NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

GƏLƏCƏYİN SEHRİ: “HONOR Magic5 Pro” smartfonunun təqdimatı

Mayın 11-də “Four Seasons Hotel Baku”-da multimedia, dizayn və performansda inqilabi imkanlara malik və texnologiyaların əsl sehri olan “HONOR Magic5 Pro” smartfonunun möhtəşəm təqdimat mərasimi keçirildi. Tədbirdə “HONOR” şirkətinin nümayəndələri, “NARGIS” jurnalının təmsil etdiyi tərəfdaşlar, jurnalistlər, influenserlər və bloggerlər iştirak ediblər.

Gecənin ulduzu, şübhəsiz ki, sehrli dizaynı, unikal xüsusiyyətləri və 50 meqapiksel modullu kamerası ilə hər kəsi valeh edən “HONOR Magic5 Pro” oldu. Qonaqlar bu şah əsər vasitəsilə şəkil çəkdirməkdən və təəssüratlarını sosial media platformalarında bölüşməkdən çəkinə bilmədilər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Azər Aydəmirin aparıcılığı ilə keçirilən tədbir “HONOR”-un Azərbaycandakı İcraçı Direktoru Şon Maonun səmimi qarşılanması ilə davam edib. O, bu texnologiyaları bəşəriyyəti irəliyə doğru yeni addım atmağa ruhlandıran gələcəyin sehri adlandırıb. Cənab Mao tədbirin xeyriyyəçilik aspektini də vurğulayıb: “Biz insanlara kömək etmək və dünyanın problemlərini həll etmək üçün “NARGIS” jurnalı ilə əməkdaşlıq edirik. Biz tərəfdaşlarla əməkdaşlığa inanırıq və buna birlikdə töhfə verməyə hazırıq”.

Daha sonra “HONOR Magic5 Pro”-nun unikal xüsusiyyətlərini şirkətin biznes məşqçisi Fərid Ağalarov təqdim edərək, flaqman modelini “gecənin qəhrəmanı” adlandırdı. Ağalarov mobil texnologiyada əsl sıçrayış olan cihazın fantastik imkanlarından ətraflı danışıb. “HONOR Magic 5 Pro”-nun əsas xüsusiyyəti onun üç 50 meqapiksel modullu kamerasıdır: əsas, telefoto və ultra geniş bucaq. Smartfon istənilən işıqlandırma şəraitində HDR10+ ilə heyrətamiz şəkillər çəkmək və 4K video ərsəyə gətirmək imkanına malikdir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Gecənin qonaqlarına “HONOR Magic5 Pro” sehrli kamerasından istifadə etməklə möhtəşəm sənət əsərləri yaratmağın maraqlı anlarını nümayiş etdirən videoçarx təqdim olundu. Flaqman modelin kamerası öz müştərilərini tapmış yüksək keyfiyyətli bədii fotoşəkillər çəkdi, satışdan əldə olunan gəlirlər isə “NARGIS” fonduna köçürüldü.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Gecə Mərdan Kazımovun melodik ifası ilə yüksək notda başa çatıb. Tədbir gələcəyin xəyal qurmağa və irəliyə doğru addım atmağa cəsarət edənlərə məxsus olduğunu sübut etdi. “HONOR Magic5 Pro” bu vizyonun əsl nümayəndəsidir və şübhəsiz ki, həyatımıza sehr gətirəcək cihazdır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/