Davamlı ekoloji təşəbbüsümüz çərçivəsində, 2 oktyabr tarixində ətraf mühitimizi təmiz və dayanıqlı etmək məqsədi altında birləşmiş könüllülərlə birlikdə daha bir uğurlu təmizlik aksiyası keçirildi. Təmizlik Yasamal rayonunda aparıldı.
Biz birlikdə, plastik butulkalar, qablaşdırmalar və təbiətə ziyan vuran və təbii əraziləri çirkləndirən digər materillar da daxil olmaqla, əhəmiyyətli miqdarda tullantı topladıq. Keçirilmiş tədbir nəinki rayonun ümumi görünüşünü yaxşılaşdırdı, həm də tullantıların azaldılması, təkrar emal məsələləri və ictimai yerlərdə təmizliyin qorunub saxlanması barədə maarifləndirməni artırdı.
Təbdirlər Fövqaladə Hallar Nazirliyinin sponsorluğu və ASAN könüllüləri və BakuBus şirkətinin dəstəyi ilə keçirildi.
Bu təşəbbüs ekoloji davamlılığın təmin olmasının və gələcək nəsillər üçün planetimizin qorunmasında aktiv iştiraka təşviq edilmənin bir hissəsidir.