11 dekabrda məşhur makiyaj ustası Rıfat Yüzüakın Bakıda master-klası keçirilib. Tədbirin özəl qonaqları Miss Turkey Şevval Şahin və Türkiyənin sevilən influenseri Selma Çiçekdal olub.
@muse.az 'ın təşkilatçılığı ilə Bakı Konqres mərkəzində baş tutan tədbirdə Azərbaycanın tanınmış simaları və makiyaj sevərlər iştirak edib. Sessiya ilk öncə makiyaj söhbətləri ilə başlayıb, izləyicilərə tədbir qonaqlarına sual vermək fürsəti yaradılıb. Daha sonra isə Rıfat Yüzüakın makiyaj sirlərini bölüşdüyü master-klas olaraq davam edib. Ölkəmizin məşhur influenseri Arzu Jalili və Türkiyə gözəli Şevval Şahin üzərində 2 fərqli makiyaj sərgilənib. Qeyd edək ki, Rıfat Yüzüak öz makiyajlarında Muse markasına məxsus fırçalardan və tədbirin premium tərəfdaşı Music Gallery'nin rəsmi distributorluğunu etdiyi Anastasia Beverly Hills markasına aid məhsullardan istifadə edib. İştirakçıların böyük marağı ilə qarşılaşan qonaqlar, burada gördükləri xüsusi diqqətin sevincini yaşadıqlarını, Bakını çox sevdiklərini və tez-tez geri qayıdacaqlarını bildiriblər. Tədbiri təşkil edən yerli brend Muse'un qurucuları, ölkəmizin bütün sahələrdə etdiyi böyük inkişafdan qürur duyduqlarını, şəhərimizin gözəllik sahəsində də bu cür tədbirlərə ev sahibliyi etməyə hazır olduğuna inandıqlarını və bu sahənin inkişafı üçün daim çalışdıqlarını bəyan ediblər. Bu yolla həm ölkəmizdəki makiyaj həvəskarlarını maarifləndirib, həm xaricdən ölkəmizə makiyaj sevərləri cəlb etməyi hədəflədiklərini açıqlayıblar.