NARGIS
Ru En
NARGIS MAGAZINE
HADİSƏLƏR

Riki Martin Sea Breeze Resortda

Avqustun ikisi dünyaca məşhur müğənni, bir çox mahnıların müəllifi və aktyor Riki Martin Bakıda, Sea Breeze Resort open – air yay səhnəsində öz ilk solo konsertini verdi. O, “Maria”, “The Cup of life”, “Adrenalina”, “Nobody wants to be lonely”, “Livin’la Vida Loca ” kimi hitlərini ifa etdi. Konsertə 10000 – dən çox tamaşaçı gəlmiş, biletlər isə konsertə bir neçə gün qalmış satılmışdır.

“Burada olduğuma görə çox xoşbəxtəm. Təbəssümlərinizə baxaraq, enerjinizi görərək və rəqslərinizi seyr edərək deyə bilərəm ki, bu gecə möhtəşəm keçəcək. Bu gün mən, musiqi vasitəsi ilə öz hekayəmi danışacam – öz yolum, sevincli, kədərli və digər emosiyalarla dolu dəqiqələrim haqqında. Və bütün bunlar Bakıda baş tutacaq”, - Riki Martin üzünü tamaşaçılara tutaraq dedi.

Gecə möhtəşəm musiqi, heyranedici işıq effektləri və odlu – alovlu rəqslərlə dolu idi. Sea Breeze – də baş tutan bütün yay konsertləri üçün ənənəyə çevrilmiş atəş – fəşanlıq yenə də səmanı bəzədi. Şou istedadlı İrlandiyalı multimediya rəssamı olan People Like Us - ın, mükəmməl atmosferli DJ seti ilə davam etdi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Elə həmin gün, Riki Martinin ulduzu Sea Breeze Walk of Frame – də - görkəmli incəsənət xadimlərinin nailiyyətlərini əbədiləşdirən Ulduzlar Xiyabanında parladı.

Bu il, yay mövsümündə Sea Breeze – də Dream Fest 2024 ilk Beynəlxalq musiqi festivalı çərçivəsində müxtəlif ölkələrdən 150 incəsənət xadimi çıxış etmiş və konsertlər hələ də davam etməkdədir. Bizimlə qalın, Sea Breeze Resort – da baş tutacaq tədbirləri qaçırmayın!