NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

"Ulysse Nardin" х Fərid Novruzi: yeni üfüqlərə səyahət

İsveçrə manufakturası "Ulysse Nardin" və azərbaycanlı sahibkar, səyyah və ekspedisiya layihələri müəllifi Fərid Novruzi əməkdaşlığın yeni bir səhifəsini açır. 2026-cı ildə "Ulysse Nardin Freak One OPS" saatının innovativ modeli onun ekspedisiyalar, səyahətlər və ictimai layihələr zamanı dəyişməz yol yoldaşı olacaq.

Fərid Novruzi – dünyanı tədqiq etməyi özü üçün həyat tərzinə çevirmiş insan. O, altı kontinentdə olub, ekvator xəttini iki dəfə keçib və prinsipial olaraq, təyyarədən istifadə etmədən, təkcə avtomobillə, yelkənlər altında, velosipedlə və ya piyada səyahət edir. Onun ən parlaq ekspedisiyaları arasında Argentinadan Antarktidaya aparan yolda qasırğaya düşərək Dreyk boğazından keçməsi yer alıb. Əksər layihələrini idmançılara xas meydan oxuma ilə ekoloji və sosial təşəbbüsləri birləşdirir.

Məhz elə adətkərdə olduqlarımızın kənarına çıxmaq meyli Fərid Novruzinin "Ulysse Nardin" ilə əməkdaşlığını bu qədər təbii hala gətirir. Brendin "No Boundaries" devizi ilə ifadə edilmiş fəlsəfəsi Fəridin dünya görüşü ilə – yeni marşrutların, cəsarətli həllərin və yeni üfüqlərin daim axtarılması ilə səsləşir. Hələ 2023-cü ildə başlamış əməkdaşlığı davam etdirərək "Ulysse Nardin" ilə Fərid Novruzi öz dəyərlərinin birliyini təsdiqləyirlər: düşüncə azadlığı, tədqiqatçı ruh və yeni kəşflərə olan meyil.

1846-cl ildə təsis edilmiş "Ulysse Nardin", haqlı olaraq, İsveçrənin ən innovativ müstəqil saat manufakturalarından biri hesab edilir. Brendə dünyaca məşhurluğu əfsanəvi dəniz xronometrləri gətirib, hazırda isə o, mexanizmlərinin şəxsi istehsalını, görkəmli mühəndislik layihələrini və yüksək texnologiyalı materiallarla aparılan cəsarətli eksperimentləri özündə birləşdirir.

2001-ci ildə təqdim edilmiş və mexaniki saatlara dair təəssüratı dəyişdirmiş "Freak" kolleksiyası bu fəlsəfənin parlaq təcəssümünə çevrilib. "Freak One OPS" modeli kolleksiyanın ənənəsini davam etdirir: burada adətkərdə olduğumuz qurma başlığı, siferblat və əqrəblər yoxdur, mexanizmin özü isə vaxt indikatoruna çevrilir. Avanqard dizayn, innovativ materiallar və unikal mühəndis konstruksiyası "Freak One OPS" modelini texniki cəsarət və müstəqil düşünmənin simvoluna çevirir.

  •  
  •  
/

Fərid Novruzinin İsveçrənin La-Şo-de-Fon şəhərində yerləşən "Ulysse Nardin" manufakturasını ziyarət etməsi 2026-cı ildə əməkdaşlığın əsas hadisələrindən biri olacaqdır. Oraya səfəri zamanı o, brendin tarixi, saatların ərsəyə gətirilməsi prosesi və ustaların işi ilə tanış olacaq. Bu səfərdən sonra "Freak One OPS" Fəridin yeni marşrutlarının bir parçasına çevriləcək, belə ki, onu ekspedisiyalarda müşayiət edərək kəşfləri, nailiyyətləri və yeni sərhədləri aşmağı onunla bölüşəcək.

"Italdizain" şirkəti "Ulysse Nardin" brendinin Azərbaycan ərazisindəki eksklüziv distribütorudur. "Ulysse Nardin" brendinin saatlarını aşağıdakı ünvanlarda yerləşən "Royal Collection" butiklərində əldə edə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 4 və Niyazi küçəsi, 5B. Əlaqə nömrələri: +994 (12) 498-00-53, +994 (12) 492-76-42.

"Ulysse Nardin" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/az/brands/ulysse-nardin

"Italdizain" şirkəti haqqında

"Italdizain" şirkəti 1996-cı ildə təsis edilib. Fəaliyyətinin ilk dövründə Azərbaycanda mətbəx üçün keyfiyyətli İtaliya avadanlıqlarının gətirilməsi üzrə ixtisaslaşan şirkət ötən illər ərzində fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək biznesin yeni istiqamətlərini müvəffəqiyyətlə mənimsəyib və inkişaf etdirib. Hazırda "Italdizain" dəbdəbəli zərgərlik məhsulları, saatlar, qab-qacaq, eləcə də ev və interyer üçün aksesuarların təqdim edildiyi butiklər zəncirini idarə edən şirkətdir.

"Ulysse Nardin" brendi haqqında

"Ulysse Nardin" şirkəti 1846-cı ildə Ulis Nardin tərəfindən İsveçrənin Le-Lokl şəhərində təsis edilmişdir. Brendin baş ofisi hələ də orada yerləşir. Təsis edildiyi andan etibarən brend bütün dünyada yüksəkdəqiqlikli dəniz xronometrləri və naviqasiya cihazları istehsalçısı kimi ad çıxarmış, beləcə, dünyanın 5-dən artıq hərbi-dəniz donanması üçün dəqiqlik etalonuna çevrilmişdir. 2001-ci ildə brend qol saatlarının "Freak" inqilabi modelini təqdim etdi ki, o da müasir saatçılıq sənəti tarixində ən əhəmiyyətli innovasiyalardan birinə çevrildi. Bu saat mexaniki saatların ənənəvi konstruksiyasını tamamilə yenidən interpretasiya etdi: saatda siferblat, əqrəblər və qurma başlığı yoxdur, zaman indikatoru olaraq isə mexanizmin özü çıxış edir. Həmçinin "Freak" tarixə silisium qaçış çarxına malik ilk mexaniki qol saatı kimi düşərək müasir saat sənayesinin inkişafında yeni bir səhifə açdı. 2002-ci ildə bu model "Innovation" nominasiyasında "Watch of the Year" mükafatına layiq görüldü. Manufakturanın görkəmli nailiyyətləri arasında "Trilogy of Time" kolleksiyasını vurğulamaq olar. O, üç əfsanəvi astronomik modeli – "Astrolabium Galileo Galilei" (1985), "Planetarium Copernicus" (1988) və "Tellurium Johannes Kepler" (1992) modellərini ehtiva edir. Onlardan birincisi "Ginnesin rekordlar kitabı"na öz dövrünün ən funksional qol saatı kimi salınaraq "Ulysse Nardin"in nüfuzunu yüksək saatçılıq sənətinin ən innovativ brendlərindən biri kimi təsdiqləmişdir.