NARGIS
Ru En
NARGIS MAGAZINE
She's Next

She's Next | Zara Hüseynova

Zara Hüseynova sahibkarlıq yoluna 18 yaşında başlayıb. Çətinliklərə, sevdiklərinin inamsızlığına və az büdcəsinə baxmayaraq, o nəinki Azərbaycanda, həm də Qərbdə Forbes jurnalının "30 yaşınadək 30 lider" siyahısına və Facebook sosial şəbəkəsinin liderlik inkişafı proqramının Top-100 təqaüdçü siyahısına daxil olaraq uğur qazanıb. She’s Next, Empowered by Visa qlobal təşəbbüsü çərçivəsində Zara Hüseynova bizə qadının uğur formulu barədə bəhs etdi.

Biznes dünyasına yolçuluğunuzun necə başladığından bəhs edin.
Mən iş həyatına 18 yaşında başlamışam. O zaman hər şey fərqli idi, indiki kimi bir anlayış yox idi. Dəstəyim yox idi və tez-tez skeptik düşüncələrlə qarşılaşırdım: Azərbaycanda əlaqələri olmayan, 200 dollar büdcəsi olan 18 yaşlı bir qız necə nəsə edə bilər? Təbii ki, həm yaxınlarım, həm də yad insanlar tərəfindən bu inamsızlıq, bir tərəfdən prosesi çətinləşdirirdi, digər tərəfdən də irəliləməyə güc verdi. Axı mən başqalarına hər şeyin mümkün olduğunu sübut etmək istəyirdim.

İlk biznesinizə başlamaq üçün hansı təcrübələr lazım oldu və iş prosesində hansılar qazanıldı?
Məncə, cəsarət təcrübə ilə gəldi. İndiyə qədər öz-özümə deyirəm: "Axı mən ixtisaslı bir sahibkaram, iş planı qurmalıyam, hər şeyi hesablamalıyam..." Ancaq bütün bu cəhdlərin sonunda başa düşürəm ki: bu darıxdırıcıdır, gəlin gözlərimizi yumaq, atlanaq və gedək! Artıq hansısa intuisiya və təcrübələr var. Hərçənd ilk günlərdən bəri belə idi. Prinsipcə, mədəniyyətimizdə sual verməkdə müəyyən çətinliklər var. Bu, xüsusilə aktiv şəkildə bir qadına tövsiyə olunur: susmaq, qulaq asmaq, sual verməmək, yaxşı qız olmaq... Məndə də, hələ "yaxşı qız" sindromum var: mükəmməl, düzgün, nümunəvi olmaq istəyi və s., amma mən bütün bunlardan keçməyi və hər şeydən əvvəl sual verməyi öyrəndim.

Zəhmət olmasa, sahibkar kimi hazırda olduğunuz yerə gedən yolunuzu qısaca təsvir edin.
Hansısa məqamda anladım ki, biznesdə pul qazanmaq üçün gecə-gündüz çalışıram, pul mənim üçün işləmir. Bu, investor olduğunuz zaman klassik Kiyosaki kvadrantının dördüncü sektoruna keçməyi düşünməyə məcbur etdi. Uğursuzluqdan sonra inkişafın uzun müddətdə baş verməsi, digər layihələr üçün fürsətlər və resursların qalması, həmçinin şəxsi həyat və iş arasındakı tarazlığın qorunması üçün bir şeyləri fərqli şəkildə etmək lazımdır.

Sahibkarlıq fəalyyətinə baxşalayarkən hansı çətinliklərlə qarşılaşdınız? Onların öhdəsindən necə gəldiniz?
Həmişə daxili maneələr olur. Mənə elə gəlir ki, həyat müəyyən əngəllərdən keçdiyin, problemləri həll etdiyin müsbət və ya mənfi bir təcrübə qazandığın fərdi böyümə prosesidir. Mənim üçün hər çətinlik növbəti səviyyəyə çıxmağımda kömək edən özünəməxsus inkişaf kompasıdır.

Pandemiya işinizə necə təsir etdi?
Lap əvvəldən müəyyən bir stres səviyyəsi və qeyri-müəyyənlik var idi. Onlar həmişə var, buna görə pandemiya mənə üçün güclü bir mənəvi zərbə vurmadı. Düşünürəm ki, bir çox sahibkarların stresə davamlılıq və və hazırlıq əzələsi güclüdür.

Streslə necə mübarizə aparırsınız?
Ağlayıram, yoldaşımla qucaqlaşıram, film izləyirəm və bu mənə kifayət edir. Əgər çox gərgin vəziyyətdirsə, səyahətə çıxıram, amma o səviyyəyə çatdırmamağa çalışıram. Mənə görə dəyişiklik - bərpa üçün ən yaxşı vasitədir və ən yaxşı pozitiv yüklənmə üsuludur. Birinin səni qucaqlaması və çiyninə yaslandığının biri olması çox vacibdir. Özümə ağlamağa icazə verirəm, mənə iki saat kifayət edir, sonra isə "hər şey qaydasına düşür və yola davam etmək olar". Özümə hər cürə olmağı icazə verirəm və bu, məni dolğunlaşdırır, öz ehtiyaclarımı eşitməyə, onları reallaşdırmağa, yeni enerji almağa və bəxş etmək, yaratmaq, cəmiyyətin və dünyanın inkişafına töhfə vermək üçün yola davam etməyə məcbur edir. Mənim üçün əsas dəyər - hansısa töhfə verdiyimi və hər şeyin əbəs olmadığını bilməkdir.

