NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Tiffany Lock: Qaydalara son. Hamını görməyə şadıq

Tiffany & Co. birlik və vahidlik ruhuna həsr olunmuş yeni Lock kolleksiyası üçün güclü kampaniyaya start verir.

Bomba kimi partlayacaq duyğulu kampaniya vəhdətlik hekayəsindən və başqaları ilə qurduğumuz şəxsi bağlardan bəhs edir. Tiffaninin müasir sevginin yeni və qüdrətli ifadəsi olan son yaratdığı əsəri model İmaan Hammam, fiqurist Taişon Cons, fotoqraflar Mario Sorrenti və Raymond Meyer, xoreoqraf Yoann Burjuanın istedadları sayəsində həyata keçirilib.

Özünəməxsus və müasir Tiffany Lock – digər insanlarla şəxsi əlaqələr və bu əlaqələrin şəxsiyyətimizi necə formalaşdırdığı haqqında cəsarətli vizual ifadədir. Müasir dəqiq xətlər və qabaqcıl bağlanma mexanizmi ilə hər bir kəs üçün nəzərdə tutulmuş yeni dörd qolbaq kolleksiyası 2022-ci ilin sentyabrında debüt etdi.

Tiffany & Co-nun məhsul və kommunikasiyalar üzrə icraçı vitse-prezidenti Aleksander Arno, "Tiffany Lock – Tiffany arxivindəki mühüm motivin, asma kilidin funksional dizaynının zərif təfsiridir" deyir.

18 karatlıq sarı və çəhrayı qızıldan olan bilərziklər brilyantlarla və ya sadəcə metaldan asma kilidin funksionallığını təqlid edən innovativ bükülmə mexanizmi olan qapağı ilə təqdim edilir.

  •  
  •  
  •  
/