NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

OLD SKUL

Bu və ya digər xalqların gözəllik haqqında təsəvvürləri onun həyat tərzindən, mədəni dəyərlərindən və s. həmişə çox asılı olur. Lakin elə xarici cəhətlər var ki, onlar praktiki olaraq bütün dünyada cəlbedici kimi qəbul olunurlar. Onların arasında: simmetrik üz, böyük, mənalı gözlər və əlbəttə ki, ifadəli almacıqlar vardır. Psixoloqlar bunu onunla izah edirlər ki, iti almaqcıqlar sanki kişiyə xəbərdarlıq edir: qarşındakı yumru yanaq yeniyetmə deyil, artıq tam yetişmiş bir qadındır.

mailservice

İfadəli almacıqlar xüsusi məşhurluğu ağ-qara filmlərin vaxtında qazanmışdı, o dövrlərdə almacıqlı “məşum qadınlar” rolunda oynayan Ketrin Xepbörn və Marlen Ditrixə milyonlar aşiq olurdular. Kinematoqraf kumirlərinin ardınca başqa məşhurlar da getməklə görkəmli almacıqların dayanıqlı bir dəbini yaratdılar: Sofi Loren, Bianka Jagger, Madonna, Kira Naytli, Keyt Blanşett, Olsen bacıları, Ancelina Coli... onların adı onlara legiondur! 

Modellər də ən almacıqlı üz müsabiqəsində liderlik edə bilərdilər. Onlar üçün iti, yüksək almacıqlar ana təbiətin xidməti deyil, bu ümumi arıqlamaya aparan qeyri-sağlam həyat tərzinin nəticəsidir. Buna baxmayaraq Jizel Bündxen, Kara Delevin, Keyt Moss, Xaydi Klum, Tayra Benks, Barbara Palvin, Bella Hadid və podiumun saysız hesabsız digər ulduz və ulduzcuqları yumruyanaq dolubədənlilərdə ümumdünya miqyaslı paxıllıq doğururlar!

Lakin günümüzdə kökyanaqlılıq heç də son və şikayət edilməyəcək bir hökm deyil! Bu gün üzün uşaq köklüyündən xilas olmanın bir sıra üsulları mövcuddur.

  1. Gözəl almacıq yaratmanın ən sadə, bahalı olmayan və radikal tədbirlər tələb etməyən üsulu – konturinqdir. Bunun üçün sizə yalnız zəruri olan kosmetikanı əldə etmək və internetdə dolu olan çoxsaylı tədris videoçarxlarına diqqətlə baxmaq lazım gələcək.
  2. Bir vaxtlar dahi Marlen Ditrix kinorejissor Cozef fon Ştenberqin məsləhəti ilə iki azı dişini çəkdirdi ki, yanaqları batıq, almacıqları isə daha ifadəli olsun. Kifayət qədər radikal bir üsuldur, lakin hələ də bir çox qadınlar bu üsula müraciət edirlər.
  3. İdeal almacıqların yaradılmasının daha az zədələnmə təhlükəsi olan digər üsulu fillerlərlə kontur plastikasıdır. Proseduranın effekti bir ildən ilyarıma qədər qalır.
  4. Yanaqların həcmini lipolitiklər – istər qarın və bel, istərsə də üz nahiyyəsində piy qatlarının dağıdılması və çıxarılması üçün tətbiq edilən vasitələr də azalda bilərlər.
  5. Dəqiq almacıqların yaradılması üçün cərrahlar daha bir proseduru tövsiyyə edirlər: həmin nahiyəyə süni yerləşdirmələrin – implantların daxil edilməsi.
  6. Hazırda yanaqların “piy cisminin” aradan qaldırılmasının ən məşhur olan proseduralarından biri də – Biş təpəciklərinin rezeksiyasıdır. Həmin əməliyyat yumşaq toxumaların həcmini azaldır, almacıqları daha ifadəli edir. Lakin bu prosedura yalnız həqiqətən həcmli yanaqları olan qızlar üçün uyğundur: əgər almacıqlar əvvəldən kiçikdirlərsə, pasiyent xəstə kimi çuxura düşmüş yanaqlar effekti almaq riski alır.

Bu gün ifadəli almacıqları məşhur trend hesab etmək olar. Amansız dəb dünyasında tez-tez olduğu kimi bu tendensiya da nadir olmayan hallarda çox şişirdilir və absurd səviyyəsinə qaldırılır. Buna görə də nə qədər cazibəli görünməyi arzu etsəniz də özünüzü qoruyun və yadda saxlayın: dodaqlarınızda təbəssüm, yanaqlarınızda isə sağlam allıq oynayanda gözəlsiniz!