NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

FOUR SEASONS HOTEL BAKU-nun BAYRAM TƏKLİFLƏRİ

Bu bayram mövsümü zamanı unudulmaz təəssüratlar yaradın və onu “Four Seasons Hotel Baku” ilə parlaq qeyd edin.


İlin ən sehrli mövsümlərindən biri olaraq, qış – ailə və dostların əhatəsində rahat istirahəti planlaşdırmaq üçün ideal zamandır.


Bu mövsümdən tam zövq almaq üçün “Four Seasons Hotel Baku” qonaqlara bu hadisəni həm qapalı məkanda, həm də oteldən kənarda açıq havada qeyd etməyi təklif edir.

WINTER WONDERLAND


Four Seasons Hotel Baku”nun qonaqları qış nağılına nadir səyahətə dəvətlidirlər, buna yetişmək üçün sadəcə otelin yeni təklifindən yararlanmaq lazımdır.
“Winter Wonderland” təklifi “Four Seasons Hotel Baku”da iki gecənin qiymətinə üç gecə, həmçinin qonaqların təmiz hava və Azərbaycanın saf dağlarının heyranedici mənzərələrindən zövq ala biləcəkləri dünya səviyyəli “Shahdag Mountain Resort” dağ xizək kurortuna pulsuz transfer təqdim edir.
Təklifə daxildir:
• “Four Seasons Hotel Baku”da iki gecənin qiymətinə üç gecə qalmaq
• “Shahdag Mountain Resort”da yerləşən “Pik Palace Hotel”ə gündəlik pulsuz transfer
• Şahdağ dağ xizək kurortunda kanat yolu ilə pulsuz gediş
• Dağ xizək kurortunda xizək ləvazimatlarına 20%-lik endirim
• Şahdağ dağ kurortunun restoranlarında yemək və içkilərə 15%-lik endirim (“Scalini” restoranı təklifə daxil edilməyib)

“Shahdag Mountain Resort” və əyləncələr haqqında:


Böyük Qafqazın dağlarında yerləşən Şahdağ dağ xizək kurortu ölkədə ən böyük və məşhur qış kurortudur. Qar ayaqqabıları ilə yürüş, siqveydə, qar arabası ilə gəzinti və çox sayda digər qış idman əyləncələrinin dadını çıxarmaq fürsətini qaçırmayın.


“Winter Wonderland” təklifi 15 dekabr 2021-ci il tarixindən 28 fevral 2022-ci il tarixinə qədər qüvvədədir.


Otelin restoranlarının təklifləri:

Dekabr ayı ərzində otelin qonaqları istedadlı aşpazlar komandası tərəfindən hazırlanan çoxsaylı bayram tədbrilərinin tərkib hissəsi olan çox gözəl kulinar səfərdə olacaqlar.

Piazza Lounge:

Four Seasons Hotel Baku” otelində bayram alış-verişi zamanı komplimentar qlintveyndən həzz alın: cürbəcür pryanikli evlər, peçenye, milad tortları, şokoladdan milad krekerləri, nabatlar, məşhur italyan bayram “Panettone”su və s. 7 dekabr 2021-ci ildən başlayaraq sizi hər gün “Piazza Lounge” milad yarmarkasında gözləyəcək.
- Zefirlə təqdim edilən qaynar şokolad hər qurtumu ilə rahat hisslər doğurur.
- Vam odda qızardılması və xırçıltılı südlü şokoladlı krekerin üzərinə qoyulması mümkün olan ətirli evdə hazırlanmış zefir.
- Bir fincan qəhvə, çay və bir bakal “Prosecco” və ya komplimentar qlintveynlə ənənəvi ingilis bulkaları, sendviç və şirin dadlı qəlyanaltılarla xüsusi bayram naharı sonrası çay.

24 dekabr 2021-ci il, 19:00 – 11:00, “Zafferano” restoranında milad şam yeməyi.


