NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Kiko Milano Bakıda

23 yanvar tarixində Bakıda ilk Kiko Milano mağazasının təntənəli açılışı baş tutub.

Açılış mərasimində VİP qonaqlar iştirak edib - Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr və ISR Holdinqin baş direktoru cənab Rauf Xəlilov "RGA Alhokair"in ölkə direktoru Zaradecht Hamu ilə birlikdə lenti kəsərək açılış mərasiminə start verdilər.

1997-ci ildə İtaliyada yaradılmış Kiko Milano şirkəti 20 ölkədə 950-dən çox mağazaya malikdir və geniş çeşiddə dekorativ kosmetika, kosmetika aksesuarları və dəriyə qulluq vasitələri təqdim edir.

Azərbaycanda brendi “Alhokair Fashion Retail” şirkətinin partnyorluğu ilə “Retail Group Azerbaijan” şirkəti təmsil edir.

Təntənəli açılış mərasimində həmçinin Nərgiz Kələntərli, Lalə Əfəndi, Pəri Yusif, Elnur Həsənov, Elnarə de Birbuet, Səma Abıyeva iştirak ediblər...

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/