NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

YARATda ədəbiyyat gecəsi

1 aprel, 2017 saat 19:00–da YARAT Müasir İncəsənət Məkanı, müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş «Aldanma!» adlı ədəbiyyat gecəsinə dəvət edir.

2017-04-01_literature_night_with_wyyub_yagubov_facebook_1

Tədbirdə Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov və onun yaradıcı kollektivi ilə birgə hazırlanmış xüsusi proqram təqdim olunacaq. Ədəbiyyat gecəsi çərçivəsində Eyyub Yaqubov ilk dəfə “Yıxılır dünya” mahnısının video klipinin sirli məqamlarını açıqlayacaq. Bununla yanaşı qonaqlar poeziya və musiqi parçalarından zövq ala biləcəklər. Tədbirin yekununda Eyyub Yaqubovun canlı konserti baş tutacaq. Orxan Hüseynovun «Əziz Sevgilim» sərgisi gecənin ilham mənbəyidir.