NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Həyat balansı

Bu, müasir dünyada ən əsas imtahandır. Həyatımız bir çox aspektlərdən ibarətdir: ailə, dostlar, iş, təhsil, istirahət, əyləncə və s. Onların hər biri bizim üçün özünə görə çox önəmlidir və insanın bütün bu aspektlərdə uğur qazanmaq istəməsi təbiidir. Hər birimiz özümüz üçün vacib olanı əldə etmək istəyirik. Əylənmək və yaxşı pul qazanmaq, möhkəm ailə qurmaq, sadiq dostlara sahib olmaq, sevmək və sevilmək, sağlam olmaq, cazibədar görünmək, dünyanı gəzmək istəyirik. Və burada bir problem yaranır. Niyə? Çox vaxt elə olur ki, diqqətimizi bir işə cəmləyərək digərlərini gözdən qaçırırıq.

Qarşımıza maliyyə azadlığını məqsəd qoyaraq yorulmadan işləyirik, öz sağlamlığımızı, ailəmizi və ya sadəcə əylənməyi və istirahət etməyi unuduruq. Bəzilərimiz böyük bir ailə qurmağı xəyal edir və özünü reallaşdırmağa laqeyd yanaşır. Biz həmişə daxili harmoniya üzərində işləməyi özümüzə xatırlatmalıyıq, tarazlığı tapmalıyıq, əldən buraxmalıyıq, özümüzü daxildən hiss etməliyik və nə vaxt dayanıb nə vaxt başlamaq lazım olduğunu anlamalıyıq. Gəlin heç vaxt unutmayaq ki, heç birimiz zəngin və uğurlu olmaqla, dayanmadan əylənməklə və ya böyük bir ailəyə sahib olmaqla, həyat məqsədi olmadan xoşbəxt ola bilmərik. Harmonik bir şəxsiyyəti inkişaf etdirmək asan iş deyil, lakin bu yaxşı tarazlaşdırılmış bir həyata gətirib çıxaracaq. Bəs buna necə nail ola bilərik?


Gözəl görünüş, qamətli bədən, yaxşı maddələr mübadiləsi və sağlamlıq - bütün bunlar tarazlaşdırılmış həyatın göstəriciləridir.
Bizim məqsədimiz (arzumuz) olduqda, ən yaxşı istedadlarımızı, iradəmizi və gücümüzü istifadə edərək, şüursuz şəkildə uğura doğru irəliləyirik.
Bizi əhatə edən insanlar həyatımızda çox mühüm rol oynayır. Səmimi sevgini hiss etdikdə və bizi dəstəklədiklərində özümüzü daha inamlı və sağlam hiss edirik.
Buna görə də, balans və uğur əldə etmək üçün doğru insanlarla əhatə olunmalısınız, fərqi yoxdur, iş yoldaşlarınız, ailə üzvləriniz və ya sadəcə səyahət yoldaşlarınız olsun.


Beləliklə, bəs biz həyatımızın bütün bu sahələrində balansa necə nail ola bilərik? İş və ailə arasında balansı necə tapmaq olar? Hər dəqiqənin önəmli olduğu və 24 saatın artıq kifayət etmədiyi bir dünyada necə sağlam həyat tərzi sürmək olar? Yeni həyəcanlar və problemlər daim diqqətimizi yayındırarkən, böyük bir xəyala aparan yolda necə azmamaq olar?

Bu da mənim sizə çox sadə məsləhətlərim
(sonra təşəkkür edərsiniz):


1. Qarşınıza məqsədlər qoyun.
2. Ətrafınızı əhatəsində özünüzü yaxşı hiss etdiyiniz və sizi səmimiyyətlə dəstəkləyən və sizə inanan insanlarla əhatə edin. Sizə nümunə olacaq insanlar ən vacib insanlardır.
3. "Yox" deməyi bacarın.
4. Həftədə ən azı iki dəfə idmanla məşğul olun (40 dəqiqə kifayətdir).
5. Sağlam balanslı qidalanın.
6. Daxili "mən"iniz ilə əlaqə yaratmaq üçün düşüncələrinizlə baş-başa qalın (gündə 40 dəqiqə).
7. İldə bir dəfə heç vaxt getmədiyiniz yerlərə səyahət edin.
8. Pozitiv düşünün.
9. Gün ərzində 10 min addım atın (trenajorda deyil).
10. Elə indi başlayın! İstənilən məsləhəti seçin və bu həftə həyata keçirin.
11. Kitab oxuyun.
12. Planlaşdırmağı öyrənin.

Ülviyyə Mahmud,
Baş redaktor