəsi ilk Azərbaycan multiplikatoru Nazim Məmmədovun 85 illik yubileyinə həsr olunub.

 

Harada: Art Tower Gallery

Nə zaman: başlanğıc 25 may, 12:00

 

Bazar günü Fil Qrabskinin "Gənc Pikasso" filminin premyerası keçiriləcək. Film rəssamın "mavi" və "çəhrayı" dövrlərinə həsr olunub.

 

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 26 may, 13:00