NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

NARGIS Book. Karabakh

Əziz dostlar! NARGIS komandası böyük həyəcanla sizə "NARGIS Book ‘KARABAKH’ " adlı xüsusi buraxılışının işıq üzü gördüyünü xəbər verməyə tələsir. Bütün bu müddət ərzində hər bir NARGIS əməkdaşının nəbzi Vətənimizin nəbzi ilə birgə döyünürdü. Komandamız məlumat müharibəsinin ən layiqli şəkildə davam etməsinə imkan verəcək tarixi faktlar, etibarlı dəlillər axtararaq gecə-gündüz bu mövzuda yorulmadan çalışdı. Buraxılışın əsas məqsədi Qarabağın Azərbaycan üçün əhəmiyyətini dünya ictimaiyyətinə çatdırmaq və bu bölgənin tarixi və zəngin mədəni irsindən danışmaqdır. Jurnal dünyada mümkün qədər çox insanın həqiqətləri və Qarabağdakı real vəziyyəti öyrənməsi üçün Rusiya, Ukrayna, İngiltərə, Türkiyə daxil olmaqla Avropa ölkələrində və ABŞ-da paylanacaq. Jurnalı Bakıda şəhərin bütün supermarketlərdən və kiosklarından əldə edə bilərsiniz.
Qarabağ Azərbaycandır!
Sevgilərlə, NARGIS