Məxsusi axşam “Zafferano Restaurant”da ailə və dostlarınızla şam edin və otelin rahat mühitində bayram atmosferini hiss edin.
Bir nəfər 85 AZN, içkilər daxil deyil.


25 və 26 dekabr 2021 il, 12:00 – 15:00, “Zafferano” və “Kaspia” restoranlarında milad brançı.


“Four Seasons”da “Zafferano” və “Kaspia” restoranlarında milad brançına qoşulun. Milad atmosferi yaradacaq “İsveç masası”, məhdudiyyətsiz alkoqol içkiləri və canlı musiqidən zövq alın. “Zafferano” restoranında nahar zamanı ayrıca uşaq guşəsi açılacaq.
Yemək və alkoqolsuz içkilər daxil olmaqla bir nəfər 90 AZN.
Yemək və alkoqollu içkilər daxil olmaqla bir nəfər 125 AZN.


31 dekabr 2021-ci il, 20:00 – 00:00, “Zafferano” restoranında Venesiya Yeni il şam yeməyi


Yeni il ərəfəsində “Zafferano” restoranı qonaqları hamıya otelin şef-aşpazları tərəfindən hazırlanan yüksəkkeyfiyyətli yeməklərdən ibarət “İsveç masası” və canlı ifada italyan melodiyaları təklif olunacaq əsl italyan atmosferində bayram şam yeməyinə dəvət edir.
Yemək və alkoqolsuz içkilər daxil olmaqla bir nəfər 190 AZN.


31 dekabr 2021-ci il, 20:00 – 00:00, “Kaspia” restoranında “La Noche Blanca” Yeni il şam yeməyi


Yeni il ərəfəsini “İsveç masası” şəklində sizə müxtəlif çeşidli dadlı yeməklər təklif olunacaq “Kaspia” otelinin sonuncu mərtəbəsində qeyd edin. Canlı musiqi, DJ çıxışı və otelin 9-cu mərtəbəsindən Xəzər dənizinə füsunkar mənzərədən zövq alın.
Yemək daxil olmaqla bir nəfər 210 AZN

31 dekabr 2021-ci il, 21:00 – 00:00, “Bentley’s Whiskey Bar”da Getsbi üslubunda Yeni il şam yeməyində gecə şənliyi


“Bentley’s Whiskey Bar”da Getsbi üslubunda gecə şənliyi zamanı bütün gecə rəqs edin. Qəlyanaltılar, məhdudiyyətsiz içkilər və DJ çıxışından zövq alın.
Bir nəfər 110 AZN.



“Jaleh SPA”da unudulmaz zaman


Bayram təlaşı zamanı dincəlmək üçün özünüzü SPA-prosedurlarla əzizləyin. Qonaqlar “Jaleh Spa”nın gözəl rahatlığından zövq almağa dəvət olunurlar: türk hamamı, peşəkar terapevtlərin məxsusi masajı, buxar otağı və özünəməxsus yeganə şüşə atriumlu üstüörtülü hovuz.


Hədiyyələr vermək zamanıdır


Bayram üçün yaxınlarınız üçün xüsusi hədiyyə haqqında düşünürsünüz? Onlara yuxarıda qeyd olunan istənilən tədbirə “Four Seasons”un xüsusi hədiyyə sertifikatını bağışlayın və onların qayğısını çəkməyi otel komandasına həvalə edin.

Avropa, Fars körfəzi və Rusiyadan cəmi bir neçə dəqiqəlik uçuş məsafəsində olan, sadələşdirilmiş viza qaydaları, üçüncü gecəni pulsuz qalmaq və oteldə çox sayda bayram tədbirləri ilə birlikdə “Four Seasons Hotel Baku” qış bayram mövsümünü qeyd etmək üçün ideal məkandır.
“Four Seasons Hotel Baku” komandası ilin ən sehrli dönəmində sizi salamlamağa və unudulmaz bayramın bir hissəsinə çevrilməyə şad olacaq.
Əlavə məlumat almaq və bron üçün otelin bron şöbəsi ilə əlaqə yaradın:

[email protected]
+994 12 404 2424