
Paris, 5 fevral 2025. Formula 1 və LVMH inqilabi onillik tərəfdaşlığına başladığı bir vaxtda, Moët & Chandon idmanın rəsmi şampanı kimi geri qayıtmaqdan məmnundur. Şampan istehsalı sənətində 280 ildən artıq möhtəşəm təcrübəyə sahib olan brend, uzun illərdir avtoidmanın ən unudulmaz anlarının – qələbə, birlik və saf emosiyanın rəmzi olmuşdur.
1950 -ci ildən bəri Moët & Chandon Sir Jackie Stewart, Ayrton Senna, Nikki Lauda, Alain Prost, Mika Häkkinen, and Michael Schumacher kimi əfsanəvi çempionların qələbə sevincinin qeyd etməsinin bir parçası olmuşdur. Hər bir tıxacın açılması, hər bir şampan səpilməsi işə qarşı olan yenilməz sədaqətin və komanda ruhunun kuliminasiyasını təcəssüm etdirirdi. Bu gün, Formula 1 bu əlamətdar ildönümünə qədəm qoyarkən, Moët & Chandon qürurla səhnəyə geri qayıdır və birlikdə sevinc və bayram dolu yeni anlar yaratmağa hazır olduğunu bildirir.
İlk üçlükdə yer alan pilotlar və qalib konstruktor uğurlarını Moët & Chandon ilə qədəh qaldıraraq qeyd etdiklərində səhnə təntənəsi Moët & Chandon ilə bir daha canlanacaq. Brend, həmçinin, FORMULA 1 MOËT & CHANDON BELÇİKA QRAN PRİSİ 2025-in Titul Tərəfdaşı kimi ön plana çıxacaq – bu yarış, şampan evi üçün xüsusi əhəmiyyət daşıyır.
Spa-Francorchamps ilə Xüsusi Bağlılıq
Spa-Francorchamps – da keçirilən Belçika Grand Prix -ı sadəcə yarış deyil – bu dərin kökləri Formula 1 və Moët & Chandon – un tarixi ilə yaxından bağlı olan dəyərli tədbirdir. Ardennin tam qəlbində yerləşən Spa, Şampan bölgəsinin terroirinə ən yaxın Qran Pridir və bu, brend üçün təbii bir evə dönüşdür. Əfsanəvi dönmələri, inanılmaz təbiəti və heyrətamiz mənzərələri ilə tanınan Spa, həm Formula 1 pilotları, həm də azarkeşlər tərəfindən ən çox bəyənilən dövrələrdən biridir.
Spa-Francorchamps, 1950-ci ildə keçirilmiş ilk FIA Formula 1 Dünya Çempionatı™ təqvimində də yer alıb və həmin il iyunun 18-də yarışın qalibi əfsanəvi Juan Manuel Fangio olub. Cəmi iki həftə sonra Fangio, Şampan bölgəsindəki Reims-Gueux dövrəsində keçirilən Fransa Qran Prisi - ndə bir daha qələbə qazandı – bu, tarixi bir yarış idi və yerli yarış həvəskarları Paul Chandon-Moët və kuzeni, Kont Frédéric Chandon de Briailles-in böyük həyəcanla izlədiyi unudulmaz bir an oldu. Yarışdan sonra, ümumi qeyd etmənin simvolik anında Fangio'nu Moët & Chandon malikanəsindəki Château de Saran - a dəvət edərək, qalibiyyətini şərəfləndirmək üçün xüsusi qədəhlər qaldırdılar.
Moët & Chandon və Formula 1 arasında olan bu qürurverici bağ brendin idmala davamlı əlaqəsinin göstəricisidir – kökləri isə həvəs, mükəmməllik və birlikdə əldə edilən qələbənin sevincinədək uzanır.
