Mayın 11-də xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 87 yaşı tamam olacaqdı. O, 2016-cı ildə dünyasını dəyişib, amma onun hekayəsi əbədi olaraq yaşayacaq... Bu gün “Mənim hekayəm" rubrikasında yazıçının həyat yoldaşı, ilham pərisi Anna İbrahimbəyova Maqsud İbrahimbəyovun həyatı boyu dəfələrlə ona geri dönən evinin maraqlı hekayəsini bizimlə bölüşüb.