NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Təmas işıqdır

Fiziki təmas insan inkişafının əsas elementidir, xarakterin, daxili mədəniyyətin və gücün təkmilləşdirilməsidir. Təhlükəsiz sosial mühit yaratmaq üçün geniş təhsil almaq və yüksək texnologiyaya yiyələnmək kifayət deyil - fiziki toxunuşu və sevginin əhəmiyyətini daim xatırlamalıyıq.
Lap çoxdan müşahidə olunub ki, sevdiyimiz insanlara toxunmaq, onları qucaqlamaq və öpmək bizə rahatlıq verir və sakitləşdirir, hətta bizi daha ağıllı və mehriban edir. Həmçinin, elmi araşdırmalar göstərir ki, toxunmaq qan təzyiqini normallaşdırır. Bu cür təmas hər cəhətdən sağlamlıq və xoşbəxtlik gətirir. Bunun bir sıra əsaslı səbəbləri var!
Həm sevgililər, həm də uzun müddət xoşbəxt ailəli olanlar tez-tez bir-birinə toxunduqlarında özlərini daha yaxın və daha güvəndə hiss edirlər. Uşaqlarımızı məktəbə gedəndə qucaqlayırıq. Bir çox böyüklər işə getməzdən əvvəl mehribancasına qucaqlaşırlar. Bəziləri öz partnyorunu vannada, sabunla çimdirir. Mən özüm də müşahidə etdim ki, fiziki təmasa çox müsbət reaksiya verirəm. Hər hansı bir stress yaşadıqda uşaqlarımın, sevdiklərimin, dostlarımın toxunuşu məni dünyanın bütün sözlərindən daha çox sakitləşdirir. Bu mənim üçün bir növ psixoterapiyadır.
Siz özünüzdə də belə bir rejimi tətbiq etməyi öyrənə bilərsiniz - hətta alışmamış olsanız belə, gündəlik həyatınızda təmasa izn verin. Biz, insanlar toxunmağa ehtiyac duyuruq. Təmas bizə özümüzü daha yaxşı və daha dəyərli hiss etməyimizə kömək edir. Sınayıb yoxlayın, mütləq xoşunuza gələcək! Övladlarınızı, həyat yoldaşınızı öpün, dostunuzu və ya rəfiqənizi bərk-bərk qucaqlayın, qonşunuzun, hətta tanımadığınız birinin əlini sıxın.
Təmas gələcəyin işığıdır.

Ülviyyə Mahmudova,
Baş redaktor