NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

19-20-21 İYUL

Cümə günü II Beynəlxalq İslam Kulinariya çempionatı bağlanır. İslam Mişelin ulduzunu kim qazanacaq?

Nə zaman: 19 iyul

 

Cümə günündən başlayaraq Abşeronun qumlu çimərliyinə həsr olunmuş "Qum dalğaları" adlı fotosərgi açılır.

 

Harada: Emin Qəhrəmanovun İncəsənət Qalereyası, İstiqlaliyyət küçəsi 23A

Nə zaman: 18 – 25 iyul

 

YARAT Müasir İncəsənət Məkanı Little YARAT və Little Master rəqs nömrələri, fokusçu, jonqlyorlarla, art-detektiv oyunları və digər əyləncə fəaliyyətləri ilə yarı illik hesabat sərgisini keçirəcək. Giriş sərbəstdir!

 

Harada: YARAT, Azərbaycan Rəssamlıq Muzeyi

Nə zaman: 20 İyul, 19:00 – 21:00

 

"Qoya. Canlı-qanlı obrazlar" – rəssamın şəxsi məktubları, onun üçün vacib yerlərin kadrları və şah əsərləri əsasında yaradılmış ovsunlayıcı portretidir. Qorxuducu, həyəcanverici, ağlasığmaz Qoya bu bazar kinoteatrda.

 

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 21 İyul, 13:00

 

Aprel ayının 12-də Yay Avropa Gənclər Olimpiya Festivalı və onun simvolu olan "zeytun ağacı" məşəli Vatikan tərəfindən Azərbaycana təhvil verildi. Bu yay paytaxtımızda 10 idman növü üzrə yarışlar keçirilir. Baku Crystal Hall-da Cırtdan və Qafqaz bəbiri maskotları, minlərlə könüllü, möhtəşəm açılış və qapanış mərasimləri baş tutacaq.

 

Nə zaman: 21-27 iyul, açılış saat 20: 00-da