NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Yaşat. Miri Yusifin xeyriyyə konserti

31 yanvar saat 18:15-də İTV televiziya kanalında xalq artisti Miri Yusifin Yaşat adlı xeyriyyə konserti baş tutacaq.
Konsert qəhrəmanlarımızın böyük rəşadətini bir daha xatırlamaq, şəhidlərin xatirəsini ehtiramla yad etmək və oların ailələrinə yardım etmək üçün bir fürsət yaradacaq. Konsert zamanı hər bir tamaşaçı ianə edə biləcək - yığılan bütün vəsait qazilərin və şəhid ailələrinin ehtiyaclarını qarşılamaq üçün "Yaşat" fonduna köçürüləcək. Tədbiri Nərgiz Cəlilova və Saleh Bağırov aparacaqlar.

Konsert NARGIS jurnalının informasiya dəstəyi ilə keçiriləcək.

Sizi konserti izləməyə və bizə qələbəni yaşadanlara dəstək olmağa dəvət edirik!