Hər birimizin bu yay keçən ilə nisbətən kitab oxumaq üçün daha çox vaxtımız var. Öncədən deyim ki, bu gün sizə qarşılaşdığımız pandemiyanın aspektləri haqqında bəhs etməyəcəm, ya da xatırlatmayacam – çünki bu haqda yetərincə eşidib və görmüsünüz. Mən sizin fikrinizi bir az yayındırmaq və yay məşğuliyyətlərinizin siyahısını doldurmaq üçün buradayam. Oxucum üçün yay kitablarının siyahısını hazırlayarkən 2020-ci ilin gözlənilən bədii debütlərlə dolu kitablarının üzərindən keçib bir qədər yaddaşımı təzələdim. Bu səbəblə mütləq bu ilin ən populyar və ən çox satılan kitablarına toxunacağıq, sonra isə əbədi, yüngül kitablar yazan əsl liriklərin yay mövsümünə qərq olacayıq.
2020-ci ilin gözlənilən bir çox yeni kitabları mart ayında buraxılıb. Qarşımıza çıxan ilk kitablardan biri Marqaret Etvudun ilk dəfə 1985-ci ildə dərc olunmuş "Xidmətçinin hekayəsi" kitabının davamı oldu. Tənqidçilər Etvudun otuz ildən sonra anti-utopiyaya ən yaxşı formada geri döndüyünü yazırlar.
Daha bir səs salan debüt çıxış 2020-ci ildə Gilyermo Del Toronun oldu. "Panın labirinti" filmini o artıq çəkib, ancaq ilk dəfədir ki, Korneliya Funke ilə müştərək müəllif olaraq kitab yazır. Gilyermo Korneliyadan filmi nəql etmədən yazmağı xahiş edib, çünki film onun fikrincə onsuz da mükəmməl alınıb. Buna görə də Korneliya kitaba filmdəki hadisələrdən əvvəldən bəhs edən on epizodu əlavə edib.
2020-ci ilin yenilikləri sırasına The New York Times jurnalının motivasiya bestseller silsiləsinin №1 müəllifi elan edilən Cen Sinsero da daxil oldu. Keçmiş zamanlarda bizi həyəcanlandıran "You Are a Badass" və "You Are a Badass at Making Money" kitablarından sonra o, daha sadə – "You Are a Badass Every Day" mesajı ilə geri döndü. Çox sağol, Cen. Demək asandır. Əlimizdən gələni edəcəyik, çünki qorxu kralı istirahətə getməyi düşünmür belə və ard-arda trillerlər buraxmağa davam edir.
"İnstitut" – fərqli şəhərlərdən guya paranormal bacarıqlarını inkişaf etdirmək məqsədi ilə eksperiment aparmaq üçün qaçırılan telekinez və telepatiya vergisi olan uşaqlardan bəhs edən qorxu hekayəsidir.
Son olaraq, Bakıdan kənarda axırıncı dəfə kitab mağazasına getdiyimdə, adını çox iddialı hesab etdiyim üçün almamağı qərar aldığım bestselleri qeyd edim. İndi nədən bəhs etdiyimi anlayacaqsız. "Çox təəssüf ki, mənim valideynlərim bu haqda bilmirdi (və mən indi bunu bildiyim üçün mənim uşaqlarım çox şanslıdırlar)". Britaniyalı psixoterapevt tərəfindən yazılmış kitab Amazon şirkətinin tərbiyə üzrə 20 ən yaxşı kitab siyahısına daxil edilib.
Beləliklə, yeni və bestsellerlər haqqında hər şeyi öyrəndikdən sonra cəsarətlə nostalgiya dünyasına, Bredberinin zəncirotu şərabı və Fitsceraldın zərif gecələr aləminə üz tuta bilərik. Remarkın və ya Murakaminin kitablarını oxumağı məsləhət görməzdim – çünki qamak, köpüklü şərab və zəncirotu ilə təəssürat yaradan yay üçün onlar çox ciddidirlər. Əgər həqiqətən kədərlənmək istəyirsinizsə, o zaman "Salam kədər" kitabını yenidən oxuya bilərsiniz, Fransuaza avqust ayının sonunda tam yerinə düşəcək. Bundan əvvəl isə Tom Henks ilə rahat toxunma kresloda oturmağı təklif edirəm. Xeyr, səhv eşitmədiniz, məhz aktyor olan Tom, həm də yazır! Ümumiyyətlə köhnə yazı maşınlarının kolleksiyasını toplayır – üç il bundan əvvəl bizi kitabı ilə sevindirən Henks yazdığı 17 hekayədə onlardan bəhs edir. Bütün bu illər ərzində Tomun otellərdə, təyyarələrdə, çəkiliş və premyeraların press-turları aralarında yazdığı 7 hekayə. Gülmək və bir az kədərlənmək, sevilən aktyorun təkrarlanmayan mətninə heyran olmaq – bu yay sizi buna abunə edirəm!