![]() |
![]() |
Kollektiv emosiyaları təcəssüm etdirən irs
Moët & Chandon – un avtoidmanla əlaqələrinin tarixi 1936 -ci ilədək uzanır o zaman Tazio Nuvolari, Vanderbilt Kubokunu qazandıqdan sonra, Moët & Chandon-un Jeroboam şampanından bir qurtum almışdı.
Buna baxmayaraq, hal hazırda ikonik qeyd etməyə çevrilmiş şampan səpilməsi ənənəsi 1967 – ci ildən etibarən başlamışdır. 24 saatlıq Le Mans qalibiyyətindən sonra Dan Gurney Moët & Chandon şüşəsini aldı və sevinc hissi ilə onu çalxalayıb spontan şəkildə izdihama sıçratdı və özü də fərqində olmadan idmanda yeni bir ənənənin əsasını qoymuş oldu.
1977 – ci ildə baş tutmuş əfsanəvi Golden Magnum kubokundan 1991-1997-ci illər arasında yarış ulduzları tərəfindən imzalanmış şampan şüşələrinə qədər, Moët & Chandon-un Formula 1-dəki irsi yenilik, dostluq və birlikdə qazanılan qələbələrin simvolu olmuşdur.
Birlik ruhunu şərəfləndirmək
Bu qayıdış, yalnız qələbələrin qeyd edilməsi deyil; Formula 1-i hərəkətə gətirən inanılmaz kollektiv ruhunun – pilotların, komandaların və hər bir həyəcanverici anı paylaşan milyonlarla ehtiraslı azarkeşin bir hədiyyəsidir. Biz, yenidən əlamətdar səyahətin, komanda işinin şərəfinə qaldırılmış qədəhlərin, təmkin və mükəmməlliyə doğru edilən səylərin bir hissəsi olmaqdan qürur duyuruq.
Moët & Chandon səhnədə öz yerini bərpa edərkən, brend yeni ehtiras dolu anları yaratmağa, insanları bir araya gətirib bayram etməyə və bu günün və sabahın qələbələrini şərəfləndirməyə həyəcanla can atır.
“Formula 1 – in rəsmi şampanı olaraq geri döndüyümüzə, 1950-ci illərdən bəri kollektiv qələbə və sədaqətin ortaq tarixini qeyd etdiyimizə görə qürur duyur və çox həyəcanlanırıq. Həm avtoidmanı, həm də sənətimizi irəli aparan möhtəşəm komanda işini, sonsuz dəqiqliyi və mükəmməlliyə olan əzmkarlığa qarşı ehtiramla yanaşırıq. Bu əməkdaşlıq, ilham verən pilotların, onların sədaqətli komandalarının və onların arxasında dayanan qlobal cəmiyyətin birliyi və ortaq uğurlarına qarşı olan hörmətimizin göstəricisidir. Moët & Chandon yenidən səhnədə yerini aldıqca, biz qürurla, bu möhtəşəm səyahətə can yandıran hər kəsə aid bayram anlarını yaratmağa davam edirik."
Sibylle Scherer, Moët & Chandon – nun Baş Direktoru
“Səhnədə qədəhlərin qaldırılması ənənəsi bizim idman növündə əlamətdar anlardan biridir və biz Formula 1-in rəsmi şampanı olaraq Moët & Chandon-u bir daha böyük həyəcanla qarşılamaqdan məmnunuq. Bu əməkdaşlıq, performans və zərifliyin heyrətamiz vəhdəti ilə Formula 1 və Moët & Chandon – u birləşdirən tarix, emosiyalar və mükəmməliliyi, 75 – ci il dönümümüzü qeyd etdiyimiz xüsusi bir ildə vurğulayır. Moët & Chandon – nun səhnəyə qayıdışı, LVMH ilə olan yenilikçi tərəfdaşlığımızın bağını daha da gücləndirir və biz bu möhtəşəm əməkdaşlığı birgə qeyd etməyi səbirsizliklə gözləyirik.”
Stefano Domenicalli, Formula 1 – in Prezidenti və Baş Direktoru