NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

KİM?

Mən, Nara Ağayeva, gənc yaşlarından dəblə maraqlanmışam. Balaca qız ikən hər gün anamın qarderobunda stil sessiyaları düzənləyirdim. Bu gün mən, özüm və başqa insanlar üçün fəaliyyət göstərən və təkrarolunmaz nümunələr yaradan modelyerəm. Istituto Marangoni London – da moldelyer təhsilimi aldıqdan sonra, məndə zərgərliyə böyük maraq yarandı. Zinyət əşyaları, mənim stilimin vacib hissəsidir. Onlar olmadan evdən çıxmıram.

Zinyət əşyaları məni çox zərif və özüm kimi hiss etdirir. Hər şey, özüm üçün boyunbağı hazırlamağımdan başladı və bu gün mənim, məni və stilimi tamamilə ifadə edən “Matylok” zinyət əşyaları brendini təsis etmək kimi bir məqsədim var.“Matylok” sözü rus dilindən tərcümədə pərvanə - istənməyən və insanlar tərəfindən bəyənilməyən gecə kəpənəyi deməkdir. “Matylok” – un arxasında, gözəl bir şeyi çox da cəlbedici olmayan nə iləsə birləşdirərək gözəl bəzək əşyaları yaratmaq ideyası dayanır. Bu fəlsəfəni mən öz üzərimdə də tətbiq edirəm: bir - birilə çox da uyğun olmadığını düşündüyüm geyimləri qarışdıraraq yeni obraz yaradıram.

Londona köçdüyüm ilk zamanlarda stilimlə təcrübələr aparmaq üçün özümü çox müstəqil və azad hiss edirdim. Mən ən ağılasığmaz və ən rəngli geyimləri istifadə edirdim. İllər ərzində mən öz stilimi təkmilləşdirdim və bu gün, geyindiklərimin rahat olması mənim üçün ən vacib cəhətdir. Mən stilimi “Chic and Sporty”olaraq ifadə edirəm. Mən bu tərzləri birləşdirməyi və bəzi üslub elementlərinin toxunuşu ilə onları özüm kimi hiss etməyi sevirəm. Ümumiyyətlə, geyinmək mənim üçün əyləncəli fəaliyyətdir. Bu mənə anasının qarberobunda olan xoşbəxt balaca qız hissi yaşadır.

Foto: Yagız Yesılkaya

Ümumi obraz No type, çanta LES BENJAMINS, çantanın asqısı Matylok, ayaqqabı Zara, günəş eynəyi vintaj

T – shirt Supreme, gödəkçə Diesel, ətək No Type, günəş eynəyi vintaj

Bra LA PERLA, ətək vintaj, qolf CALZEDONIA, T– shirt Supreme, ayaqqabı Zara, boyunbağı Matylok SWAROVSKI

Köynək vintaj, gödəkçə Via Vespucci, şalvar Zara, boyunbağı Matylok, günəş eynəyi Julbo eyewear