NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB JAHAN: ANGELİNA ŞİRNİYYAT EVİ

“Estetik ziyafət süfrəsi olmadan ruhən necə zənginləşmək olar?” - deyə düşündüm və oxucuma bu il 115 illiyini qeyd edən, mələk kimi zərif ANGELINA adına sahib olan Fransanın ən məşhur şirniyyat evlərindən biri haqqında məlumat verməyə qərar verdim.

 angelina__3

 

Angelina şirniyyat evi 1903-cü ildə avstriyalı qənnadıçı Antuan Rumpelmayer tərəfindən yaradılmışdır. Lakin ölkənin həyatında xarici vətəndaşların fəal iştirakı Fransa üçün qeyri-adi deyildi və buna müxtəlif sahələr - istər incəsənət, memarlıq və ya kulinariya nümunə ola bilər. Əfsanələrə görə Antuana Avstriya-Macarıstan imperatriçəsi Yelizavetta himayədərlıq edirdi və onun yüngül əli ilə Fransanın cənubunda çay salonları açılmışdı. Salonlar elə bir səs-sədalı uğur qazandılar ki, dərhal La Belle Epoque qəhrəmanlarının qəlblərini və mədələrini fəth etmək üçün Parisə yayıldılar. 

angelina__5 

Paytaxt hadisələri ilə titrəyən Rivoli 226 küçəsində yerləşərək Angelina Parisin bomondunun ən çox sevilən məkanına çevrildi. İllər keçdi, nəsillər bir-birini əvəzlədi, "Maison de Thé" öz şöhrətini qorudu və Marcel Proust, Coco Chanel kimi qonaqları, eləcə də digər böyük Fransız xadimlərini tez-tez qəbul etməyə başladı. 

angelina__5 

2005-ci ildə Bertrand şirkəti (Groupe Bertrand) Fransız lüks dünyasına daxil edilmiş Şirniyyat Evinin dəyişilməz ənənəsini qorumaqla evolyusiya ilə müşayiət edilərək kult məkanını yenidən yaradır.  Angelina Evi Fransadan kənar nəinki fransız kulinariyasını, həm də fransız sənətini əbədiləşdirdi. Onu Yaponiya, Çin, Sinqapur, Livan və Birləşmiş Ərəb Əmirliklərində tapmaq olar. Parisdə isə elə eyni Rivoli küçəsindəki ünvanını qoruyaraq həm Luvr muzeyinin, həm Lüksemburq Bağının, hətta Versal sarayının ziyarətçilərini sevindirir. Bu məkan əsl qurmanları, eləcə də Parisin şirin həyatı barəsində Ladurée makarunlarından bir az daha çox bilən turistləri qəbul edir. 

angelina__2 

*Belle Epoque - XIX əsrin son onillikləri və 1914-cü il arası Avropa tarixinin (ilk növbədə Fransız və Belçika) dövrünün şərti işarəsi. Sürətlənmiş texniki və iqtisadi uğurların, siyasi əlaqələrdəki sülhün və eləcə də mədəniyyətin yüksəliş dövrünü göstərir.

 Zeynəb Cahan