NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

"Royal Collection" butikində "Montblanc" guşəsinin açılışı

"Royal Collection" butikində "Italdizain" şirkətinin portfelindəki yeni brend – "Montblanc" brendi üçün guşə açılıb.

Avropanın ən yüksək zirvəsinin şərəfinə adlandırılmış "Montblanc" brendi – tarixçəsi peronun istehsalı ilə 1906-cı ilə söykənən əfsanəvi şirkət. Dəftərxana ləvazimatı taciri Klaus Yohannes Voss, bankir Alfred Nehemias və mühəndis Avqust Eberşteyn Hamburqda yazı ləvazimatlarının istehsalı üzrə birgə biznes qurdular.

Günümüzdə "Montblanc"ın maraq dairəsi olduqca genişdir: zərgərlik məmulatlarının istehsalatı Fransada, saat emalatxanaları İsveçrədə, dəri fabriki isə italyan dəri istehsalının mərkəzində – Florensiyada yerləşir.

Guşənin açılışı əfsanəvi pero "Meisterstück"ün yüzillik yubileyinə təsadüf edir və onun adı alman dilindən tərcümədə "şedevr" mənasını verir. Qara laklı korpusa malik eleqant qələm əbədi klassika və "cibdə gəzdirilən BMW" populyar ləqəbi ilə nüfuz qazanıb. İlk buraxılışı 1924-cü ildə baş tutan "Meisterstück" qələmi brendin kreativliyinin simvoluna çevrilib və nəinki yazı ləvazimatlarını, həmçinin dəri aksesuarları da ehtiva edən eyniadlı kolleksiyanın əsasını qoyub.

"Royal Collection" butikində brend üçün ayrılmış guşədəki çeşidlər kultlaşmış alman markasının diapazonu haqqında tam təsəvvür yaratmağa imkan verir. Guşədə qələmlərin yubiley seriyaları, həmçinin "Great Characters Edition", "Muses Edition", "StarWalker Collection", "Montblanc M Collection", "Writers Edition" və digər kolleksiyaların yazı alətləri nümayiş etdirilir. Eksklüziv yeniliklər arasında Ceyn Ostin ("Homage to Jane Austen") və Qustav Klimtin ("Homage to Gustav Klimt") yaradıcılığından ilham alınaraq ərsəyə gətirilmiş, məhdud sayda təqdim olunan "yazıçı" və "rəssam" seriyalarının kolleksiyalıq yazı ləvazimatları da mövcuddur.

  •  
  •  
  •  
  •  
  •  
/

"Minerva" saat emalatxanasının irsindən, cib saatlarının istehsalı ənənələrindən ilham alınaraq ərsəyə gətirilmiş "Star Legacy" kolleksiyasının, həmçinin hərbçilər və tədqiqatçılar üçün peşəkar saatların istehsalını əhatə edən "1858" kolleksiyasının modelləri vasitəsilə "Montblanc" saat ustalarının sənətkarlığı ilə tanış olmaq mümkündür.

Dəri məhsullar çamadanlar, bel çantaları, poçtalyon çantaları, o cümlədən pulqabı, kartqabı, pasport üzlükləri və məşhur "Meisterstück 4810 Collection", "Montblanc Sartorial Collection" kolleksiyalarının digər yeni məhsullarının timsalında təqdim edilir. İnnovativ, xüsusilə davamlı materialların istifadə olunduğu "Extreme Collection" müstəsna diqqətə layiqdir.

Çeşidlər arasında bloknotlara, qol düymələrindən və kəmərlərdən tutmuş bilərzik və breloklara qədər müxtəlif aksesuarlara rast gələ bilərsiniz. Sizi Azərbaycan, Bakı, 28 May küçəsi, 4 ünvanında yerləşən "Royal Collection" butikinə baş çəkməyə və "Montblanc" brendi ilə şəxsən tanış olmağa dəvət edirik. Əlaqə nömrəsi: +994 (12) 498-00-53

"Italdizain" şirkəti haqqında
"Italdizain" şirkəti 1996-cı ildə İtaliya mətbəx mebellərinin Azərbaycan bazarına tədarükü ilə məşğul olan kommersiya təşkilatı qismində təsis edilmişdir. Öz fəaliyyəti müddətində o, yeni istiqamətlər yaratmış və biznesini genişləndirmişdir. Hazırda "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.

"Montblanc" brendi haqqında
"Montblanc" dəbdəbəli yazı ləvazimatları, saatlar, dəri məmulatlar və aksesuarların istehsalı üzrə dünya lideridir. 1906-cı ildə təsis edilmiş şirkət qüsursuz keyfiyyət, ustalıq və eleqantlığın simvoluna çevrilib. Artıq bir əsrdən çoxdur ki, "Montblanc" zərafət və status təzahürü sayılan kultlaşmış məhsulları ilə məşhurdur. Brendin məhsulları ənənəvi sənətkarlıq üsullarını innovativ həllərlə birləşdirərək öz müştərilərinə aktuallığını hər zaman qoruyan unikal dəbdəbə əşyalarını təklif edir.

"Montblanc" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan rəsmi saytdan əldə edə bilərsiniz: https://italdizain.az/brands/montblanc