Hamımız "Tiffanidə səhər yeməyi" filmini izləmişik, bəs kiminsə XX əsrin ən böyük Amerikan yazıçılarından biri olan Truman Kapotenin eyni adlı novellasını oxuduğunu heç eşitmisiniz? Aktual mövsümdə Kapotenin 20 yaşında, 1943-cü ildə Nyu-Yorker jurnalında işlədiyi zaman yazdığı ilk "Yay kruizi" romanına diqqət yetirmək olar. 50 ildən çoxdur ki, romanın məhv olunduğu hesab edilirdi – guya müəllif özünütənqid zamanı keçirdiyi krizdə özü bu əlyazmanı yandırmışdı. 2005-ci ildə əlyazmalarının xilas olunduğu ortaya çıxdı və roman yazıçının ölümündən sonra vəkilinin icazəsi ilə dərc olundu. Gənc və təcrübəsiz görünən Kapote bizi asanlıqla Qreydi Maknilin dramatik həyat hekayələri ilə Nyu-Yorkun yay atmosferində qərq edir.
Yazıçı haqqında hekayə olmadan yay olarmı? Yazanların özləri və şərabın necə möcüzələr yaratdığı barədə oxuyuruq! Coan Harris və onun romanları günəş işığı və xeyirxahlıqla doludur. "Böyürtkən şərabı" da istisna deyil. Bu kitabda, süjetin sadəliyinin arxasında, demək olar ki, sehrli, mənalı, yaradıcı, şərabxana hekayəsi dayanır! Kitabın sujet xətti paralel olaraq iki zaman aralığında baş verir. Biri bizi velosiped, gizlənpaç oyunu, tum çıtlamaq nostalgiyası ilə yay mövsümündə bağda keçirdiyimiz qayğısız uşaqlıq günlərimizə aparır. Digər zaman isə müəllifin yaradıcı "Mən" axtarışında ona həmdərd olduğumuz hekayələri də həmçinin keçmişlə bağlıdır. Kitab ən azından 1962-ci il buraxılışlı "Fleurie" fransız şərabı adından yazıldığı üçün sizi maraqlandıracaq.
İlk tanışlığımızdan çox illər keçib, mən isə yenə də Böyük Britaniyanın əsas çayı ilə İngilis centlmenlərinin səyahətinə geri qayıdıram. Klassika, bildiyiniz kimi, köhnəlmir. "Qayıqda üç kişi – iti saymasaq" povestini səbəbsiz yerə əhval-ruhiyyənin (yayda nəsə tez-tez olur) pis olduğu, günəşin parlamadığı və dondurma yemək imkanının sevindirmədiyi bir yay gününə saxlamaq olar. 1889-cu ildə yazılmış povest incə ingilis yumoru, tarixi məlumatlarla və yaxşı əhval-ruhiyyə ilə doludur. Üç dost özlərində bir sıra xəstəlikləri aşkar edərək təmiz hava almaq üçün qayıqda səyahətə çıxırlar. Onlarla birlikdə səyahətə həmçinin müəllif Cerom Klapkanın etiraf etdiyi kimi, şüurunun dərinliyindən süjet üçün çıxardığı Monmoransi adlı it də var.
Ən yaxşı yay günləri üçün ehtiyatda həmişə Erik Emmanuel Şmittin qısa hekayələr toplusu var. Brüssel və Paris arasındakı pyeslər üçün ssenari yazmaqla tanınan fransız və belçikalı yazıçı, dramaturq. Bu pyeslər dünyanın 30-dan çox ölkəsində tərcümə edilmiş və səhnələşdirilmişdir, həmçinin xoşbəxtlikdən povestlər və hekayələrdə təqdim olunmuşdur. Ən sonuncu qeyri-adi məcmuələrdən biri də "Oskar və Çəhrayı Xanım"dır, kitabda eyni adlı hekayədən başqa əlavə olaraq daha 4 sevimli hekayə oxuya bilərsiniz: "Müsyö İbrahim və Quran çiçəyi", "Nuhun övladları", "Kökələ bilməyən Sumo güləşcisi" və “Xanım Minqin olmayan on uşağı”. Bu hekayələrin hər biri uşaqlar və onların böyük ürəkləri haqqında kiçik bir hekayədir.
Və nəhayət, məktəbdə olduğu kimi, tətilə klassik ədəbiyyat götürmək lazım gəldiyində ənənəyə uyğun olaraq Nabokovun qızıl ehtiyatlarından bir kitab seçirik. Təəccüblü olsa da, adı "Fialtada bahar" olan kitabda çoxlu yay var! Nabokovun təbiəti necə təsvir etdiyini oxumaq estetik zövq verir: "Bu, suyu qeyri-adi ifadə edən saf, mavi göl idi"; ya da Külək yoxdur, hava istidir, yanıq iyi gəlir. Yağışla dolmuş və təmizlənmiş, tutqun zeytun rəngli dəniz; ağır dalğalar heç cür köpüklənmir". Kamil sevgi haqqında kədərli bir hekayə – əsas qəhrəmanın bir qədər Oblomovu xatırlatdığı bu kitabı belə adlandırırlar. Lakin Nabokov ilə tanış olduqdan sonra artıq əminliklə deyə bilərəm ki, haqqında yazdıqları onların təsvirindən sonra gəlir.
Yay tənbəl günlər üçün yaranıb, tənbəl günlər isə yaxşı kitab olmadan olmur. Ümid edirəm ki, nə olursa olsun, yuxarıda göstərilən və ya başqa kitabları oxuyaraq bu yayı gözəl keçirəcəksiniz!