Biznes nə ilə sizi cəb edir?
Mənim üçün biznes - tam fərdi və peşəkar özünüreallaşdırma, yaradıcılıq, sevinc, çətinliklər, yeni tanışlıqlar, mühitdir... O çoxşaxəlidir, hər biri mənim həyat rəsmimi tamamlayan müxtəlif hissələrdən ibarətdir.

İnstaqram profilinizin başlığında ailə ilə biznes arasında tarazlıq axtarışında olduğunuz yazılıb. Bu axtarış necə baş verir? Tarazlığı tapmaq üçün nə edirsiniz? Söhbət öz vaxtını təşkil etmək üçün bəzi texnikalardan və ya psixoloji mexanizmlərdənmi gedir?
Mənim üçün paylaşmaq, dəyər yaratmaq, nəsə vermək çox vacibdir... Bumeranq qanununun işlədiyinə inanıram: nə qədər çox versək, bir o qədər də çox geri alırıq. Ancaq artıq olandan verməlisən, fanatizm və fədakarlıq olmadan, özünüzü və yaxınlarınızı nədənsə məhrum etmədən. Bunu demək olar ki, bu yaxınlarda öyrənmişəm. Mən məhz bundan yanmışdım: əvəzində heç bir şey almadan daima verirdim. Sonra isə başa düşdüm ki, əvvəlcə öz ehtiyaclarını tam qarşıladıqdan sonra nəsə bölüşə bilərəm. İnstagram "ilahələrindən" tez-tez eşidirəm ki, hər şeyi asanlıqla etməlisən, nəfəs alıb əylənməlisən. Hər kəsin öz yolu var, kiminsə bir ayda, kiminsə - 5 ildə keçəcəyi, kiminsə ömür boyu maneələri aşmalı olacağı bir yol. Mənim balans anlayışım dəyişir, ona görə daim axtarışdayam.

Qadın ticarətdə kişidən nə ilə fərqlənir? Onun gücü nədədir?
Bu ümumiləşdirmə olacaq, hərçənd həm kişilər həm də qadınlar çox fərqli ola bilər. Yəqin ki, qadınların təbiətcə daha çox empatiya hissi var və emosional zəkası daha yaxşı inkişaf edib. İndi dünyada getdikcə daha çox biznesin komandaya, müştəriyə sevgi olduğu və cəmiyyətə qayğı göstərdiyi ilə bağlı düşüncə dilə gətirilir. Qadınlar isə əzəldən sevib və qayğı göstərməyi bacarırlar.

Kişilərin rəqabət dünyasında bir qadın olaraq qalmaq və eyni zamanda iş partnyorlarının səni ciddi qəbul etməsi üçün nə etmək lazımdır?
Son 10 ildə Azərbaycanda çox şey dəyişib və inanmaq istəyirəm ki, biz qadınlar olaraq buna öz töhfəmizi vermişik. Qadınlar dəyişir, inkişaf edir və daha açıq olur. Öz biznesimizi açıb və bağlaya bilərik, evlənib və boşana bilərik. Çox vaxt öz ailənizdən və yaxınlarınızdan təzyiq olur. Məndə də eyni şey olmuşdu. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanda hansısa meqa milyard dollarlıq şirkət olmayacaq, çünki başqalarına bir şey sübut etmək üçün çox böyük bir enerji sərf olunur. Bu gün "25 yaşındasan, hələ də evlənməmisən?" kimi suallar hələ də olduqca yayğındır. Bu hadisəni çox dəqiq xatırlayıram, sanki dünən baş verib. Biznesimizin başlanğıcında bir mağaza açmışdıq (artıq normal, münasib mağaza, daha stomotoloqla qonşuluq etdiyimiz kabinet deyil), ilk günlərin birində bəzi bağlamaları ayırırdıq, birdən vergi işçisi daxil oldu, ardınca da üç nəfər daha. Onlar direktoru çağırmalarını xahiş etdilər. Və qarşılarına mən çıxıram - 43 kilo çəkisində bir qız, cins şalvarda, idman ayaqqabılarında. Onlar mənimlə danışmaq istəmədilər, həqiqi direktoru çağırmağı xahiş etdilər. O zaman mən atama zəng vurdum, o isə onlara "Onun orada nə işlə məşğul olduğu baradə heç bir fikrim yoxdur" dedi. Və yalnız bundan sonra mənimlə danışmağa başladılar.

Öz bizneslərini açmaq istəyən gənc qadınlara nə məsləhət verərdiniz? Nədən başlasınlar və nələrə diqqət yetirsinlər?
Bəzən daha yaxşı biri görünmək üçün tamamilə dürüst olmamaq kimi bir hiss yaranır. Qadın, əgər özü ilə əlaqəsi qaydasındadırsa, səmimi olacaq: izah edilməsini, danışılmasını, tövsiyə etməsini istəyəcək... Ancaq yalnız özünüzə güvənin. Onsuz da eniş-yoxuş olacaq. Əgər yıxılmamısınızsa, çox güman ki, heç nə etməmisiniz. Həyatınızda nə qədər çox risk varsa, potensialın düşmə ehtimalı o qədər çoxdur. Hətta bütün planetdə tək olduğunuzu və probleminizin unikal olduğunu düşünsəniz belə, çox güman ki, ən azı 100 nəfər bu problemlə qarşılaşıb və həll edib. Bu insanları, öyüd verənləri tapın, özünüz üçün sizi irəli aparacaq və sizə kömək edəcək bir dəstək sistemi yaradın. Kömək istəməkdən, sual verməkdən və fərqli olmaqdan qorxmayın.