NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

MADAM BATTERFLAY: EVDARLIQDAN XANIMLIĞA

Azərbaycanda anadan olsaydı, adı yəqin ki, Gülya olardı: adının ilk heroqlifi belə tərcümə olunur. Lakin bu “gül” dünyanın digər ucunda – Xonsünun qərb sahilindəki Simane prefektura əyalətində çiçək açıb. Burada isti yay mövsümündə çiçəklənən meşələrdə rəngarəng kəpənəklər uçuşur.

Снимок экрана 2014-09-09 в 13.20.00

Stereotipə görə yapon qadını itaət nümunəsi olmalıdır, ancaq Hanaye çox sevdiyi kəpənəklərdən sərhədləri pozmaq arzusunu öyrənir. Gözəllik hissiyyatı, atasının öyüdlərinin əksinə onu ədəbiyyatı öyrənməyə yönəldib. Tekstil sənayeçisi ilə evləndiyinə görə öz ixtisası üzrə işləməyə macal tapmayıb. Mənfəətçil bir qadın olsaydı, evliliyi sonlandırmağı planlaşdırardı, amma Hanaye öz dediyinə görə klassik evdar qadın olaraq yalnız bir ay tab gətirə bildi. Sonra əllərinə diqqətlə baxdı və ləyaqətli həyat yoldaşı və ev xanımı olması üçün sol əlinin barmaqlarının kifayət edəcəyinə qərar verdi. Ailə xoşbəxtliyi ilə bağlı fikirlərini dəyişdirməli olan əri ilə bir ay da danışıqlar apardı. Və Hanaye tikiş kursuna yazıldı.

Снимок экрана 2014-09-09 в 13.22.46

Hanaye Morinin ilk studiyası Tokionun ən canlı səmtlərindən biri olan Sindzükuda açıldı, üç il sonra isə dizayner film üçün kostyum tikmək sifarişini aldı. Mori-san təcrübəsiz humanitarların nüfuzunu təmizə çıxarırdı, axı o, işində heç bir mühasibatlıq hesabatı aparmırdı. Geyim yaratmağın saf əyləncə olmadığı barədə vergi müfəttişliyindən öyrəndi. Və yenə də, həyat yoldaşının məşğuliyyətini biznes-janrının bütün qanunlarına uyğun tərtib edən əri onun yardımına gəldi. Sonrakı illərdə o, məhz dizayner-kostyumçu kimi tələb olunurdu və hətta gözəl kostyumlar yaratdığına görə mükafat qazanmışdı…

SKMBT_C20310081007422

“…sonra kino dəyişdi, – Madam bildirir. – Filmlər daha seksual oldu və artıq geyimlərə ehtiyac qalmadı... Yaponlar Paris modasını çox sevirlər, bu da yerli dizaynerlər üçün olduqca pisdir. Buna görə də tərzimi dəyişməyə qərar verdim”.

1961-ci ildə Hanaye Mori Parislə tanış olmaq üçün yola düşür. “Mən çox çalışırdım, Yaponiyada öz mağazalarım var idi, amma yenə də fransız dizaynerlərinə həmkar olduğumu etiraf etməkdən utanırdım, buna görə də onların müştərisi oldum, – deyərək xatırlayır. – O dövr Moda evlərinin başında Dior, Cardin, Givenchy-nin dayanığı dövr idi – onlar qadını gözəl, lakin kişi stausuna əlavə olaraq görürdülər, onlar məhz kişi üçün geyim hazırlayırdılar, qadın vasitəsilə cəmiyyətdəki mövqeyini göstərə bilsin deyə. Chanel fərqli idi. Onun paltarları qadınlar üçün və qadınlar haqqında idi. O, deyirdi ki, jaketin qolu ideal bədən xəttini yaratmaq üçün əsas amildir, onun sırf bədən ölçülərinə görə hazırlanmış bluzları və ətəkləri isə yüngülcəsinə və hiss edilmədən vücuda toxunurdu”. Bu görüşün xatirəsinə, Şərqdən olan Madam Qərbdən olan Madamın ona verdiyi jaketi qoruyub saxlayıb.

Снимок экрана 2014-09-09 в 13.26.58

İkinci Dünya Müharibəsindən sonrakı illərdə Hanaye Mori, amerika tənasüb sənətini mənimsəmək, lekal ilə işləməyi və geyimləri bədənə uyğunlaşdırmağı öyrənmək üçün çox çalışmalı olmuşdu. Əziyyətli əməyin nəticəsi 1965-ci ildə təqdim olundu: kolleksiyanın "Şərqlə Qərb görüşür" simvolik adı vardı. Brendin emblemi və dizaynerin talismanı olan kəpənəyin titrəyən qanadlarında dünyanın iki əks ucu yer almışdı.

Снимок экрана 2014-09-09 в 13.30.19

Hanaye Mori, Chanel-dən müştərilərinə fərdi yanaşmasını götürmüş və onu paltarın əl ilə tikilməli olduğunu bildirən Şərq fəlsəfəsi ilə əlaqələndirmişdi. Zəngin Yapon kimonolarından əsas xüsusiyyəti almış və mənzərəli geyimlər yaratmışdı. Batik texnikası ilə bəzədilmiş bütöv bir kolleksiya 2003-cü ildə təqdim edilmişdi: digərlərinin arasında podiumdan Hokusainin məşhur "Böyük dalğa" fırtınası keçmişdi. Dizayner şərq memarlığının obrazları ilə eksperiment aparıb, burulmuş düymələr icad edib, çəhrayı rəngdə avro-kimonoda Barbi kuklasının yapon versiyasını yaradıb, yapon stüardessaları üçün yeni forma hazırlayıb, həm də 1967-ci ildə hava limanının işçilərinə mini ətəklər geyindirirək əməlli səs-küyə səbəb olmuşdu.

Снимок экрана 2014-09-09 в 13.31.07

Madam özünə verdiyi sözü tutdu – onun sayəsində Qərbdə Yaponiyanın digər üzü tanındı. Axı, ondan əvvəl yapon paltarları ikinci dərəcəli mal hesab olunurdu və heç vaxt butiklərin yuxarı, lüks mərtəbələrində yer almırdı. Hanae Morinin fədakarlığı və rəssamlıq istedadı kəpənək effekti verdi: 70-ci illərdə, bu gün bəlkə də, daha məşhur olan digər yapon dizaynerlər – dünya modasını köklü şəkildə dəyişdirən Kenzo Takada, Issei Miyake, Yohji Yamamoto dünya arenasına çıxdılar. Onlar yapon pret-a-portesinin ən ilkləri idi..

00c2dd69ca1a30d8824bb775ee034c87

O, həmişə daha çox rəssam olub, nəinki biznesmen. Buna görə də Qərb bazarındakı iqtisadi böhran və şiddətli rəqabət onu təəccübləndirdi və iflas elan etməyə məcbur etdi. Amma yenə də Hanaye Mori aralarında Monako şahzadəsi Qreys, imperatriçə Miçiko, şahzadə Masako, Nensi Reyqan, Hilari Klinton, Sofi Loren, kral ailələrinin üzvləri və diplomatların xanımları kimi yüksək səviyyəli müştərilərini itirmədi.

59bd06c147071c41c620f67d2af60ce6

2004-cü ildə Hanaye Mori elə ilk dəfə olduğu kimi "Şərqlə Qərb qarşılaşır" adında sonuncu kolleksiyasını təqdim edir və gənc dizaynerlərə dəstək olmaq üçün təqaüdə çıxır. Çoxmilyonlu dollar dövriyyəsi bitdi. Arxasında yalnız məşhur bir ad, aristokratiyanın etimadı və kəpənəklərin ətirli buludlarını buraxdı. Axı bu zərafət əsl qiymət bilənlər üçündür.

dbf0a669f0e60ddd6202355492def5c9

Yeri gəlmişkən, aromatlar haqqında. Hələ eramızın birinci minilliyində yapon aristokratları aromatları yaratmaq və tanımaq üzrə yarışlar keçirirdilər. O dövrdə avropalılar öz gigiyenasına o qədər də əhəmiyyət vermədikləri haqqında danışmağa dəyərmi?

Снимок экрана 2014-09-09 в 13.36.35

Bahalı, amma qiyməti barədə qışqırmayan incə yapon parfumeriyası – qədim bir ənənənin mirasıdır. Əgər arxipelaq modabazları paris kuturyelərinə üstünlük verirlərsə də, ətir məsələlərində özlərinə sadiqdirlər və bunda tamamilə haqlıdırlar, çünki gözəllik – heç də sizi başqalarına bağlayan uzun şleyf deyil, sağlamlıq və zəngin daxili dünyadır. Yüksək Moda Sindikatına üzv olan və Parisdə Moda Evini açan ilk yapon dizaynerindən zərif və nəzakətli fərdi ətirlər hələ də aktualdır. Kəpənəklər ətrin konsentrasiyasını göstərir: qəhvəyi rəngdə ətir, mavi – parfüm suyu, çəhrayı – tualet suyu, sarı – təravətləndirici su və yaşıl – bədən losyonları.

Снимок экрана 2014-09-09 в 13.36.47

O, deyirdi ki, ən əsası sağlam ruha sahib olmaq lazımdır və onsuz hər şey bitəcək. Və bu gün, 40 il əvvəl olduğu kimi, onun ruhu hələ də əla formadadır. Bu dəfə Jan-Pol Gotye və Valentino kimi dahilər tərəfindən dəvət olunmuş qayğısız, zamana tabe olmayan kəpənəklər isə yaz-yaz 2014 mövsümündə podiumda uçuşurlar.

Mətn: Sona Nəsibova