NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

“Bulgari” “Serpenti” kolleksiyasının 75 illik yubileyini qeyd edir

“Bulgari”nin “Serpenti” kolleksiyasının 75-ci ildönümünün qeyd edilməsi brend üçün xüsusi əhəmiyyət daşıyır. İlanlardan ilhamlanaraq hazırlanmış dizaynları ilə məşhur olan bu ikonik kolleksiya onilliklər ərzində daş-qaş həvəskarlarını məftun etməklə bərabər, daimi dəyişkənliyin simvolu kimi tarixə düşüb. Bu əlamətdar hadisənin şərəfinə dekabrın 17-də Gülüstan Sarayında “NARGIS” Jurnalı ilə birgə təşkil olunmuş qala tədbiri keçirilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Nüfuzlu bir məkanda keçirilmiş bu yığıncaqda əlamətdar hadisəni qeyd etmək üçün görkəmli qonaqlar, moda həvəskarları və bu sektorun bir sıra digər üzvləri iştirak edirdi. Həmin gecə gözoxşayan dekorasiyadan dadlı mətbəxə qədər hər şey “Bulgari”nin hər dövrə uyğun gözəllik anlayışının və innovasiyalara sadiqliyinin göstəricisi idi.

Ən möhtəşəm geyimlərini geyinmiş iştirakçılar narıncı xalça üzərindən keçərək öz tərzlərini nümayiş etdirdilər. Bununla da, onların hər biri incəliyi ilə seçilən "Bulgari Maison" kolleksiyasına öz sevgilərini göstərmiş oldular.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Qala gecəsi üçün seçilən məkan “Serpenti” kolleksiyasının zənginliyini və cazibəsini mükəmməl şəkildə əks etdirirdi. Dəbdəbəli ab-havası ilə bu məkanda qonaqlar özlərini incə və ecazkar bir dünyanın içində tapdılar. “Bulgari” brendinin divarı ikonik ilan motivini özündə birləşdirən zərif çiçək kompozisiyaları ilə bəzədilmişdi.

Qala gecəsinin şam yeməyinin mərkəzində “Serpenti” kolleksiyasının özü dayanmışdı. Xüsusi guşədə sərgilənən simvolik parçalar mürəkkəb dizaynı və qüsursuz sənətkarlığı ilə qonaqların zövqünü oxşayırdı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Bayram ab-havasını artırmaq üçün “Bulgari” qonaqları heyran edəcək bir sıra maraqlı performanslar hazırlamışdı. Məşhur musiqiçilər və rəqqaslar “Serpenti” kolleksiyasının incə estetikasını ön planda tutaraq səhnəni bəzədilər. Bu əyləncəli performanslar kolleksiyanın incəsənət, moda və mədəniyyət üzərindəki təsirinin davamlılığı ilə bağlı xatırlatma rolunu da oynamış oldu. Tədbirdə “Bulgari” brendinin dostu, “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmud da iştirak edib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

“Serpenti” kolleksiyasının 75-ci ildönümünün şərəfinə təşkil olunmuş qala gecəsi eyni zamanda “Bulgari”nin mükəmməl işlərini və trendləri dəyişdirə bilən, hər dövrə uyğun dizaynlar yaratmaq bacarığını da əks etdirirdi. Tədbir, hər bir nəslin nümayəndəsini ilhamlandırmaq qabiliyyətinə malik olan brendin zəngin mirasını gözlər önünə sərirdi.

Qonaqlar “Yuxuda” filmini izləyərkən onlara müxtəlif içkilər təqdim olunub. Daha sonra, foto və video seansları əsnasında bu atmosfer foyedəki kvartet qrupunun performansı ilə müşaiyət olunurdu. Ceyhun Əlinin aparıcılığı ilə keçirilən tədbirdə Cəlal Qasımov, Mehriban Axundova və Oleq Kaydalov öz çıxışlarını səsləndirib. Performanslar arasında İsfar Sarabskinin caz melodiyaları, azərbaycanlı opera müğənnisi Samir Cəfərovun və “Bulgari” ilə xeyli müddətdir əməkdaşlıq edən məşhur caz vokalisti Gena Uestin ifaları da yer almışdı. Qonaqlar üçün növbəti sürpriz isə lotereyanın oynanılması idi, hansı ki, bu lotereyanın nəticəsində dörd şanslı iştirakçıya brenddən hədiyyələr təqdim edildi. Gecə DJ-in səsləndirdiyi enerjili melodiyalar və iştirakçıların coşğusu ilə yekunlaşıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Yubiley ilini başa çatdırmaq üzrə olan bu kolleksiya üçün Bakıda keçirilən tədbir çox xüsusi əhəmiyyət daşıyırdı. Həmin gecə Qız Qalasının üzərində “3D mapping” texnologiyası ilə göstərilən, “Serpenti” kolleksiyasını təmsil edən iki ilanın gözoxşayan nümayişi hər kəsin diqqətini cəlb edirdi. Bu konsepsiya Ülviyyə Mahmudun rəhbərlik etdiyi “NARGIS” Jurnalının komandası tərəfindən təklif olunub. Bu, Bakının “UNESCO Dünya Mirası” siyahısında yer alan ikonik memarlıq abidəsinin üzərini bəzəyən mücəvhər motivlərinin misilsiz bir mənzərəsi idi.