8 Mart ərəfəsində NARGIS Nəşriyyatı əməkdaşları, partnyorları və xanım oxuyucuları üçün La&Lo Bar Lounge-da səhər yeməyi təşkil etdi. Gözəl xanımlarımızı xoş atmosferə qərq etmək və onlara bütün gün ərzində enerji verməsi üçün səhər yeməyi seçildi: xanımlarımız ləzzətli şirniyyatlardan dadaraq canlı musiqi dinləmək, sevimli jurnallarını oxumaq, bir-biri ilə söhbət edə və işlərini müzakirə etmək fürsəti əldə etdilər.
Qonaqları jurnalın direktoru Müjgan Qafarzadə salamladı: “Əziz xanımlarımız!!! Tədbirimizə vaxt ayırıb iştirak etdiyiniz üçün sizə baş redaktorumuz Ülviyyə Mahmud adından və bütün NARGIS kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Hamınızı bir araya toplamaq qərarına gəldik, çünki siz bizim üçün çox əzizsiniz, çünki biz sizinlə uzun müddətdir əməkdaşlıq edirik və bu, bizim üçün çox dəyərlidir. Sizə uğurlar, cansağlığı və hər şeyin ən yaxşısını arzulayıram”.
Xüsusilə belə gözəl bir gün üçün “La & Lo Bar Lounge” NARGIS Nəşriyyatının vasitəçiliyi ilə eksklüziv kokteyl hazırladı. İçki marakuya və prosekko qarışımı əsasında hazırlanır və kokteylin simvolu olan nərgizlə bəzədilir. İçki La&Lo Bar Lounge tərəfindən bütün ziyarətçilər üçün davamlı olaraq təqdim olunur.
Qonaqlar üçün xüsusi hədiyyələr də hazırlanıb - eksklüziv yelpik, hər bir qonaq üçün ayrıca seçilən unikal açıqcalar və ətirli nərgiz buketləri.
NARGIS Nəşriyyat Evi öz partnyorlarını, həmkarlarını, eləcə də bəşəriyyətin bütün gözəl yarısını Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir!
NARGIS Nəşriyyat Evi öz partnyorlarını, həmkarlarını, eləcə də bəşəriyyətin bütün gözəl yarısını Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir!