NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

2024 Oskar Mükafatları: Gözəllik anlayışının ən yaxşıları

Mərasimlərin “Super Bowl”u sayılan əsas mükafatlandırma mərasiminə, Oskar mükafatlarına xoş gəlmisiniz! Bu il məşhurlar və onların stilistləri "sadə, əziyyətsiz" görüntü trendi üzərindən hərəkət ediblər. Saçlara gəldikdə, iştirakçılar qırmızı xalçaya fərqli bir görüntü əlavə edən parlaq, yana daranmış dalğalı və üst hissədən yığılmış saçlara üstünlük verdilər. Gözəllik və sağlamlıq redaktorumuzun ən sevdiyi görüntülərlə tanış olmaq üçün aşağı sürüşdürün.


Akademiya Mükafatı laureatı Emma Stoundan başlayaq. Onun görünüşü ilk baxışdan sadə görünə bilər, amma məsələ də məhz bundan ibarətdir – fərah görüntüyə nail olmaq. Aktrisanın komandası onun “Louis Vuitton” donunu ona uyğun “Charlotte Tilbury”dən qanadlı layner ilə məharətlə tamamlayıb. Bilirik ki, görünüşünüzün yaxşı olduğunu anlamaq üçün ön plana çıxmağınıza ehtiyac yoxdur, ətrafa pozitiv aura bəxş etməyiniz kifayətdir.

  •  
  •  
  •  
  •  
/

Kölgəli gözləri və düz saçı ilə diqqət mərkəzinə düşən Eva Lonqoriyaya keçid edək. Onun geyimi də paltarı ön plana çıxarmağın gözəl bir nümunəsi idi. Evanın vizajisti göz makiyajına özünəməxsus bir fərqlilik bəxş etməklə, onun simvoluna çevrilmiş bürünc, parıltılı makiyajı seçmişdi. Evanın stilisti Elan Bonqiorno, "Onun gözlərinin açılmasını istədim, ona görə də onun məftunedici kirpiklərini “Panorama” tuşu ilə hazırladım. Bu, qara göz laynerindən istifadə edərək hazırlanmış klassik qanadlı göz görüntüsüdür. Görünüşünü tamamlamaq üçün isə açıq rəngli pomadadan istifadə etdik" dedi.

  •  
  •  
/

Arianaya gəlincə, çəhrayı geyimi xüsusi olaraq onun üçün hazırlanmışdı. Müğənni ön plana çıxan geyimi ilə diqqət çəkməyi üstün tutub. O, həmçinin, kəskin kirpiklər və açıq çəhrayı gözlərə üstünlük verib. Onun stili sadə və fərah makiyajın bir paltarı mükəmməl şəkildə necə tamamlaya biləcəyinə daha bir nümunə olub. Sadəlik heç də həmişə pis seçim deyil. Əksinə, sadə tərzlər çox vaxt daha gözəl alınır.

  •  
  •  
  •  
  •  
/

Marqot Robbi həmişə insanları heyran edə bilir və bu dəfə də bunu bacardı. Aktrisa qəhvəyi gözlər, açıq rəngli dodaqlar və çəhrayı yanaqlarla birgə yataqdan yeni çıxmış kimi görünən dalğalı saç trendini üstün tutub. Bu, onun "həmişə mükəmməl" “Barbie” görünüşündən uzaqlaşmasını ifadə edirdi. O, bir müddətdir ki, içərisində olduğu çəhrayı dünyadan uzaqlaşmağa hazır olduğuna mı işarə edir?

  •  
  •  
  •  
  •  
/

Ah, Emili Blunt, tək kəlimə ilə qüsursuz! Bürünc yanaqları və qəhvəyi gözləri ilə o, mütləq qarşıdan gələn isti hava mövsümündə siyahımda olacaq. Onun makiyajı "Grecian whimsical" tərzi ilə mükəmməl birləşərək, komandanın hədəflədiyi canlı ab-havanı ötürə bilib.

  •  
  •  
  •  
/

Sadə görüntülərdən danışarkən, Qabrielle Uniona keçid edək. Qabrielle qırmızı xalçada donunun parıltısına uyğun görünüşü ilə hərkəsi heyrətləndirib. Fərqə diqqət yetirdinizmi? Qabriellenin makiyajı olduqca sadə idi, buna rəğmən iri həcmli kirpikləri onun gözlərini daha da cəlbedici edirdi. Saçlarını yuxarıdan yığmaq və üzünü daha da ön plana çıxarmaq qərarı əla bir seçim olub. P.S: Bu saç düzümü üçün o, öz brendi olan “Flawless Styling Glaze”dən istifadə edib.

  •  
  •  
  •  
/

Qısacası, 2024-cü ilin Oskar mükafatları sadə görüntülərdən tutmuş məftunedici və incə görüntülərə qədər bir sıra müxtəlif simaları nümayiş etdirdi. Emma Stoun, Eva Lonqoriya və Marqot Robbi kimi məşhurlar geyimlərini diqqətlə seçilmiş makiyaj və saç düzümləri ilə tamamlayarkən təbii gözəlliklərini də nümayiş etdirirdilər. Hamar saç stillərindən tutmuş dağınıq və dalğalı saçlara, qalın kirpiklərdən bürünc yanaqlara qədər hər bir görünüş fərdi stil və yaradıcılığın göstəricisi idi. Nəhayət, bu mərasim bizə gözəlliyin həqiqətən də həddi-hüdudu olmadığını və özünə inamın ən parlaq aksesuar olduğunu xatırlatdı.