NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Zəfərə doğru: Four Seasons Hotel Baku Zəfər günü münasibətilə “Azərxalça” ilə əməkdaşlıq edir

Qarabağ atları və xalq xalçaçılıq sənəti Azərbaycanın zəngin mədəniyyətini və irsini yüksəklərə ucaldır.

“Azərxalça” ilə əməkdaşlıq çərçivəsində Four Seasons Hotel Bakunun foyesi Azərbaycanın 8 Noyabr Qələbə Günü münasibətilə heyrətamiz şəkildə bəzədiləcək. Hər biri dörd fərqli Qarabağ xalçası növündən (Çələbi, Malıbəyli, Xətai və Qasımuşağı) hazırlanmış dörd uçan Qarabağ atının instalyasiyası 30 illik işğaldan azad edilmiş qədim Qarabağ torpaqlarının unikal mədəniyyətinin dirçəlişini simvolizə edir. Şığıyan Qarabağ atları dünyanın ən qədim və ən qiymətli cinslərindən birini təmsil edir və Azərbaycan xalqının milli irsinin və qürurunun simvolu kimi xidmət edir.

  •  
  •  
  •  
  •  
/

Azərxalça butikinin açılışı


Eksklüziv mehmanxana partnyoru olaraq Four Seasons Hotel Baku 4 noyabr 2022-ci il cümə günü lobbidə vitrininin açılışı ilə birlikdə Azərxalçanın hotel daxilində butikinin açılışını elan edir. “Azərxalça”nın sədri Emin Məmmədov qeyd edir: “Ənənəvi sənətkarlıqdan bəhs edərsək, Azərbaycanın çox zəngin irsi var. Məqsədimiz qədim adət-ənənələrimizi qorumaq və bununla da gələcək nəslin əcdadlarımızın dəyərli bacarığından və yaradıcılığından həzz almasına imkan yaratmaqdır. Biz daim sənətkarlığın və mədəniyyətin qorunub saxlanılmasına diqqət edən Four Seasons brendi ilə əməkdaşlıq etməkdən şərəf duyuruq”.

Butikə gələcək qonaqlar sənətkarların fəaliyyətini əyani şəkildə göstərən pərdəarxası performans ilə qarşılaşacaqlar, butikin guşəsi mürəkkəb xalçaçılıq prosesini və gözəl kompozisiyaların necə həyata gəldiyini nümayiş etdirməyə həsr olunacaq. Butikin açılışı münasibətilə “Azərxalça”nın kreativ direktoru Əsmər Abdullayeva Qarabağ lobbisinin instalyasiyasının konseptini hazırlayıb. “İnstalyasiya qaçan atların böyük qələbədən sonra Qarabağın çiçəklənməsi və inkişafını simvollaşdırdığını ifadə edir. Nümayiş olunan naxışların hər biri ölkəmizin zəngin tarixini əks etdirir, bəzi naxışlar XVII əsrə aiddir və Səfəvilər sülaləsi dövründə toxunmuşdur. Dizaynları butikimizdən əldə etmək olar”, - Abdullayeva şərh edir.

Qarabağ atı instalyasiyası 2022-ci il noyabrın 4-dən 18 noyabr cümə gününə kimi nümayiş olunacaq.


Ətraflı məlumat almaq və ya Four Seasons Hotel Bakuda qalmaq üçün +994 12 404 2424 nömrəsi ilə əlaqə saxlayın və ya [email protected] e-poçtu ilə əlaqə saxlayın.