NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

FOUR SEASONS HOTEL BAKU İLƏ SİZİN ƏSL SEVGİ HEKAYƏNİZ

İlin ən romantik ayı gəlib çatdı. Four Seasons Hotel Baku qonaqlarını müxtəlif təkliflərlə sevgini qeyd etməyə dəvət edir. Four Seasons Hotel Baku komandası hər kəsin Sevgililər Günündə xüsusi təbrikə layiq olduğuna inanaraq hamı üçün seçimlər hazırlayıb.

Hotel həm tək olanlar, həm də baş-başa qalmaq istəyən cütlüklər üçün şəhərin tam mərkəzində yerləşən, Xəzər dənizinə baxan ən dəbdəbəli məkanda romantik vaxt keçirməkdən, spa prosedurlarından tutmuş dadlı nahara qədər maraqlı tədbirlər təklif edir. Sevdiyiniz insana sevgi etirafı etmək və ya özünüzə qayğı göstərmək istəyirsinizsə, Four Seasons Hotel Baku bu il Sevgililər Günündə qapılarını sizin üçün açır. Ən çox bəyəndiyiniz təklifi seçin, hotelin komandası bu günü sizə yaddaqalan etmək üçün əlindən gələni edəcəkdir:

Xəzər dənizi və İçərişəhərin heyrətamiz mənzərələri:
Four Seasons Hotel Baku ilə özəl günlərinizi gözəl keçirin, təfərrüatlarla məşğul olmağı isə komandamıza buraxın, siz diqqətinizi sevdiyiniz insana və ya özünüzə yönəldin, istirahətinizdən tam zövq alın.

Hazırki mövcud təklifləri nəzərdən keçirin və qalacaq yerinizi indidən bron edin:
https://www.fourseasons.com/baku/offers/

"Feel the Love" – Piazza Lounge restoranında "Sevgini hiss et" adlı Çay mərasimi
Piazza Lounge sizi Müqəddəs Valentin Günündə Çay mərasimi ilə Məhəbbət ayını qeyd etməyə və şirin ehtirasınızı cəlb etmək üçün Baş aşpaz Suraj Karmakar tərəfindən yaradılmış desertlər və zərif qəlyanaltılardan həzz almağa dəvət edir. Hər servis 2 qədəh prosekko və ruhunuzu isidəcək əsl Azərbaycan çayı ilə tamamlanır.

Tarix: 2023-cü il, 2 fevraldan - 15 fevrala kimi. İki nəfərlik set - 60 AZN

Sevgi sizin üçün nəyi ifadə edir?
Kaspia Rooftop Restoranında kulinariya dərsi

Bizim Baş aşpaz Suraj Karmakar sizi öz kulinariya dərsinə qoşulmağa dəvət edir, burada o, əzizlərinizə sevginizi şirniyyatlarla necə ifadə edə biləcəyinizi göstərir. 9 fevral saat 10:30-da Kaspia Rooftop Restoranında ilk şirniyyat bişirmə dərsimizə qoşulun.

Tarix: 9 fevral 2023-cü il, 10:30 - 13:30. Bir nəfər üçün 140 AZN, xoşgəldin içkisi - bir qədəh prosekko.

«Sign of Love» – Zafferanoda "Sevgi nişanəsi" brançı
Fevralın 12-də bazar gününüzü italyan mətbəxinə ləzzətli səyahət ilə keçirin və Sevgililər Gününə az qalmış məhəbbət ab-havasını hiss edin. Romantik bayrama başlamaq üçün ənənəvi olaraq Zafferanonun rahat aurasında təqdim olunan, duyğularınızı əyləndirəcək ürəkaçan canlı melodiyalar və italyan prosekkosu ilə müşayiət olunacaq nahardan daha yaxşı nə ola bilər?

Tarix: 12 fevral 2023-cü il, 12:30 - 15:30. Bir nəfər üçün 150 AZN.

"Ti Amo" – Zafferanoda Şam yeməyi
Baş aşpaz Renato Rizzinin hazırladığı İtaliyanın müxtəlif bölgələrinin yeməklərindən ibarət beş növ təamın daxil olduğu menyu Müqəddəs Valentin Şam yeməyində sevdiyiniz insanı unudulmaz yemək təcrübəsi ilə sevindirin. Musiqi qrupunun unikal canlı ifası cütlüyün qəlbinə toxunaraq romantik atmosfer yaradacaq.

Tarix: 14 fevral 2023-cü il, 19:00 - 23:00. Spirtli içkilər daxil olmaqla, bir nəfər üçün 210 AZN

Jaleh Spada “Özünə sevgi həftəsi”
Özünüzə sevgi və qayğı göstərmək üçün spa prosedurlarından daha yaxşısı yoxdur. Jaleh Spada Sevgi ayını qeyd edin və marocMaroc brendi ilə birgə yaradılmış xüsusi "Özünə sevgi" təklifindən həzz alın:
• 60 dəqiqə marocMaroc şam masajı;
• 20 dəqiqə üz baxımı;
• Prosekko qədəhi və giləmeyvə tabağının müşayiəti ilə qapalı Signature hovuzuna 2 saatlıq giriş imkanı


Ətraflı: 299 AZN/bir nəfər üçün. 11 fevral - 19 fevral tarixləri arasında keçərlidir.

«Feel the Love» – Jaleh SPA-da 2 nəfərlik "Sevgini hiss et" adlı spa seansı
Cütlük masajı ilə xüsusi anı ikinci yarınızla paylaşın. Jaleh Spa komandası xüsusi hazırlanmış təkliflə sizi gözləyir:
• 45 dəqiqəlik qızılgül ləçəkləri ilə süd vannası.
• 60 dəqiqə marocMaroc şam masajı.
• 20 dəqiqə üz baxımı.
• 2 qədəh prosekko və giləmeyvə tabağının müşayiəti ilə qapalı Signature hovuzuna 2 saatlıq giriş imkanı.

Ətraflı: 499 AZN/cütlük üçün. 11 fevral - 19 fevral tarixləri arasında keçərlidir.

Four Seasons Hotel Bakuda Sevgi Ayını qeyd etməyin yolları haqqında ətraflı məlumat almaq üçün
Hotel Rezevasiyası ilə +994 12 404 2424 nömrəsindən əlaqə saxlayın və ya [email protected] e-poçt ünvanına yazın.